Prezident İlham Əliyev İsrailin xarici işlər naziri Aviqdor Libermanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Bu gün prezident İlham Əliyev İsrailin xarici işlər naziri Aviqdor Libermanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. KƏLAMİNFO xəbər verir ki, görüşdə ikitərəfli münasibətlər, o cümlədən iqtisadi sahədə əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb.
Görüşdə qlobal məsələlər və Yaxın Şərq siyasətinin aktual problemləri müzakirə olunub.