Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Əql
    (yaxşı və pisi ayıran qüvvə) 433

    1. Hər kimin ağlı varsa, düzlükdə və nicatdadır. 418 2. Bütün yaxşılıqlar əql vasitəsilə dərk olunur, hər kimin əqli yoxdursa, dini də yoxdur. 951


    3. Kişinin dini onun əqlidir. Əqli olmayanın dini də olmaz. 1581 4. Əqlin əsası yaxşı rəftar (müdara) və davranışdır. Dünyanın yaxşılıq edənləri axirətin də yaxşılıq edənləridir. 1635 5. Əqlin əsası Allaha iman gətirəndən sonra insanları sevmək, yaxşılara və pislərə qarşı yaxşılıq etməkdir. 1636 6. Əqlin əsası Allaha iman gətirəndən sonra camaatla dostluq və məhəbbətdir, heç kəs məsləhət və məşvərətdən ehtiyacsız deyil. Bu dünyanın yaxşıları axirət yaxşılarıdır, bu dünyanın pisləri axirətin də pisləridir. 1637 7. Əqlin əsası Allaha imandan sonra, həya və gözəl xasiyyətdir. 1638 8. Əql dünya işlərində zərərə, axirət işlərində isə sevinc və şadlığa səbəbdir. 2010 9. Əql, ülfət və mehribançılıq yaradan və qəbul edəndir. 2011 10. Az tövfiq (müvəffəqiyyət) çox əqldən yaxşıdır. Əql dünya işlərində zərərə, din işlərində isə şadlığa səbəb olur. 2097 11. İnsanların durumu və etibarı onun əqlidir, əqli olmayanın dini də yoxdur. 2103 12. Kişinin kəraməti dinilə, mürüvvəti əqlilə, şərafəti əxlaqı ilədir. 2124
    Bir kişinin müsəlmanlığı sizi təəccübləndirməsin, o vaxta qədər ki, onun tam ağılı olmasını biləsiniz. 2469
    Bir kişinin tam ağıllı olduğunu bilməyincə, onun müsəlmanlığı səni təəccübləndirməsin.(ikisindən birini yaz!)
    13. Tədbir tökmək əqlə, özünü günahdan saxlamaq isə təqvaya dəlalət edir. Yaxşı əxlaq kimi şərafət yoxdur. 2504 14. Cəhalətdən şiddətli fəqirlik, əqldən faydalı və xeyirli var-dövlət, eqaizm - özünü bəyənməkdən qorxulu təklik yoxdur. Gözəl əxlaqdan yaxşı şərafət, təfəkkür kimi də gözəl ibadət olmaz. 2505 15. Heç bir şey elm kimi sahibini hidayətə yönəltməyib və ya onu xətadan uzaqlaşdırmayıb. İnsanın əqli istiqamətlənməsə, dini istiqamətlənə bilməz. 2619 16. İnsanlar yaxşı işlər görərlər, amma Qiyamət günü onların mükafatları ağıllarına görə verilər. 3155 17. Allah-Təala bir işi etmək istədiyi zaman əql sahibinin əqlini alar. 669 18. Allah əqli olmayan mömini sevməz. 743 19. Allah-Təala bir işi etmək istəyən zaman kişilərin ağlını alar, həmin işi etdikdən sonra onların ağlını qaytarar və onlarda peşmançılıq üz verər. 673 20. Dünya, evi olmayanların evidir, malı olmayanların malıdır. Əqli olmayanlar dünya üçün mal toplayarlar. 1597 21. Kişinin ağılının yüngüllüyü budur ki, qonağını işlədə. 1738 22. Elm axtarın ki, elm möminin dostudur, səbr onun vəziri, əql onun dəlili və sübutu, əməl onun qoruyucusu və əsası, mülayimlik onun atası, müdara etmək onun qardaşı, səbr isə qoşununun sərgərdəsidir. 1961 PİSLİYİN AQİBƏTİ VƏ CAZASI  434
    1. Günahı bağışla, əgər cəzalandırırsansa günah qədərində cəzalandır, üzünə - surətinə xəsarət yetirmə. 378 2. Yaxşı işin və qohumluqla əlaqənin savabı və mükafatı başqa yaxşılıqdan tez yetişər, zülmkarlığın və qohumluq əlaqəsinin kəsilməsinin cəzası digər pisliklərin cəzasından tez yetişər. 291 3. Kişilərə əziyyət verəməkdən çəkinin, amma şəriətin buyurduğu hədd - cəza icra olunmalıdır. 1122 4. Qullarınızı - xidmətçilərinizi ağılları qədər cəzalandırın. 1928 5. Əgər momin Allah yanında olan cəzanı bilsə, heç vaxt Behiştə ümid edib tamahlanmaz. Həmçinin əgər kafir Allah yanında olan rəhməti görsə heç vaxt Behiştdən ümidini kəsməz. 2356 6. Zülmün cəzasından tez yetişən cəza ola bilməz. 2390 7. Kişinin zülm etməsi onun abr-həyasını oyuncaq edər, muzdunu - cəzasını tezləşdirər. 2425 8. Hər hansı bir dəstə ki, onların gözü qabağında günah edələr və onlar günah edənlərdən güclü və çox olduqları halda günahkarların qarşısını almasalar, Uca Allah öz tərəfindən onların hamısını cəzalandıracaq. 2692 9. Hər kim dünyada günah edib, cəzalanarsa, Allah-Təala ədalətlidir, onu ikinci dəfə cəzalandırmaz. 2800 10. Hər kim günah etsə və dünyada onun cəzasını alsa, Allah ədalətlidir, yenə də öz bəndəsini axirətdə cəzalandırmaz. Hər kim günah etsə və Allah onun üstünü örtsə, Allah kəramətlidir, o günaha yenidən qayıtmaz. 2953 11. İki şey var ki, onların cəzası dünyada tezliklə verilər: zülm və valideynlərlə pis rəftar etmək. 1072 ELM   435 1. Əgər mənim üçün bir gün keçə və o gündə məni Allaha yaxınlaşdıran elm öyrənməyəm, o gün günəşin saçması mənə mübarək olmasın. 126 2. Elm axtarın, əgər Çində belə olsa, çünki elm öyrənmək hər bir müsəlmana vacibdir. Həqiqətən mələklər qanadlarını elm öyrənənin altına sərir. Onun elm öyrənməyinə sevinirlər. 324 3. Beşikdən qəbrə qədər elm öyrənin. 327 4. Ən böyük alim o kəsdir ki, başqalarının elmini öz elminə artırar. 360 5. Elm öyrənmək üçün tezdən oyanın, çünki tezdən oyanmaq bərəkət və xoşbəztliyə səbəb olur. 376 6. Fitnə gəldikdə insanları məğlub edər. Alim öz elminin köməkliyi ilə nicat tapar. 661 7. Allah-Təala bəndəsindən elmini harda sərf etdiyini soruşacaq, necə ki, malının harda sərf etdiyini soruşar. 761 8. Xeyri və mənfəəti olmayan elm, xərclənməyən xəzinə kimidir. 860 9. Elmlə olan az əməl çoxdur. Cəhalətlə olan çox əməl azdır. 873 10. Bəzi bəyanlar sehrdir, bəzi şeirlər hikmətdir, bəzi sözlər və bəzi elm öyrənmək cəhalətdir. 916
    11. Təqvanın mənbələrindən biri də budur ki, bilmədiklərini öyrənib, bildiklərinə əlavə edəsən. Əgər elmi artırmasan o azalacaq. Hər kəs öz bildiklərindən az mənfəət əldə etsə, bilmədiklərini öyrənməkdə tənbəllik edər. 926 12. Elm öyrənməklə, helm (həlimlik, siyasət yaxşı mənada) əldə olur. Hər kim xeyir axtarsa, xeyri tapar və hər kim şərdən qaçsa amanda olar. 939 13. Hər nə istəyirsiz öyrənin, Allah sizə hər elmdən mənfəət verməz, məgər bildiyinizə əməl edəsiniz. 1161 14. Elmi işlərdə bir-birinizə kömək edin. Elmi bir-birinizdən gizlətməyin. Elmdə xəyanət, malda xəyanətdən daha pisdir. 1178 15. Üç şey iman həqiqətlərindəndir: yoxsulluqda bəxşiş vermək, insanlarla insafla rəftar etmək, öz zərərinə belə olsa, tələbələrə elm öyrətmək. 1271 16. Beş şey dünyanın müsibətlərindəndir: dostun ölümü, malın tələf olması, düşmənin danlağı, elmi tərk etmək və pis qadın. 1458 17.  Dünya və axirətin xeyri elmlədir, dünya və axirətin şəri isə cəhalətlə. 1482 18. Süleyman peyğəmbəri (s) elm, mal, mülk seçimi arasında sərbəst buraxdılar və o, elmi seçdi, elə buna görə də mal və mülk də ona verildi. 1538 19.  Düa edənlə amin deyən, savab və mükafatda şərikdirlər. Quran oxuyanla Quran ayələrini dinləyən savabda şərikdirlər, habelə elm öyrədənlə tələbə də savabında şərikdirlər. 1583 20.  Elm öyrənməyə tələsin, düz danışmaq və hədis söyləmək, dünya və onda olan qızıl və gümüşdən (qiymətli daş-qaşlardan) xeyirlidir. 1723 21. Alimin mütəkkəyə söykənib bir saat elminə nəzər etməsi abidin yetmiş illik ibadətindən xeyirlidir. 1724 22. Allah-Təaladan faydalı elm istəyin, faydasız elm istəməyin. 1743 23.  Şərif adamların elmindən soruşun, əgər onlarda elmi-bəhs olsa, yazın, çünki həqiqətən onlar yalan danışmazlar. 24. Möminin itkisi elmdir, hər zaman bir hədis öyrənsə, başqa bir hədisin də axtarışında olar. 1889 25. Mələklər qanadlarını elm öyrənənin ayağı altına sərər, çünki onlar bu işləri sevirlər. 1896 26. Cahillər arasında olan alim, ölülər arasında olan dirilər kimidir. 1897 27. Hər kim Allah yolunda elm öyrənsə, Allah yolunda cihaddan daha fəzilətlidir. 1902 28. Elm axtaran rəhmət axtarandır, elm öyrənən İslamın rüknü - sütunudur və onun əcr-muzdunu Peyğəmbərlərlə eyni səviyyədə verəcəklər. 1899 29. Elm axtarıb öyrənmək hər bir müsəlmana vacibdir və hər şey, hətta dənizlərin balıqları belə onun bağışlanması üçün dua edərlər. 1901 30. Elm öyrənmək, Allah yanında namazdan, orucdan, həcdən, cihaddan (Allah yolunda) daha fəzilətlidir. 1902 31. Bir saat elm öyrənmək bir gecə ibadətdən xeyirlidir. Gündüz elm öyrənmək isə üç ayın orucundan yaxşıdır. 1903 32. Elm öyrənmək bütün müsəlmanlara vacibdir. Elmi naəhlə tapşırmaq, gövhər, mirvari və qızılı donuzun boynundan asmaq kimidir. 1904 33. Elm öyrənmək bütün müsəlman kişi və qadınlara vacibdir. 1905 34. O elm ki, faydası yoxdur, xərclənməyən xəzinə kimidir. Hər şeyin zəkatı var, bədənin zəkatı oruc tutmaqdır. 1948 35. O elm ki, izhar edilib deyilmir, xərclənməyən xəzinə kimidir. 1953 36. Öz övladlarınıza ox atmağı öyrədin ki, bu düşmənin sınması deməkdir. 1956 37. Elm öyrədin, qəzəbli olmayın, müəllim (elm, ədəb öyrədən) qəzəblənəndən daha yaxşıdır. 1958 38. Xeyri olmayan elm, nəfəqə və sədəqə verilməyən xəzinə kimidir. 1984 39. Alim və elm Behiştdədir. Əgər alim öz elminə əməl etməsə, elm və əməl Behiştdədir, amma o zaman alim Cəhənnəmdə olacaq. 2002 40. Elm ibadətdən fəzilətlidir. Dinin əsası təqvadır. 2016 41. Elm ibadətdən fəzilətlidir. Ən yaxşı əməl orta əməldir. 2017 42. Elm üç şeydir: danışan kitab, tabe olunan sünnət və «bilmirəm».2018 43. Elm İslamın həyatıdır, imanın sütunu. Hər kim elm öyrənsə, Allah onun mükafatını kamil edər. Hər kim elm öyrənə və əməl edə Allah ona bilmədiklərini öyrədər. 2019 44. Elm xəzinələrdir, onun açarı sualdır. Soruşun, Allah sizə rəhm etsin. Allah elm işində dörd kəsə rəhm edər: soruşana; müəllim və öyrədənə; eşidənə və onlara ki, bunları sevirlər. 2020 45. Elm möminin dostu, helm və ağırlıq onun köməkçisi, əql onun rəhbəri, əməl onun sərdarı, mülayimlik onun atası, yaxşılıq onun qardaşı, səbr onun ordusunun əmr verənidir. 2021 46. Elm ibadətdən yaxşıdır. Dinin əsası Allah qorxusudur və həqiqi alim elminə əməl edəndir. 2022 47. Elm iki cürdür: 1 – qəlbdə olan elm ki, mənfəətli elmdir; 2 – dildə olan elm ki, Allahın Adəm övladlarına olan höccətidir. 2023 48. Elm mənim və məndən əvvəlki peyğəmbərlərin mirasıdır. 2024 49. Elm və mal hər eybi örtər. Cəhl və fəqr isə hər eybi açar. 2025 50. Elmi özündə saxlamaq rəva deyil. 2026 51. Səhər-axşam elmlə məşğul olmaq, Allah yanında cihad etməkdən fəzilətlidir.  2037 52. Elmin fəziləti ibadətin fəzilətindən artıqdır. 2051 53. Yaltaqlıq və həsəd möminin əxlaqından deyil, yalnız elm öyrənərkən onlardan istifadə etmək olar. 2410 54. Elmlə olan az əməl çoxdur. Cəhalətlə olan çox əməl azdır.2098 55. Elmi yazmaqla bağlayın – elmi zəncirləyin (unutmağa qoymayın). 2105 56. Kişinin elmlə Allahdan qorxması kifayət edər. Cahillik üzündən isə kişi özünə vurğun olar. 2128 57. Hər şey, hətta dəryanın balıqları və göyün quşları elmi gizlədənlərə lənət oxuyurlar. 2112 58. Hər alim başqa bir elmin acıdır. 2147 59. Bəzi elmlər Qiyamət günü insan üçün bəla olacaq, faydalı və əməl olunan elmdən başqa. 2168 60. Hər kim elmi onun əhlindən gizlədə Qiyamət günü atəşlə cilovlanar. 2903 61. Hər kim elm öyrənsə, keşmiş günahlarının kəffarəsi olar. 2923 62. Hər kim elm öyrədə, elmə əməl edənin əcri onunku olar, əlbəttə əməl edənin əcri azalmaz. 2919 63. Hər kim elm öyrənə ki, alimlərlə üz-üzə gələ, ya səfehlərlə mübahisə edə və ya insanları özünə cəlb etmək istəyə, Allah-Təala onu Cəhənnəmə atacaq.   2924 64. Hər kim elmi qazanc vasitəsinə çevirər, Allah onun sifətini çevirər, işini  alt-üst edər və o, Cəhənnəmə layiqdir. 2942 65. Hər kim elm öyrənmək üçün yollar qət edərsə, Allah Behişt yolunu onun üçün açar. 3026 66. Sədəqələrdən biri də budur ki, kişi elm öyrənə, ona əməl edə və
           başqalarına öyrədə. 3069 67. Elmlə yatmaq cəhalətlə namaz qılmaqdan xeyirlidir. 3140 68. Əsl insanlar iki cürdür: alim və tələbə. Onlardan başqa şəxslərdə xeyir yoxdur. 3145 69. Elmi naəhlə tapşırmaq, sanki qızılı, gövhəri, ləl-cəvahiratı donuzun boynundan asmaqdır. 3173 70. Vay olsun bilməyənə və vay olsun ona ki, bilə və əməl etməyə. 3193 71. Hər kim elmsiz əməl edər, islah etməkdən çox fəsad edər. 3058 72. Ən ac kişi elm axtarandır və tox odur ki, elmi axtarmır. 68 73. Elmin bəlası unutmaqdır, həmçinin elmi naəhlinə tapşırsan tələf olar. 5
    ALİMLƏR (11)    436 1. Alimlər peyğəmbərlərin varisləridirlər, elmi onlardan miras alıblar. Hər kim elm öyrənsə, daha çox peyğəmbərlərdən miras alıb. 657 2. Allah-Təala Qiyamət günü savadsızlara (təlim-tədris, məktəb görməyənlərə) elə şeyləri bağışlayacaq ki, o şeyləri alimlərə bağışlamayacaq. 762 3. Ədalət gözəldir, lakin başçılarda (hakimlərdə) olsa daha gözəldir. Səxavət gözəldir, lakin varlılarda olsa daha gözəldir. Səbr gözəldir, lakin fəqirlərdə olsa daha gözəldir. Tövbə gözəldir, lakin cavanlarda olsa daha gözəldir. Həya gözəldir, lakin qadınlarda olsa daha gözəldir. 2006 4. Alimlər üç dəstədir: o alim ki, camaat ondan xeyir aparar, o da öz elmindən; ikincisi, insanlar ondan xeyir aparar, amma o, özünü həlak edər; üçüncüsü isə öz elmindən fayda aparar, amma başqalarına fayda verməz. 2012 5. Alimlər Allahın əminləridirlər (əmanətdar). 2013 6. Alimlər yerin çıraqları, peyğəmbərlərin xəlifələri, mənim və peyğəmbərlərin varisləridirlər. 2014 7. Alimlər rəhbərlərdir, təqvalılar başçılardır və onlarla oturub-durmaq faydalanmaqdır. 2015 8. İnsanların ən pisi alimlərin pisidir. 1802 9. Camaatdan iki dəstə əgər saleh olsa, camaat da saleh olar, yox əgər fasid (pislik əhli) olsalar insanlar da fasid olarlar. Bunlar alimlər və əmirlərdir (başçılar). 1853 10. Vay olsun mənim ümmətimin pis alimlərinə. 3191 11. Tamah alimlərin qəlbindən hikməti aparar. 1921
    ÖMÜR (HƏYAT) (20)   437 1. İnsanlara yaxşılıq, qohumlarla mehribançılıq – ömürləri uzun, şəhərləri abad və mal-dövləti çox edər. Bu işi görən pis adam  olsa belə. 614 2. Mənim ümmətimin ömürləri altımış ilə yetmiş yaş arasında olacaq. 366 3. Hər kimə Allah altımış il ömür versə üzr qapısı onun üzünə bağlanar. 342 4. Kamil səadət və xoşbəxtlik odur ki, uzun ömrü Allahın ibadətində keçirəsən. 632 5. Allah-Təala ata və anaya yaxşılıq etdiyinə görə insanın ömrünü uzadar. 755 6. Gizli verilmiş sədəqə Allahın qəzəbini yatırar. Qohumlara yaxşılıq ömrü uzadar. Yaxşı işlər pis – işgəncəli ölümlərin qarşısını alar. 858 7. Kişinin xoşbəxtliyi, onun ömrü uzun olmasında və Allah-Təalanın tövbəni ona nəsib etməsindədir. 912 8. Yaxşı qonşuluq, şəhərlərin abadlaşmasına və ömürlərin uzanmasına səbəb olar. 1371 9. Yaxşı xasiyyət inkişafdır, bədxasiyyətlilik pislikdir. Yaxşılıq ömrü uzadar və sədəqə pis ömrün qarşısını alar. 1380 10. Sizin ən yaxşınız o kəslərdir ki, ömürləri uzun və əməlləri yaxşıdır. 1476 11. Ən yaxşı insan o kəsdir ki, ömrü uzun və əməlləri gözəldir. Ən pis insan odur ki, ömrü uzun, əməlləri isə pis olsun. 1503 12. Qohumluq əlaqəsini möhkəmlətmək ömrü uzadar və pis ölümdən insanları qoruyar. 1838 13. Qohumluğu qorumaq, yaxşı əxlaqlı olmaq və yaxşı qonşuluq etmək şəhərləri abad edər, ömürləri uzadar. 1839 14. Müsəlmanın ömrü nə qədər uzun olsa onun xeyrinədir. 2178 15. Çox insanlar var ki, yetişdiyi günü tamlıqla başa çatdıra bilmir, sabahın intizarındadır, amma ona da çata bilmır. 2184 16. Qəza, duadan başqa heç bir şeylə uzaqlaşmaz, ömrü yaxşılıq və yaxşı işdən başqa heç nə uzatmaz.   2537 17. Hər kimə Allah-Təala altımış il ömür versə, ömür sarıdan höccət ona tamamdır. (Qiyamətdə heç bir bəhanə gətirə bilməz.)  2789 18. Hər kim sabahı ömründən saysa o, ölümü tanımayıb. 2926 19. O zaman ki, Allah-Təala bir cəmiyyətə yaxşılıq istəsə, onların ömrünü uzun edər və onları şükr etməyə ilhamlandırar.  148 20.  Uca Allah buyurur: «Ey Adəm övladı hər gün sənin ruzini verirlər, qəmgin olursan, hər gün sənin ömründən azalır, sənsə fərəhlənirsən.
    O şey ki, sənə kifayət edir varındır, o şey ki, səni tüğyan və günaha çəkir onu axtarırsan, nə aza qane olursan, nə çoxdan doyursan». 2082
    Ərəb və fars dilindən tərcümə edəni Hacı Mirəziz Seyidzadə

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 1001
    +  -  Çap 

    08.05.14
    Təcnislər
    08.05.14
    Müstəzadlar
    08.05.14
    Saqinamə
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30