Vaşinqtonda Xocalı faciəsinin ildönümünə həsr edilmiş tədbir keçiriləcək
Fevralın 26-da Vaşinqtonda Corc Vaşinton Universitetində Xocalı faciəsinin ildönümünə həsr edilmiş tədbir keçiriləcək. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı Azərbaycan-Amerika Şurası yayıb.
Tədbir Azərbaycan-Amerika Şurası (AAŞ), Azərbaycanın Amerika İcması (ASA), Corc Vaşinqton Universitetinin Türkiyə Tələbə Assosiasiyası (GWU-VST), Türkiyə-Amerika Assosiasiyayaları Assambleyası (ATAA), Vaşinqton Türklərinin Amerika Assosiasiyası (ATA-DC) və "Pax Turcica"nın təşəbbüsü ilə təşkil olunacaq.