Rusiya prezidenti Vladimir Putinin noyabrın 2-də Türkmənistan və noyabrın 9-da Bolqarıstan səfərlərini təxirə salması onun xəstə olduğuna dair şübhələr yaradıb. “KƏLAMİNFO” TRT-yə istinadən xəbər verir ki, Kreml iddiaları təkzib edib. Ancaq Putinin onurğa sütununda yırtıq probleminin olduğuna dair məlumatlar da Kremldəki mənbələrdən sızıb.
Yeri gəlmişkən, noyabrın 2-də Türkmənistanda keçirilməsi planlaşdırılan Müstəqil Dövlətlər Birliyi dövlət başçıları sammiti dekabrın 5-nə keçirilib. Putin oktyabr ayında da Türkiyə, Ermənistan, Hindistan, Pakistan səfərlərini təxirə salıb.