Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Fəzail Ağamalı: “Qarışıq seçki sisteminin tətbiqi siyasi mühit üçün əhəmiyyətli rol oynaya bilər”
    Milli Məclisin üzvü, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı Milli Məclisə seçkilərdə proporsional seçki sisteminin bərpasını və millət vəkillərinin sayının artırılmasını təklif edir. “KƏLAMİNFO” xəbər verir ki, jurnalistlərə açıqlamasında F.Ağamalı bildirib ki, Azərbaycanda siyasi sistemin gücləndirilməsi, siyasi partiyaların formalaşdırılması və siyasi proseslərdə fəallığının artırılması üçün proporsional seçki sisteminə keçilməsi mühüm əhəmiyyət kəsb edir: “Bunun üçün proporsional seçki sisteminin tətbiqinə böyük ehtiyac var. Mən çox arzulayardım ki, 2015-ci ilə qədər belə bir dəyişiklik həyata keçirilsin və biz həm majoritar, həm də proporsional seçki sistemindən istifadə edə bilək. Yəni bu, yenidən tətbiq olunsun. Çünki bunların hər birinin özünəməxsus üstünlükləri var”. O deyib ki, nə proporsional seçki sisteminin bütövlükdə tərəfdarıdır, nə də majoritar:

    “Düşünürəm ki, hər ikisindən istifadə olunsa, hər ikisi özünəməxsus üstünlüklərə malikdir və bu baxımdan, məncə, proporsional və majoritar seçki sisteminin, yəni qarışıq seçki sisteminin tətbiqi Azərbaycanın siyasi mühiti üçün əhəmiyyətli rol oynaya bilər”. Millət vəkili onu da əlavə edib ki, bu, Konstitusiya dəyişikliyidir. Bu, xüsusi qanun layihəsi ilə deyil, məhz Konstitusiyada edilən dəyişiklik əsasında həyata keçirilə bilər və Konstitusiyaya dəyişiklik, məncə, bir çox məsələni özündə ehtiva etməlidir, eyni zamanda bu məsələni. Deputatların sayının artırılmasına gəldikdə isə millət vəkili bildirdi ki, əslində, Azərbaycanın əhalisinin sayına, inzibati bölgüsünə görə 125 deputat azdır: “Bunu proporsional seçki sisteminin tətbiqi ilə artırmaq olar. Belə deyək ki, 25-30 nəfər, əlbəttə, təqribi rəqəmi deyirəm, ya 50 nəfər ola bilər proporsional seçki sistemi, 100 nəfər də ola bilər majoritar seçki sistemi. Bu da mümkündür və ya əksinə. Hər halda gələcəkdə əgər proporsional seçki sistemi tətbiq olunarsa, majoritarla bərabər, heç şübhəsiz ki, deputat mandatlarının respublikada sayı da artırılmalıdır”.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 460
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30