İranın vitse-prezidenti və Ətraf Mühitin Mühafizəsi Təşkilatının rəhbəri Məhəmməd Cavad Məhəmmədizadə Xəzər dənizi ilə bağlı keçiriləcək konfransda iştirak etmək üçün Rusiyaya səfər edəcək. İRNA-nın istinadən məlumatına görə, konfransda Xəzərin ətraf mühitinin mühafizəsi üzrə çərçivə konvensiyasına (Tehran Konvensiyası) qoşulan dövlətlər iştirak edəcək. Dekabrın 10-da başlayacaq tədbir 2 gün davam edəcək.
Qeyd edək ki, Xəzərin ekologiyasına və mühafizəsinə həsr olunan Tehran Konvensiyası 5 Xəzəryanı dövlət (Azərbaycan, Rusiya, İran, Türkmənistan və Qazaxıstan) tərəfindən 2003-cü ilin noyabrın 4-də Tehranda imzalanıb, 2006-cı ilin avqustunda qüvvəyə minib.