Bu gün xarici işlər naziri Elmar Məmmədyarov Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşüb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən veriblər.
Nazir qonağı salamlayıb və ölkələrimiz arasında strateji tərəfdaşlıq səviyyəsində olan münasibətlərdən məmnunluq ifadə edib.
Əhməd Davudoğlu Azərbaycana səfərindən məmnunluq bildirib və iki dost və qardaş ölkə arasında yüksək səviyyəli münasibətlərin daha da inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb.
Görüş zamanı nazirlər Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının iclasının gündəliyində duran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.