Milli Məclis rəhbərliyinin qəbul günləri açıqlandı
Azərbaycan Milli Məclisinin rəhbərliyinin dekabr ayı üçün qəbul günləri açıqlanıb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya parlamentdən veriblər.
Belə ki, birinci vitse-spiker, Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov dekabrın 10-da vətəndaşları qəbul edəcək. Vitse-spikerlər Bahar Muradova və Valeh Ələsgərov isə müvafiq olaraq dekabrın 17 və 24-də qəbulda olacaqlar.