Türkiyənin Xarici İşlər Nazirliyinin nümayəndəsi İsveçrəyə şikayətə gedir
Sabah Türkiyənin Xarici İşlər Nazirliyinin nümayəndəsi Feridun Sinirlioğlu İsveçrəyə gedəcək. KƏLAMİNFO xəbər verir ki, F.Sinirlioğlu Berndə isveçrəli həmkarı Michael Ambuhl ilə görüşəcək.
Görüşdə Ermənistanın Konstitusiya Məhkəməsinin protokollara qeyri-qanuni olaraq məlum düzəlişi müzakirə olunacaq. Məlumatda o da bildirilib ki, Yerevan protokollara sadiq qalmayacağı təqdirdə Türkiyə tərəfinin onu ratifikasiya etmə imkanı qalmayacaq.