Gələn il TÜRKPA-nın Baş Katibliyinin yeni binası istifadəyə veriləcək
Gələn il Bakıda TÜRKPA-nın Baş Katibliyinin yeni binası istifadəyə veriləcək. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Bakıda keçirilən TÜRK PA-nın Hüquq Komissiyasının iclasında qurumun baş katibi Ramil Həsənov məlumat verib. O bildirib ki, 2013-cü ildə hazır olacaq binanın açılışında Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edəcək: “Bu, Azərbaycan Prezidentinin TÜRKPA-ya göstərdiyi önəmin bariz nümunəsidir”.
Qeyd edək ki, TÜRKPA hazırda Milli Məclisin binasında fəaliyyət göstərir.