Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    “Müxalifət şəhərin mərkəzini seçməklə qarışıqlıq yaratmaq istəyir”
    Mübariz Qurbanlı: “İctimai Palatanı qeyri-ciddi, ölü yaranmış bir qurum kimi tanıyıram”

    Milli Məclisin üzvü, hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Mübariz Qurbanlı suallarımızı cavablandırıb.

    - Mübariz müəllim, İnzibati Xətalar Məcəlləsində qanunsuz aksiyaların keçirilməsi ilə bağlı cərimələrin bir neçə dəfə artırılması gündəmdədir. Bu, xüsusilə müxalif düşərgədə narazılıqlarla qarşılanır. Buna münasibətiniz necədir?

    - Bu məsələdə xüsusilə müxalif düşərgənin narahat olmasını anlaya bilmirəm. Əgər onlar həqiqətən qanuni aksiyanın tərəfdarıdırlarsa, kiməsə zərər vermək istəmirlərsə, niyə bundan narahatdırlar? Qanundakı bu dəyişiklik ona yönəlib ki, kim asayişin pozulmasına yönəlik aksiyalar keçirir, iğtişaşlar törədirsə, buna qatılırsa, onlar indikindən bir neçə dəfə artıq cərimələnəcəklər.
    Azərbaycanda sərbəst toplaşma ilə bağlı qanunvericilik bazası mövcuddur və bu da vətəndaşların söz azadlığını qanuni, sərbəst formada ifadə etməsi üçün yüksək səviyyədə təminat yaradır. Əgər kimlərsə qeyri-qanuni aksiyalara cəhd edirsə, ictimai yerlərdə asayişi pozursa, vətəndaşlara maddi və mənəvi zərər yetirirsə və sair qanunsuz əməllər törədirsə, əlbəttə ki, bunlara qarşı cərimə sanksiyalarını gücləndirmək lazımdır. İndiyə qədər paytaxt küçələrində bəzi qruplar qeyri-qanuni aksiyalara cəhd edirdilər, asayişi pozurdular, obyektlərə zərər yetirdirlər və yüngül cərimə ilə də ötüşürdülər.

    Amma bundan sonra belə olmayacaq və bu kimi halları törədənlər ciddi cərimə ilə üzləşəcəklər. İndi mən bundan narahat olanları anlaya bilmirəm. Onlar istəyirlər ki, qeyri-qanuni hərəkətlərə yol verib iğtişaşlar törətsinlər, ictimai sabitliyi pozsunlar, vətəndaşlara zərər yetirsinlər və bununla da cəriməsiz, cəzasız qalsınlar?
    Azərbaycanda yeraltı keçiddən istifadə etməyənlərə qarşı da cərimələr qaldırıldı və bunun nəticəsində yollardakı bədbəxt hadisələrin sayı azalır. Bütün artırılan cərimələr də insanların asayişin gücləndirilməsinə, sakit yaşayışının, sosial rifahının təmin olunmasına yönəlir. Qeyd olunan cərimələrin tətbiqi də bu silsilədəndir. Hansı ölkədə qanunsuz aksiyaçılar, vətəndaşların asayişini pozanlar, obyektləri dağıdanlar cəzasız qalırlar? İndi müxalifətin narahatlığı budur ki, başqa ölkələrdən fərqli olaraq onlar burada qeyri-qanuni işlər görsünlər və cəriməsiz qalsınlar? Bundan narahatdırlar?


    - İctimai Palata oktyabrın 20-də Bakı Şəhər İcra Hakimiyyətinin ayırdığı yerdə deyil, şəhərin mərkəzində - özlərinin seçdiyi yerdə yürüş keçirməyi planlaşdırır...


    - Elə cərimələrin artırılması ilə əlaqədar dediyim fikirlər birbaşa adını İctimai Palata qoyan bu qurumun cəhd edəcəyi hadisə ilə də bağlıdır. Bu ölü qurum öz ənənəsinə sadiq qalaraq yenə də qeyri-qanuni aksiyaya cəhd eləmək istəyir. Yenə də bir qrup gəncləri qabağa verərək istəyirlər ki, ictimai sakitliyi pozsunlar, qarışıqlıq yaratsınlar və insanlara zərər vursunlar. Onlar daim beynəlxalq aləmdən və onların münasibətindən danışırlar, amma cavab verə bilmirlər ki, hansı ölkədə qeyri-qanuni aksiya, vətəndaşlara vəhşicəsinə zərər yetirmək hüquqi norma kimi qəbul edilir. Əgər onlar həqiqətən qanuni, normal mitinqin tərəfdarıdırlarsa, ancaq öz etirazlarını bildirmək istəyirlərsə bunu paytaxt meriyasının onlara ayırdığı yerdə də edə bilərlər. Onlar şəhərin mərkəzini seçməklə sadəcə qarışıqlıq yaratmaq istəyirlər...


    - Onlar iddia edirlər ki, şəhərin mərkəzini seçməklə parlament binası önünə yürüş edərək Milli Məclisin buraxılmasını tələb edəcəklər...


    - Bu onların bəhanəsidir, səbəb deyil. Çünki onlara ayrılan yerdə qanuni şəkildə öz etirazlarını bildirsələr, həqiqətən dedikləri kimi guya xalqın bir hissəsinin səsini ifadə etsələr, bu, eşidiləcək. Parlamentə qarşı etiraz aksiyası keçirmək o deməkdir ki, gərək elə parlament binası önündə aksiya keçirsinlər? Bu onların keçmiş təfəkkürüdür. Azərbaycanda kütləvi aksiyaların keçirilməsi ilə bağlı qanun var və orada dövlətə məxsus binaların qarşısında bunun keçirilməsi yolverilməzdir. Milli Məclisdə qanunverici orqandır, dövlətə məxsusdur və onun binası qarşısında bu cür iğtişaş törədici aksiyaların keçirilməsi qanuna ziddir. Ona görə də istənilən belə qanunsuz aksiyaya orada imkan verilməyəcək. Xüsusilə də İctimai Palata deyilən qurumun parlament önündə keçirmək istədiyi aksiya özü kimi uğursuz alınacaq.


    - Mübariz müəllim, İctimai Palatada prezident seçkiləri qabağı müəyyən gərginliklər yaşanır, müəyyən istefalardan söhbət gedir. Necə hesab edirsiniz, seçkilərdə palata sizin partiyaya rəqib kimi iştirak edə biləcək?


    - Heç vaxt, çünki İctimai Palata yarandığı vaxtdan ölü doğulmuş bir qurumdur. Ölü doğulduğu üçün də o, heç vaxt hansısa bir prosesdə diri iştirak edə bilməz. Ona görə də bu qurumu hara aparırlarsa aparsınlar, orda təmsil olunan partiyalar ondan heç nə əldə edə bilməyəcəklər. Bu gün bu qurumun mövcudluğu artıq şübhə altına alınıb, istefa istefanın ardınca gəlir. Bununla onlar hansı seçkilərdə rəqib olmaq istəyirlər? Ona görə də mən İctimai Palata deyilən qurumu qeyri-ciddi, ölü yaranmış, adını müxalif qoyan bir qurum kimi tanıyıram. Xalqın öz seçimi var, öz prezidenti var və ona da səs verəcək.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 750
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30