Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Pakistan Hərbi-Dəniz Qüvvələri komandanı: Pakistan Azərbaycan torpaqlarının işğaldan azad olunmasında hər cür kömək göstərməyə hazırdır
    Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov Pakistan Hərbi-Dəniz Qüvvələri (HDQ) komandanı admiral Məhəmməd Asif Sandila ilə görüşüb. Pakistandakı səfirliyimizdən “KƏLAMİNFO”ya verilən məlumata görə, Daşqın Şikarov Azərbaycanla Pakistan arasında mövcud olan dostluq münasibətlərdən, siyasi, hərbi, iqtisadi və digər sahələrdəki əməkdaşlıqdan danışıb. O, Dağlıq Qarabağ münaqişəsinin həllində Pakistanın Azərbaycanın mövqeyini tam dəstəklədiyinə və tutduğu işğalçı mövqeyi səbəbindən Ermənistanı bir ölkə kimi tanımadığına görə admiral Məhəmməd Asif Sandilaya minnətdarlığını bildirib.

    Məhəmməd Asif Sandila isə iki ölkə arasında inkişafda olan münasibətlərdən məmnun olduğunu söyləyib, Azərbaycan torpaqlarının işğalına son qoyulmayanadək Ermənistanla heç bir münasibət qurulmayacağını vurğulayıb. Məhəmməd Asif Sandila ölkəsinin Dağlıq Qarabağ məsələsində verdiyi dəstəyin sona qədər davam edəcəyini, Azərbaycan torpaqlarının işğaldan azad olunmasında hər cür köməklik göstərməyə hazır olduqlarını söyləyib. O, Azərbaycanın iqtisadiyyatının günü-gündən güclənməsinə, artıq yardıma ehtiyacı olan ölkədən donor ölkəyə çevrilməsinə və regionda söz sahibi olmasına çox sevindiyini dilə gətirib. Görüşdə Azərbaycan və Pakistan hərbi dəniz qüvvələri arasında əməkdaşlığına dair məsələlər müzakirə olunub. Məhəmməd Asif Sandila görüş zamanı Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva tərəfindən Pakistanın bütün əyalətlərində həyata keçirilmiş humanitar layihələrin Pakistan xalqı və rəhbərliyi tərəfindən rəğbətlə qarşılandığını qeyd edib, Azərbaycan-Pakistan dostluğunun əbədi və sarsılmaz olduğunu bildirib.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 428
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30