Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Əli Həsənov: “Xəzər regionundakı digər ölkələr Rusiya və İrandan asılı olmadan öz neft qaynaqlarına sahib olub”
    “Xəzər regionunun yeni dönəminin başlandığı 1994-cü ildən bu zamana qədər Xəzərə İran və SSRİ xaric heç bir əcnəbi dövlətin və korporasiyanın ayağı dəyməyib”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Türkiyədə keçirilən Beynəlxalq Xəzər Forumundakı çıxışında Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib.

    Ə.Həsənov Xəzər regionunun siyasi, iqtisadi, geostrateji mövqeyi, dəniz ətrafı ölkələrin hazırkı durumu barədə danışıb. O bildirib ki, Xəzər regionu keçən əsrin sonu, bu əsrin əvvəlindən etibarən nəinki bölgənin, ümumilikdə dünyanın enerji təhlükəsizliyi üçün çox mühüm əhəmiyyət daşıyır: “Hazırda Xəzər regionu dünyanın ən önəmli mərkəzlərindən biridir. Ona görə də dünyanın fərqli mərkəzlərinin diqqəti bu bölgədədir”.

    O bildirib ki,  1994-cü ildə Heydər Əliyevin neft strategiyası nəticəsində Xəzərə əcnəbi korporasiyalar, hövzədən kənar olan ölkələrin şirkətləri gətirilib: “Bu, çox mühüm bir geosiyasi hadisə idi. Bu o demək idi ki, Xəzər regionundakı digər ölkələr Rusiya və İrandan asılı olmadan, öz neft qaynaqlarına sahib olub, ondan müstəqil istifadə edəcəkdilər. Lakin bu qərarın həyata keçirilməsi Azərbaycana o qədər də asan başa gəlmədi. 1994-98-ci illərdə məhz bu məsələyə görə, Azərbaycana çoxlu təzyiqlər oldu, siyasi, iqtisadi, hərbi problemlərlə üzləşdik, Azərbaycanı daxildən parçalamaq üçün cəhdlər edildi. Lakin biz qərarlarımızda ardıcıl olduq və enerji qaynaqlarımıza sahibləndik”.
    Daha sonra Bakı-Tiflis-Ceyhan layihəsindən danışan şöbə müdiri həmin vaxt çoxlu nativ layihələrin də olduğunu xatırladıb: “Lakin yenə də Heydər Əliyevin qətiyyəti ilə Azərbaycan özünün enerji qaynaqlarının çıxış açarını Türkiyəyə etibar etdi. Bu, təkcə iqtisadi deyil, həm də siyasi və uzaqgörən qərar idi. Əgər bu kəmər olmasaydı, İstanbul boğazında indi tanker tıxacı yaşanardı. Heydər Əliyevin Bakı-Tiflis-Ceyhan əsas ixrac kəməri ilə bağlı qərarı həm də İstanbulu böyük bir ekoloji fəlakətdən xilas etdi”.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 550
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30