Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Aytən Mustafayeva: Ölkəmizin milli maraqlarına və təhlükəsizliyinə ciddi təhlükə təşkil edən təriqətlər var
    “Azərbaycanda xristianlar, yəhudilər və müsəlmanlar sülh və bir-birinə hörmət şəraitində yanaşı yaşayıblar. Ancaq təəssüflər olsun ki, hazırda bəşəriyyət inkişafın müasir mərhələsində mövcud olan dinlərin parçalanmasına istiqamətlənib, ölkə, cəmiyyət və insan təhlükəsizliyinə ciddi hədə olan destruktiv, radikal dini təriqətlərlə qarşılaşıb”. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri AMEA İnsan Hüquqları İnstitutunda “Din və etiqad azadlığı: hüquqi, siyasi və ictimai aspektlər” mövzusunda keçirilən konfransda institutun direktoru, millət vəkili Aytən Mustafayeva deyib. O xatırladıb ki, Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, İnsan Hüquqları üzrə Avropa Konvensiyası və digər sənədlərdə təsbit olunan dini etiqad azadlığı hüququna Azərbaycanda da ölkə Konstitusiyası və milli qanunvericiliklə təminat verilir: “Lakin digər insan hüquqları kimi bu hüquq da (Avropa Konvensiyasının 2-ci bəndinin 9-cu maddəsində göstərildiyi kimi) ictimai təhlükəsizliyi və dövlətin maraqlarını təhdid etdiyi təqdirdə məhdudlaşdırıla bilər”.

    A.Mustafayeva bildirib ki, Azərbaycanda yüzlərlə təriqət qeydə alınıb. Onların arasında dinc, zərərsiz təriqətlər mövcud olsa da, millətin genefonduna, ölkəmizin milli maraqlarına və təhlükəsizliyinə ciddi təhlükə təşkil edənləri də az deyil: “Maddi imkanlara sahib olan dini təriqətlər təşkilatlara və fərdi şəxslərə humanitar yardım göstərmək adı ilə əsasən gənclərə arxayın olaraq, öz sıralarına Azərbaycan vətəndaşlarını cəlb etmək üçün aktiv iş görürlər. Bu, Azərbaycanın milli maraqları, genefonduna ciddi təhlükədir. Din adı altında bu cür təşkilatların xarici nümayəndələri ölkənin strateji vəziyyətini müəyyən edən proseslər haqqında ictimai-siyasi, iqtisadi, hərbi və digər məlumatları toplamaq imkanı verən strukturlar yaradırlar. Ona görə də milli təhlükəsizlik haqqında Azərbaycan doktrinası destruktiv təriqətçiliyə və xarici missionerlərə milli təhlükəsizliyin maraqlarına potensial təhlükə kimi xüsusi diqqət yetirməlidir”. O, destruktiv və dini törəmələrdən irəli gələn təhlükələri nəzərə alaraq, onların qeydiyyat qaydalarını sərtləşdirməyin və bu qurumların ölkənin gənc nəslinə təsirinin hədə yaradan məqamlarına daha ciddi yanaşmağın zəruriliyini bildirib.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 455
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30