Serj Sarkisyan: “Dağlıq Qarabağ probleminin güc yolu ilə həlli variantını istisna edirik”
Livana rəsmi səfər edən Ermənistan prezidenti Serj Sarkisyan Beyrutda keçirdiyi brifinqdə Dağlıq Qarabağ problemindən bəhs edib. “KƏLAMİNFO” erməni mətbuatına istinadən xəbər verir ki, o deyib ki, Ermənistan Cənubi Qafqazda sülh və sabitliyə yönəlmiş siyasət aparır: “Biz Dağlıq Qarabağ probleminin güc yolu ilə həlli variantını istisna edirik. Problemin ATƏT-in Minsk qrupunun vasitəçiliyi çərçivəsində dinc həlli öhdəliyinə sadiqik”.