Sabah Gənclər və İdman Nazirliyi (GİN) və "Sportsman" jurnalının təşkilatçılığı ilə "Zəfər" Yüksək İdman Nailiyyətlər Mükafatının təqdimat mərasimi keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya GİN-in mətbuat xidmətindən veriblər.
Tədbir Milli Olimpiya Komitəsi və Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının dəstəyi ilə gerçəkləşir.
Tədbir zamanı müxtəlif nominasiyalar üzrə qaliblərin təltif olunması, təbriklər, konsert proqramı nəzərdə tutulub.