Dövlət qulluqçularının etik davranış qaydaları ilə bağlı Komissiyaya 10 şikayət daxil olub
Bu il dövlət qulluqçularının etik davranış qaydaları ilə bağlı vətəndaşlar tərəfindən Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya 10 şikayət daxil olub. Bu barədə məlumatı “KƏLAMİNFO”ya müsahibəsində DQMK-nin sədri Bəhram Xəlilov deyib.
B.Xəlilov bildirib ki, həmin şikayətlər Komissiya tərəfindən araşdırılıb. Onun sözlərinə görə, şikayətlərin 6-sı əsassız olub. Şikayətlərin 2-si əsaslı olub və təmin edilib. Digər 2 şikayət isə hazırda qanunvericilikdə nəzərdə tutulmuş qaydada araşdırılır.