Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Dağlıq Qarabağ münaqişəsi hansı yolla həll edilsin?
    Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Qarabağ Azadlıq Təşkilatı QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Qarabağ debatları: hərb və ya sülh yolu?” mövzusunda debat təşkil edib. “KƏLAMİNFO”nun məlumatına görə, debatlarda münaqişənin hərb və sülh yolu ilə həllinə tərəfdar olan ekspertlər, QHT nümayəndələri, siyasətşünaslar iştirak ediblər.

    Tədbirdə QAT sədrinin müavini Fəridə Ələsgərova bildirib ki, təmsil olunduğu qurum mövzu ilə bağlı silsilə debatlar keçirəcək. Onun sözlərinə görə, ilk debat DQ münaqişəsinin həllində xarici amillərin roluna həsr edilib.

    QAT sədri Akif Nağı bildirib ki, debatların keçirilməsində məqsəd DQ münaqişəsinin həlli yoluna dair cəmiyyətdə olan müxtəlif mövqelərin yaxınlaşdırılması, hər iki tərəfin arqumentlərinin ortaya qoyulması, milli maraqlara zərbə imkanlarının heçə endirilməsidir. O, fikrini açıqlayıb ki, QAT münaqişənin birmənalı şəkildə hərbi yolla həllinin tərəfdarıdır və bu mövqenin bütün cəmiyyət tərəfindən müdafiə olunmasına çalışır. A.Nağı hesab edir ki, hərb yolu sülhə nisbətən asandır. Onun sözlərinə görə, münaqişənin sülh yolu ilə həll edilməsinin qarşısında bir sıra beynəlxalq təşkilatlar, böyük dövlətlər dayanıb və ona görə də bu yolla torpaqları geri qaytarmaq mümkün olmayacaq. Hərbin arxasında isə Ermənistan və ona yaxın bir-iki dövlət dayanıb. Odur ki, sülh, müharibədən çətindir.
    A.Nağının sözlərinə görə, bir sıra beynəlxalq təşkilatlar və böyük dövlətlər hesab edir ki, DQ münaqişəsində Ermənistan qələbə qazanıb və bu nəticəyə Azərbaycanı alışdırmaq, inandırmaq lazımdır.
    Keçmiş hərbi hissə komandiri Xudu Xudiyev hesab edir ki, sülhlə müharibə siyasəti paralel aparılmalıdır.
    Hüquq müdafiəçisi Novella Cəfəroğlu münaqişənin sülh yolu ilə həllinə tərəfdardır, ancaq əks mövqedə dayananları da dəstəkləyir.
    Filosof Niyazi Mehdi isə məsələyə daha başqa prizmadan yanaşıb: “Əvvəlcə düşünmək lazımdır ki, DQ münaqişəsinin sülh və hərb yolu ilə həllində nəyi bacarırıq”.
    Müstəqil siyasətçi Pərviz Səmədov hesab edib ki, sülh və hərbdən qabaq BMT-nin qəbul etdiyi qətnamələrin icrasına nail olmaq lazımdır.
    Politoloq Zərdüşt Əlizadə isə sülh və hərb çağırışlarını gülməli hesab edir. O qeyd edib ki, ilk növbədə Ermənistanla informasiya müharibəsini gücləndirmək lazımdır. Onlara psixoloji, hətta hərbi təzyiqlər etmək vacibdir. Təzyiqlərdə ölkənin iqtisadi, siyasi və digər potensiallarından istifadə edilməlidir. Həmçinin, beynəlxalq təşkilatlar, böyük dövlətlər və beynəlxalq ictimai birliklərlə birgə işləmək lazımdır. Əvvəlcə konfliktin həlli yolları elmi, sistemli şəkildə öyrənilməli və sonra həmin təşkilat və dövlətlərə çatdırılmalıdır.
    Debatlarda çıxış edənlər münaqişənin həlli, burada xarici amillərin rolu və digər məsələlərlə bağlı fərqli fikirlər və arqumentlər səsləndiriblər. Bildirilib ki, DQ-ın kimin tərəfində qalması heç də beynəlxalq təşkilatlar, super dövlətləri maraqlandırmır, münaqişəni hər iki tərəf özü həll etməlidir. O da qeyd olunub ki, münaqişənin həlində müharibə istisna edilmir, ancaq sülh qaçılmazdır. Çünki, müharibə olarsa, ondan sonrakı proseslər də sülhü tələb edir.
    Qeyd edək i, növbəti debatlar noyabrın 21-i və dekabrın 5-i keçiriləcək.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 302
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30