SAM rəhbəri Rusiya və Türkiyəyə rəsmi səfər edəcək
Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov 11-13 oktyabr tarixlərində Rusiyanın Azərbaycan Gənclər Təşkilatının təşkil etdiyi Rusiya–Azərbaycan Gənclərinin Forumunda iştirak etmək üçün Moskva şəhərinə səfər edəcək.
SAM-dan “KƏLAMİNFO”ya verilən məlumata görə, Rusiyadan sonra Fərhad Məmmədov Türkiyəyə yola düşəcək. Məqsəd Türkdilli Ölkələrin Parlament Assambleyasının Beynəlxalq Katibliyi (TÜRKPA) tərəfindən 14-16 oktyabr tarixlərində müxtəlif ölkələrdən olan gənc liderlərin iştirakı ilə “Dövlətlərarası əməkdaşlığın inkişafı prosesində gənc liderlərin rolu” mövzusunda Türkiyənin İstanbul şəhərində təşkil olunacaq Beynəlxalq Forumda iştirak və çıxış etməkdir. Forumun təşkilinin məqsədi regionda və Avrasiya məkanında sülh və sabitliyin əldə olunmasında əsas vasitəçilərdən olan gənc liderlərin konstruktiv dialoqunu yaratmaq üçün onları bir araya toplamaqdır.