Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə ABŞ-da Vayominq ştatından olan respublikaçı senator Con Barrosso ilə görüşüb. DİP-dən “KƏLAMİNFO”ya verilən məlumata görə, görüşdə ABŞ-Azərbaycan münasibətləri, Ermənistan-Azərbaycan münaqişəsinin həlli yolları, enerji təhlükəsizliyi problemləri müzakirə olunub. Millət vəkili senatora ölkəmiz və regionumuzdakı proseslər barədə ətraflı məlumat verib.