ABŞ-da prezident seçkilərinə üç həftədən az qalmış bir müddətdə prezident Barak Obamanın müsəlmanlığı ilə bağlı yenidən mübahisə düşüb. Bu dəfə mübahisənin mövzusu prezidentin nişan üzüyüdür. «KƏLAMİNFO» xəbər verir ki, «World Net Daily» saytı iddia edir ki, Obamanın üzüyündə «la ilahə illəllah» sözləri yazılıb. Sayt prezidentin «New Yorker» jurnalının üz qabığında dərc edilən fotosunu göstərib. Jurnal iddia edir ki, Obama həmin üzüyü hələ tələbəlik illərindən, yəni evlənməmişdən əvvəl taxır.