ABŞ-ın hazırkı prezidenti Barak Obama keçirilmiş debatda uğurlu çıxışından sonra Respublikaçılar Partiyasından prezidentliyə namizəd Mitt Romninin xeyli geridə qoyub. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, aparılmış sorğunun nəticələrinə görə, hazırda Obamanı amerikalıların 48%-inin dəstəklədiyi bir vaxtda Romnini cəmi 33% seçici dəstəkləyir. Debatın birinci mərhələsindən sonra namizədlər arasında seçici fərqi cəmi 2% təşkil edirdi.