Ali məktəblərə tələbə qəbulunda ciddi dəyişiklik olmayacaq
Cari il ali məktəblərə keçiriləcək tələbə qəbulunda ciddi dəyişiklik olmayacaq. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə söyləyib.
O qeyd edib ki, dəyişiklik yalnız Azərbaycan bölməsində rus dilinin xarici dil kimi tətbiq olunması olacaq. M.Abbaszadə qəbulda olan dəyişikliklərlə bağlı ən azı iki il əvvəl ictimaiyyəti məlumatlandırdıqlarını söyləyib.