Türkmənistan prezidenti Sarkisyanla Qarabağ münaqişəsinə dair fikir mübadiləsi aparıb
Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun Ermənistana rəsmi səfəri çərçivəsində prezident Serj Sarkisyanla Dağlıq Qarabağ münaqişəsi ilə bağlı geniş fikir mübadiləsi aparılıb. “KƏLAMİNFO” erməni mətbuatına istinadən xəbər verir ki, Ermənistan prezidenti Qarabağ probleminin yalnız beynəlxalq hüquq normaları çərçivəsində həll oluna biləcəyini deyib. Onun sözlərinə görə, uzun illərdir davam edən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli mümkündür. Erməni prezident yalnız bu yolla problemin uzunmüddətli həllinin təmin edilə biləcəyini vurğulayıb.