Təhsil sistemində fəaliyyət göstərən idman məktəbləri və müəllimlərin fəaliyyətləri qiymətləndirilir
Təhsil sistemində fəaliyyət göstərən uşaq - gənclər idman və şahmat məktəbləri, həmin məktəblərdə çalışan məşqçi-müəllimlərin fəaliyyətlərini qiymətləndirmək, istedadlı idmançıları aşkar etmək və onları rəğbətləndirmək məqsədi ilə müsabiqə keçirilir. Təhsil Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, müsabiqə 12 nominasiya üzrə təşkil olunub.
Müsabiqə qalibləri Təhsil Nazirliyi tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaqlar.