Hillari Klinton Elmar Məmmədyarova təbrik məktubu göndərib
Amerika Birləşmiş Ştatlarının dövlət katibi Hillari Klinton Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarova Qurban bayramı münasibəti ilə təbrik məktubu ünvanlayıb. XİN-in mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, təbrikdə H.Klinton naziri Qurban bayramı münasibətilə təbrik etməkdən məmnunluq ifadə edib və dünya müsəlmanlarının builki Həcc ziyarətinin qəbul olunmasını arzu etdiyini bildirib.