Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    DAU azərbaycanlı bir tələbəyə ödənişsiz təhsil almaq şansı qazandıracaq
    “Şimali Kiprin və Avropanın qabaqcıl universitetlərindən biri olan Doğu Akdeniz Universitetinin Azərbaycanın bir çox ali təhsil ocağı ilə rəsmi əməkdaşlığı davam edir. Belə ki, uğurla davam edən qarşılıqlı əməkdaşlıq hər iki ölkənin təhsil ocaqlarına faydalı nəticələr göstərir. Sevindirici haldır ki, təhsilinə və ictimai fəallığına görə təhsil haqqından azad edilən azərbaycanlı bəzi tələbələrimiz də DAU da təhsil almaqla yanaşı Vətənimizi yüksək səviyyədə təbliğ etməyə çalışırlar” Bu sözləri Doğu Akdeniz Universitetinin Azərbaycan üzrə rəsmi təmsilçisi Orxan Həsənoğlu söyləyib.

    Rəsmi təmsilçi həmçinin bildirib ki, DAU Azərbaycanın paytaxtında yerləşən universitetlərlə birlikdə ölkəmizin bölgələrində də fəaliyyət göstərən digər universitetlərlə də sıx əməkdaşlıq edir. O vurğulayıb ki, Azərbaycanın universitetləri ilə elm-təhsil sahəsində qarşılıqlı olaraq əməkdaşlığa daha çox üstünlük verilir. Rəsmi təmsilçi, hazırda ölkəmizin sürətlə inkişafını və ali təhsil sahəsində beynəlxalq səviyyədə əldə olunan uğurlarını xaricdə fəaliyyət göstərən digər universitetlər kimi DAU-da maraq mərkəzində olduğu bildirib. “Çox sevindirici haldır ki, universitetlərimizin elmi texniki bazaları sadəcə paytaxtımızda deyil, regionlarımızın ali təhsil müəssisələrində də sürətlə inkişaf etməkdədir. Məhz bunun nəticəsidir ki, biz dəfələrlə Gəncə şəhərində olaraq, buradakı Gəncə Dövlət Universiteti, Gəncə Aqrar Universiteti və Gəncə Müəllimlər İnstitutu ilə də əməkdaşlıq etmişik” - deyə o bildirib. Hazırda Naxçıvan Muxtar Respublikasında səfər etdiklərini qeyd edən Orxan Həsənoğlu, bu səfərin məqsədini bu tədbirlərin davamı və nəticəsi kimi qiymətləndirib. O.Həsənoğlu bir neçə il öncə DAU rektoru Abdullah Öztoprağın Naxçıvana səfər etdiyini xatırladaraq, burada Ali Məclis sədri Vasif Talıbovla görüşdüyünü və eyni zamanda Naxçıvan Dövlət Universiteti və eyni zamanda Naxçıvan Özəl Universiteti ilə qarşılıqlı iş birliyinə dair əməkdaşlıq protokolu imzaladığını vurğulayıb. O, məhz bu protokola əsasən adı çəkilən hər iki qurumun müəllimlərinin yay aylarında DAU-da müxtəlif ixtisaslar üzrə kurslara qatıldığını, qarşılıqlı olaraq öz biliklərini paylaşaraq, onların biliklərinin daha da artmasına və xarici praktika ilə daha yaxından tanış olmağa səbəb olduğunu qeyd edib. Hazırda Naxçıvana səfərin məqsədinin DAU-nun təşkilatçılığı ilə çox saylı tələbənin iştirakı ilə beynəlxalq təhsil kursunun keçirilməsi olduğunu o vurğulayaraq, Beynəlxalq kursun DAU-nun professorları Ersun İşçioğlu və Dəniz İşçioğlunun məruzələri ilə gerçəkləşəcəyini bildirib. Gerçəkləşən beynəlxalq kursun əsas mövzusu müasir təhsil texnologiyaları və ətraf mühitin inkişafı ilə bağlıdır. Rəsmi təmsilçisi həmçinin bildirib ki, Naxçıvana səfər edən DAU-nun professorlarının Naxçıvanın inkişafından və buradakı universitetlərdə yaradılmış elmi-texniki bazadan razıdırlar. O. Həsənoğlu bildirib ki, Azərbaycanın digər bölgələri ilə yanaşı Naxçıvan Muxtar Respublikasından da gənclərin DAU da təhsil almasını və xüsusi ilə də bu il Naxçıvandan DAU-ya təhsil almağa gələn tələbələrin sayının çox olduğunu vurğulayıb.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 621
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30