Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Susuz qalan «alçalıq»ın fəryadı
    Hər dəfə kəndə gedəndə kənd camaatı başıma yığılır, dərd-sərlərindən danışırlar. Bakıda mötəbər şəxsiyyətlərlə bir yerdə olduğumu bildikləri üçün, elə bilirlər ki, əlimdən çox iş gəlir. Adamdan ümidli cavablar gözləyir, hətta uman yerdən küsərlər deyibən, umu küsülük edənlər də olur.
    Əsrarəngiz və füsünkar təbiətilə göz oxşayan Masallı torpağı həmişə məhsuldar olmuş, tərəvəz və sitrus meyvələri ilə şəhər əhalisinin təlabatını lazımınca ödəmişdir.
    Ölkəmiz müstəqillik qazanandan sonra bütün bölgələrdə olduğu kimi Masallıda da kənd təsərrüfatının inkişafında böyük geriləmə müşahidə olunmaqdadır.

    Təbii ki, bu da kənd təsərrüfatı məhsulları istehsalı üçün lazım olan texnikanın çatışmazlığı, bölgə əhalisi üçün xüsusi mülkiyyətin yeni anlayış olması ilə əlaqədardır.
    Masallının Türkoba adlı bir kəndi var. Bu kənd demək olar ki, inkişafdan dayanmış, təsərrüfat üçün yararlı sahələrinin də suyu olmadığından iflic vəziyyətinə düşmüşdür. Əsas əkin sahələri kənddən 5-6 km uzaqda, «Alçalıq» deyilən ərazidə yerləşir. Tarixən Boradigah çayının bir qolu adı çəkilən «Alçalıq»a gedir və oradan da Xəzər dənizinə tökülürdü.
    Onu da qeyd edim ki, «Alçalıq»da təkcə Türkoba yox, həm də Şatıroba və Qəzvinoba kəndlərinin torpaqları yerləşir. Sovetlər dövründə bu kəndlər Kirov sovxozu adı altında gedirdi. Bu kəndlərin böyük əksəriyyətinin pay bəlli torpaqları, əkin sahələri və örüşləri də «Alçalıq»da yerləşir.
    Artıq 16-17 ildir ki, nə Mahmudavar kəndi tərəfdən, nə də Boradigah qəsəbəsindən bu əraziyə su verilmir. Həm kənd təsərrüfatı, həm də əhalinin çox hissəsinin məşğul olduğu heyvandarlıq inkişafdan geri qalır. Suyun olmaması hər iki sahədə acınadaqlı vəziyyət yaradıb. 
    Masallı rayonunun keçmiş icra başçısı Azər Səfərovun zamanında bir ağsaqqal kimi bir neçə dəfə bu məsələni şəxsən özüm qaldırmışdım. A.Səfərov da öz növbəsində kəndin su probleminin həllinə kömək edəcəyi barədə söz vermişdi. Ədalət naminə qeyd edim ki, Azər müəllim ictimaiyyətlə çox yaxşı işləyirdi. Hətta bir dəfə Türkoba kənd məscidində ümumxalq süfrəsi açılarkən şəxsən rayonun icra başçısı kimi orada iştirak etdi, bir neçə ağsaqqalı dinləyib kəndin ehtiyaclarını öyrəndi, onların həllinə çalışacağına söz verdi. Bəlkə də verdiyi sözü yerinə yetirəcəkdi, amma işdən getdiyi üçün buna zaman ayıra bilmədi. Əlbəttə, ölkə başçısı hər hansı bir rayona başçı təyin edərkən ən birinci xalqı düşünür. Özünün etdiyi kimi onlara da getdiyi hər hansı bir bölgənin coğrafi şəraitini, adət-ənənlərin, bir sözlə maddi və mənəvi ehtiyaclarının təmin edilməsini tövsiyə edir, birbaşa tapşırıq verir. Xalq da öz növbəsində ölkə prezidentinə hörmət bəslədiyi kimi onun təyin etdiyi məmurlara da hörmət edir. heç şübhəsiz rayon başçıları hörmətli prezidentin etimadını doğrultmalı, xalqı ondan narazı salmamalıdır. Təəssüflər olsun ki, hamı belə eləmir, çoxları başına qonan şahlıq quşunu bəsləməklə taleyin onlara ayırdığı zamanı tələf edir, nəticədə yerli əhali əziyyət çəkir, sonrakı peşmançılıq isə heç bir fayda vermir.
    A.Səfərovdan sonra Oqtay Əliyev Masallının yeni icra başçısı təyin olundu. Bir neçə el ağsaqqal ilə onun da yanında olduq, problemi anlatdıq. O, da sələfi A.Səfərov kimi «bu çox sadə və həlli tez bir zamanda mümkün olan məsələdir» deyib bizi rahatlatdı.
    Kənd camaatı generalın sözünə küvənib bir neçə il də məhsulsuz qaldı, az qala hər gün tələf olan mal-qaranın cəsədinə baxıb bu «sadə məsələ»nin həllini gözləyə-gözləyə ağı da dedilər. Nəhayət general da Masallıda yorğunluğunu alandan sonra istirahətə çəkildi…
    Hazırda generalı əvəz edən Masallının icra başçısı Qəzənfər Ağayev artıq iki ildir «Alçalıq»a su çəkdirmək üçün plan cızır. Əkin sahələri və «lilov» salmış mal-qara isə su gözləyir. Görəsən nə vaxtsa bu kimsəsiz, məzlum Türkoba camaatına sahib çıxan, onların səsinə səs verən tapılacaqmı? Görəsən xalq öz dərdini kimə deməlidir. Görəsən Boradigah çayından 30-40 metrlik məsafəni «Alçalıq»a birləşdirmək nə böyük çətin iş imiş. Kənd icra nümayəndəsi Asif Xəlilovun və yeri-yurdu bilinməyən ofis «lonası» Türkobada, özü isə Bakı şəhərində veyillənən bələdiyyə sədri Zahid Sadıqovun işinin-gücünün adı nədir. Xalq bunların hansı əməlinə küvənməli, arxasınca getməlidir…
    Başa düşmək olmur. Nə vaxta kimi insanlar tez-tez dəyişən icra başçılarının vədlərini dinləyəcək, dinləyə-dinləyə sürünəcək, çoxları da elə bu arzu ilə qəbr evinə köçəcəklər.
    Bu yaxınlarda kəndə bir yas yerində iştirak edirdim. Məclisdə toplaşan ağsaqqallar yas mərasimini unudaraq dirilərin problemlərinə diqqət çəkdilər. Söhbət yenə «Alçalıq»dan düşdü. «Nə üçün 5-6 ağsaqqal yığışıb sözünüzü rayonun icra başçısına demirsiniz» ifadəsi ağzımda qaldı. Məclisdəki ağsaqqallar səs-səsə verərək onları İcra Hakimiyyətinə yaxın buraxmadıqlarını bildirdilər. «Dəfələrlə getmişik, yuxarı mərtəbədən bir nümayəndə gəlib beş-on kəlmə kəsir, «narahat olmayın, həll edərik»,- deyib bizi yola salırlar. Yenə də əkdiyimiz bostan, tərəvəz ştillərin qarşısında başıaşağı qalırıq». Kənd camaatından İsrafil İbrahimov, Cəbrail İsrafilov, Möhtaban Nuriyev, Mehman Xəlilov, Cümşüd Məmmədov, Məmmədrəhim Xəlilov, Gülməmməd Qəmbərov, İbrahim Xəlilov, İslam, Baxış, Cabbar İbrahimovlar, Kişi Quliyev, Hacı Mirzəli Ağayev və başqaları məndən bu məsələnin həllinə çalışmağımı xahiş etdilər. Mən isə rəsmi dövlət adamı olmadığım üçün yalnız onlara məsləhət verə biləcəyimi söylədim. Bir də əlimdən gələn onların bu problemini rəhbərlik etdiyim mətbu nəşrdə ictimailəşdirməkdən, qələmlə ağ vərəqi qaraltmaqdan ibarət olacağını söylədim. İndi bilmirəm bu qaralmış vərəqlərin ziyası xalqın üzünü ağardacaqmı? Ciyərləri «lilov» salmış malqaranın fəryadını yuxarılara çatdıra bilərmi?! Dilsiz heyvanlara deməyə söz tapa bilmirik.
    Redaksiyadan: Seçki ilidir. Artıq qatar yola çıxıb. Çox hörmətli prezidentimiz İlham Əliyev xalqdan səs, xalq isə onun yerlərə təyin etdiyi məmurlardan su gözləyir …

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 907
    +  -  Çap 

    08.05.14
    Təcnislər
    08.05.14
    Müstəzadlar
    08.05.14
    Saqinamə
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30