Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Son dərəcə məsuliyyətsiz əməl...
    Qafqaz Müsəlmanları İdarəsi Azərbaycan dindarlarının iradəsini ifadə edərək Amerika Birləşmiş Ştatlarındakı son hadisələrlə bağlı bir sıra müsəlman ölkələrində baş verən olaylara öz münasibətini bildirməyi vacib hesab edir: Bu günlərdə ABŞ vətəndaşı rejissor Sem Besilin çəkdiyi “Müsəlmanların məsumiyyəti” adlı film islamafobiyanın növbəti göstəricisinə çevrilmişdir. Peyğəmbərimiz Hz. Məhəmmədi (s) təhqiramiz şəkildə təsvir edən bu üzdəniraq filmin nümayişi müsəlman dünyasının haqlı narazılığına və belə təxribatın acı nəticəsi kimi Liviyada Amerika səfirliyi əməkdaşlarının qətlinə səbəb olmuşdur. Nümayiş və etirazların dalğası bütün müsəlman dünyasını bürüməkdə və neçə-neçə günahsız insanın ölümünə yol açmaqda davam edir.



    Son dövrün tarixi, özəlliklə özünü insan haqlarının və demokratiyanın müdafiəçisi kimi qələmə verən bəzi Qərb dövlətlərinin müsəlman ümmətinə qarşı irqçi və aqressiv münasibəti demokratik prinsiplərin tənəzzülə uğradığına dəlalət edir. Bir sıra müsəlman ölkələrində müqəddəs ziyarətgahların bombalanması, cümə namazlarında, bayram və matəm mərasimlərində dinc əhalinin terrora məruz qalması, Quranın hərbçilər tərəfindən nişangaha çevrilməsi, müqəddəs kitabımızın üzdəniraq pastor tərəfindən tonqallara atılması və nəhayət, son hadisə - İslam Peyğəmbərini təhqir edən bədnam “Müsəlmanların məsumiyyəti” filminin yaratdığı faciəli fəsadlar bütün dünyada humanizmə, ədalətə, bərabərlik və qardaşlığa olan ümidləri zəiflədir, dini və milli zəmində qarşıdurma və nifaq mühitinə yol açır. Bu son dərəcə məsuliyyətsiz əməllər məxsusi olaraq İslam dininə qarşı yönəldiyi üçün biz belə faktları ümumbəşəri sülhün pozulması, qütbləşmənin dərinləşməsi, dinlərarası və millətlərarası dialoqa vurulan zərbə kimi dəyərləndiririk.


    Müsəlmanların haqlı qəzəb və hiddətinə səbəb olan bu hadisənin törədilməsi sivilizasiyalar arasında toqquşma yaratmaqdan başqa heç nəyə xidmət etmir. Bizi ən çox narahat edən və düşündürən odur ki, əsrlər boyu müsəlmanlar Qur`ani-Kərimdə Həzrət İsanın, Məryəm ananın, Həzrət Musanın adlarını ehtiramla zikr edir, Əhli-Kitaba hörmət ruhunda tərbiyə olunur və qarşı tərəfin də nümayəndələrindən eyni nəzakətli münasibəti gözləyirlər. Milli, dini və irqi zəmində zaman-zaman təkrar olunan bu ləyaqətsiz hərəkətlərə biz dini dözümsüzlük, ideoloji təxribat və cəzası vacib olan cinayət əməli kimi qiymət verir və hesab edirik ki, məhz cəzasızlıq sindromu yeni cinayətlərin, təxribatların, hətta terrorun təkrarlanmasına münbit şərait yaradır. Bu gün özünü “demokratiya beşiyi” adlandıran bir sıra dövlətlərin başçıları, din və ictimaiyyət xadimlərinin bu barədə ciddi düşünmək vaxtı çatmışdır. Unutmaq olmaz ki, bəşəriyyətin ən böyük bəlası olan terrorun qarşısını almaq üçün ilk növbədə terroru maddi və mənəvi cəhətdən dəstəkləyənləri cəzalandırmaq lazımdır. Qarabağ işğalına, Xocalı soyqırımına, erməni terroruna məruz qalan Azərbaycan xalqının nümayəndəsi kimi, biz terrorun bütün təzahürlərinə qarşı olduğumuzu bəyan edir, dini və milli ekstremizmi qətiyyətlə pisləyirik. Biz millətlər və dinlər arasında nifaq salan təxribatçı qüvvələrin hərəkətlərinə hüquqi qiymət verilməsini, bu olaylarda günahkar olan Sem Besilin, Terri Consun və digər səbəbkarların ədalət məhkəməsinə cəlb olunmasını tələb edirik.


    Qafqaz Müsəlmanları İdarəsi olaraq, İslama və Peygəmbərimiz Hz. Məhəmməd salavatullaha qarşı təhqirlərin müsəlman dünyasında törətdiyi hadisələrin daha ağır nəticələr verəcəyindən narahatlığımızı bildirir, bu dünyada haqqın qələbəsinə inanan bütün insanları, dilindən, dinindən, milliyyətindən asılı olmayaraq bütün mütərəqqi ictimaiyyəti dini dözümsüzlüyə qarşı ciddi tədbirlər görməyə və birgə səy göstərməyə dəvət edirik. Gələcəkdə baş verə biləcək daha qorxulu fəlakətlərin, nüvə silahı qədər dağıdıcı gücə malik partlayışların qarşısını almaq üçün dünya dövlət başçılarının və din xadimlərinin ən yüksək məqamlarda söz deməsinin vaxtı çatmışdır. Bu müraciətdəki mövqeyimiz – bütün Qafqaz müsəlmanlarının iradəsinin və ədalət tələbinin ifadəsidir.


    Allah köməyimiz olsun!

    Qafqaz müsəlmanları adından

    Şeyxülislam

    Allahşükür PAŞAZADƏ

    Qafqaz Müsəlmanları İdarəsinin sədri

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 613
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30