Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Təhsil Nazirliyi bəzi məktəb direktorlarını cəzalandırıb
    Cari ilin oktyabr ayında Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə (əlaqə telefonu: 146; faks: 496-37-61; elektron poçt ünvanı: qaynar-xett@edu.gov.az) 974 müraciət daxil olub. Təhsil Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, müraciətlərin 857-si telefonla, 117-si isə elektron poçt vasitəsilə qəbul edilib. Daxil olan müraciətlərin əksəriyyəti sorğu xarakterlidir. Bir sıra müraciətlərdə ümumi təhsil, ilk peşə-ixtisas təhsili, orta ixtisas və ali təhsil müəssisələrindəki çatışmazlıqlardan bəhs olunur. Bu qəbildən olan 73 müraciət əsasında araşdırmalar aparılıb, nöqsanların aradan qaldırılması istiqamətində müvafiq işlər görülüb.

    Ümumi təhsil məktəblərinin fəaliyyətində yol verilən nöqsanlara dair 66 müraciət qəbul edilib. Ümumi təhsil məktəbləri üzrə Bakı şəhərindən 29, digər şəhərlərdən 4 (Sumqayıtdan 2, Gəncə və Şirvan şəhərlərinin hər birindən 1), Abşeron, Goranboy, Ağdam və Cəlilabad rayonlarının hər birindən 3, Sabirabad, Şəmkir, Lənkəran, Şəki, Qəbələ və Xaçmaz rayonlarının hər birindən 2, Hacıqabul, Saatlı, Neftçala, Kürdəmir, Göygöl, Şamaxı, Qazax, Ağsu və Yevlax rayonlarının hər birindən 1 müraciət daxil olub. “Qaynar xətt” xidmətinə daxil olan müraciətlər əsasında işində nöqsan aşkarlanan təhsil müəssisəsi rəhbərlərinə qarşı müvafiq inzibati tədbirlər görülüb. Belə ki, Bakı şəhəri Qaradağ rayonundakı 274 nömrəli tam orta məktəbdən daxil olan şikayətin araşdırılması nəticəsində təhsil müəssisəsində idarəetmə sahəsində nöqsanlar aşkarlanıb və məktəb rəhbərliyinə sonuncu xəbərdarlıq edilib. Sabirabad rayon Qaragüney kənd 1 nömrəli tam orta məktəbdən daxil olan şikayətin araşdırılması zamanı məktəbin idarə olunmasında yol verdiyi nöqsanlara görə məktəbin direktoru Ramiz Həsənov tutduğu vəzifədən azad olunub. Digər 7 müraciətdə isə ali, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələri tələbələrinin diplom və təqaüdlərin gecikdirilməsi, dövlət sifarişi ilə təhsil alan tələbələrin təhsil haqqının müvafiq dövlət və özəl ali məktəblərinə köçürülməsi, xaricdə təhsil alan tələbələrin təqaüdləri ilə bağlı yaranmış problemlərdən bəhs olunub. Bütün bu müraciətlər aidiyyəti struktur bölmələrə yönəldilib və qaldırılan məsələlər vaxtında həllini tapıb.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 520
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30