Avropa Birliyinin ikigünlük sammiti işə başlayıb. Əsas müzakirə Avropada böhranla mübarizə məsələsidir.
“KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, sammit Yunanıstandakı kütləvi aksiyalar keçirilən vaxtda baş tutur. Dünən Yunanıstanda hökumətin antiböhran tədbirləri əleyhinə ümumi tətil keçirilib. Həmin tədbirlər əmək haqları və pensiyaların azaldılmasını nəzərdə tutur.