Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Şimali Qafqaza səfər
    Avqustun 30-u Çeçenistan Respublikasının paytaxtı Qroznı şəhərində Şeyxülislam Allahşükür Paşazadənin iştirakı ilə Rusiya Federasiyasının Həcc Şurasının və Rusiya Həcc missiyasının yaradılmasının 10 illiyinə həsr olunmuş təntənəli iclas keçirildi.
    İclasdan əvvəl Şeyxülislam Allahşükür Paşazadənin Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovla qarşılıqlı maraq doğuran məsələlərin müzakirə edildiyi görüşü oldu.



    Təntənəli iclas müqəddəs Quarni-Kərimin ayələrinin tilavətilə öz işinə başladı. İştirakçılara təbrik nitq ilə Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov müraciət etdi. O, öz çıxışında Azərbaycan Respublikasının, Qafqaz Müsəlmanları İdarəsinin və şəxsən onun sədri Şeyxülislam Allahşükür Paşazadənin rusiyalı dindarların Həcc səfərləri zamanı ölkə ərazisindən keçidlərinə yaratdıqları şəraitin vacib rolunu qeyd etdi. Çeçenistan başçısı bu məsələdə Qafqaz müsəlmanlarının ruhani liderinin əvəzsiz xidmətlərinə görə onun "Çeçenistan Respublikasının ilk prezidenti Əhməd hacı Kadırovun 60 illik yubileyi" şərəfinə təsis edilmiş medalla təltif olunması barədə Fərmanı oxudu. O, həmçinin region xalqları arasında dostluğun möhkəmlənməsində, terrorçuluq, ridikalizim və separatçılığa qarşı prinsipial mövqeyinə görə və çeçen xalqının minnətdarlığının ifadəsi olaraq Qroznı şəhərinin küçələrindən birinin Şeyxülislam Allahşükür Paşazadənin şərəfinə adlandırılması barədə qərar qəbul edildiyini bəyan etdi.


    Çıxış üçün ilk olaraq söz Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadəyə verildi. İclas iştirakçılarına Azərbaycan xalqının və onun başçısı Prezident İlham Əliyevin təbriklərini çatdıran Şeyx həzrətləri diqqəti regionun müsəlman ruhani idarələri qarşısında dayanan mühüm məsələlərə yönəltdi. Şeyxülislam qarşıda duran ümdə vəzifələr kimi ənənəvi İslamın aktiv təbliğatı, gənclərlə düşünülmüş işin aparılması, İslam ali məktəb və mədrəsələrinin tədris prosesinin inkişafı, cəmiyyətin geniş təbəqələrinin, ziyalıların terrorçuluq və ekstremizmə qarşı mübarizəyə cəlb edilməsinin vacibliyini vurğuladı. Şeyxülislam qeyd etdi ki, xalqlar arasında qarşılıqlı etimadın möhkəmlənməsi Qarabağ probleminin də daxil olduğu bir çox məsələlərin həllinə öz müsbət təsirlərini göstərə bilər. Rusiya Federasiyası Prezident Administrasiyasının Departament rəisi İ. Barinov Rusiya dövlət başçısı V. Putinin iclas iştirakçılarına ünvanlanan təbrik məktubunu oxudu.


    Sonra toplaşanların qarşısına RF Federal Məclisinin Federal Şurasının sədrinin müavini, Rusiya Həcc məsələləri üzrə səlahiyyətlisi İlyas Umaxanov çıxış etdi. Rusiya Həcc missiyası müddətində 200 mindən artıq dindar İslamın müqəddəs ziyarətini yerinə yetirməsindən danışan natiq qeyd etdi ki, hər il 15 min zəvvar müqəddəs yerlərə Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə səfər etmiş və hər dəfə də ölkə rəhbərliyinin, Qafqaz Müsəlmanları İdarəsinin və sadə vətəndaşların qayğı və diqqətlərini öz üzərilərində hiss etmişlər. Bütün bunları nəzərə alaraq və Rusiya müsəlmanları ruhani idarələri ilə davamiyyətli və konstruktiv əməkdaşlığa görə Federasiya Şurasının rəhbərliyi Zati-aliləri Şeyxülislamı Fəxri Fərmanla təltif etməyi qərara almışdır.


    İclasın sonunda Rusiya müsəlmanlarına müraciət qəbul edildi. Elə həmin gün Şeyxülislam Allahşükür Paşazadə Mahaçqalaya gəldi. Dağıstan Respublikası başçısının iqamətgahında Qafqaz Müsəlmanları İdarəsinin sədrinin Respublika prezidenti Maqomedsalam Maqomedovla görüşü keçirildi.


    Şeyxülislam həzrətləri Azərbaycan Prezidenti İlham Əliyevin görkəmli ilahiyyatçı Səid Əfəndi Çirkeyskinin faciəvi qətlilə bağlı respublika rəhbərliyinə və Dağıstan xalqlarına ünvanladığı başsağlığını çatdırdı. Şeyxülislam qeyd etdi ki, mərhumu şəxsən tanıyırdı, ona təkcə Dağıstanda deyil, Azərbaycanda da dindarlar arasında böyük ehtiram var idi. O, terrorçuların Səid Əfəndini qətlə yetirməklə məqsədlərinə çatmayacaqlarına, ruhaninin işini onun çoxsaylı müridləri tərəfindən davam etmələrinə ümidvar olduğunu bildirdi.


    Prezident Maqomedsalam Maqomedov Şeyxülislama təşəkkürünü bildirib qeyd etdi ki, Dağıstan xalqları çətin anlarda həmişə Azərbaycan xalqının, onun prezidentinin və dini liderinin dəstəyini hiss etmişdirlər. Həmin günün axşamı Şeyxülislam Allahşükür Paşazadə Bakıya qayıtdı.


    Səfərdə onu Bakı və Azərbaycan Arxiyepiskopu Aleksandr İşein müşayiət edirdi.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 635
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30