Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Axund Hacı Əhməd –70
    İlk baxışdan sakit və mülayim görünən Hacı Əhməd həmişə məşğuldur. Əgər sakit dayanıbsa deməli hansısa bir ayə haqqında fikirləşir. Əgər yazırsa deməli axtardığını tapıb. O yol gedəndə də avtomobili idarə edəndə də zikr deyir. Hər zaman qəlbi Allah eşqilə,  Əimmələrin sevgisilə döyünür Hacı Əhmədin. Əhli-Beyt sevgisi isə onun həyatıdır. Hər məhərrəm ayı gələndə Hacı Əhmədin çöhrəsində qəm-kədər hakim olur. O, həm geyimində İmam Hüseyn matəmini təzahur edir, həm də nəmli gözləri ilə ona həmişə matəm saxlayır. Onun yanında kimsə kərbəla vaqiəsindən danışsa, hardasa bir yanıqlı səslə mərsiyə və ya bir dubeyt desə ağlamağı aşkar olar.



    Yüz nəfərin içində də olsa bir aşiq kimi onun hönkürtusu məlum olar. Onu tanıyanların hamısı dərhal deyəllər ki, bu hönkürtü Hacı Əhmədindir. Bəli Hacı Əhməd zəmanənin Salmanı, Əbuzəridir desəm heç də səhv etmərəm. Bütün bu əlamətlər onun atası gözəl insan, böyük alim, həqiqi mömin yüksək təqva sahibi mərhum Şeyx Qudrət axunddan ona qalan qiymətli miraslardır. Həmişə ustadım Şeyx Qüdrəti xatırlayanda onun haqqında nəsə yazmaq istəyirəm amma nədənsə yaza bilmirəm. Elə bilirəm ki, hardasa bir səhv edərəm, nəyisə lazımınca yaza bilmərəm və sözün əsl mənasında yaza bilmirəm. Sanki Óstad gənclikdə olduğu kimi yenə də deyəcək: “Bu yeri səhv yazmısan”. Amma inanıram ki, nə vaxtsa yazaram... Bəli bəlkə də onu düşündüyüm kimi deyil olduğu kimi yaza bilmərəm. Əlhəqq Óstadım Şeyx Qüdrət mərhum düşündüyümdən çox-çox yuxarıda, yüksəklikdə ən uca zirvədədir. Bu belə də olmalıdır. Şeyx Qudrət Axundun Əhli-Beytə olan sevgisi ən çətin dövrlərdə belə təzahür edərdi. Onun şairlik qüdrəti ilə 14 məsumun hərəsinə aid bir mərsiyə deməsi həyatı bahasına başa gəlsə də, təqiblərə məruz qalsa da, məqsədinə nail oldu. Amma mərsiyələrin təxəllüsünü “Hüseyn” adı ilə yazdı. 15-ci mərsiyəni isə Həzrəti Qəməri-BəniHaşim, Əbülfəzl ağaya yazdığı mərsiyə əksər məclislərdə oxunur:

    “Yatmamışdı nə qədər

          Həzrəti Abbas Ələmi,

    İstirahətlə yatardı,

               Şəhi-dinin hərəmi...”


    Allah-Təala ona rəhmət eləsin, sevdiyi əimmələri ilə məşhur eləsin.


    Bu günlərdə Tanınmış din xadimi, Təzəpir məscidinin axundu Hacı Əhməd Abbasovun 70 yaşı tamam olur. Hacı Əhməd Abbasov 1942-ci il sentyabrın 21-də Masallı rayonunun Babaser kəndində dünyaya gəlib. Dövrünün nüfuzlu din xadimlərindən sayılan Şeyx Qüdrətullahın ailəsində böyüməsi onun gələcək həyat yolunu da müəyyən edir. Hələ kiçik yaşlarından atasından Qurani-Kərimi oxumağı öyrənir, fars və ərəb dillərində yazmağı bacarır. Hacı Əhməd həmin günləri belə xatırlayır: "Rəhmətlik atam Şeyx Qüdrətullah İranda mükəmməl dini təhsil almışdı. Təkcə Masallıda deyil, ətraf rayonlarda da böyük nüfuzu var idi. Sovet hökumətinin dinə qarşı münasibəti çox pis olduğundan məscidləri bağlayır, ruhaniləri həbs edir, sürgünə göndərirdi. Təbii ki, atam da çətinliklərlə üzləşib, müxtəlif təzyiqlərə məruz qalıb. Bütün bu çətinliklərə baxmayaraq, atam öz övladlarına Qurani-Kərimi öyrədirdi. 8 yaşım olanda artıq Quranı sərbəst oxuyurdum, altıncı sinifdə farsca oxuyub-yazırdım. Yuxarı siniflərdə təhsil alanda isə ərəb dilinin qrammatikasını öyrəndim".


    Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Şeyx Qüdrətullahın tələbəsi olub. Hacı Əhməd bu gün bütün dünyada nüfuzlu dini liderlərdən sayılan Şeyxülislam cənabları ilə atasının mədrəsəsində tanış olub: "Atam evdə mədrəsə açmışdı. Ətraf yerlərdən də valideynlər övladlarını atamın yanına gətirirdilər. Bayaq dediyim kimi, din xadimləri üzərində ciddi nəzarət olduğundan uşaqların mədrəsəyə gəlib-getməsi çətin idi. Sübh namazından sonra bir yerə toplaşıb Quran oxuyub, dərslərini alıb sonra dağılışırdılar ki, görən olmasın. Şeyxülislam Allahşükür Paşazadə ilə ilk dəfə evimizdəki mədrəsədə tanış oldum. Babalarımız qohum olduqlarından valideynlərimiz bir-birlərini yaxşı tanıyırdılar. Mədrəsəyə gələndən onunla dostluğumuz başladı. Təhsilə böyük marağı var idi. Savad və bacarığı ilə yaşıdlarından fərqləndiyi üçün rəhmətlik atam onun xətrini çox istəyirdi".


    Dini təhsilini davam etdirmək üçün Özbəkistana getməsi, Buxara və Daşkənddə tanınmış alimlərdən dərs alması Hacı Əhmədin ruhani kimi yetişməsində mühüm rol oynayıb. "1968-ci ildə mən, Allahşükür Paşazadə və Mirəziz Seyidzadə dini təhsil almaq üçün Orta Asiyaya getdik. Çünki SSRİ-də yeganə mədrəsə Özbəkistanın Buxara şəhərində idi. İmtahanları uğurla verib Buxaradakı "Mir Ərəb" mədrəsəsinə qəbul olduq. 1971-ci ildə  İmam əl-Buxari adına Daşkənd İslam Universitetinə daxil olduq. Daşkənd İslam Universiteti sovetlər birliyində ali dini təhsil verən yeganə tədris müəssisəsi idi. Orada çox böyük ustadlardan dərs aldıq. Bu gün də onları rəhmətlə yad edirəm".


    Təhsilini bitirəndən sonra Azərbaycana qayıdan Hacı Əhməd biliyini gənclərə öyrətməklə, ölkəmizdə ruhani kadrların hazırlamasında böyük əmək sərf edib: “Əvvəlcə 3 ay Maştağa məscidində axund köməkçisi kimi çalışdım. Qısa müddətdə qəsəbə camaatının hörmətini qazana bildim. Təsadüfi deyil ki, Buzovna məscidinə axund təyin olunanda Maştağa dindarları məni buraxmaq istəmirdilər. Nazirlər Soveti yanında dini müvəkkilik işə qarışandan sonra məsələ həll olundu və 1990-cı ilin martına kimi Buzovna məscidində axund kimi çalışdım. Hələ Buzovna məscidinin axundu olanda tələbələr hazırlayırdım. Şeyxülislam A.Paşazadə bu fəaliyyətimi nəzərə alıb məni Bakıda yeni açılan mədrəsəyə dəvət etdi və Quran təfsirindən dərs deməyə başladım. Sonra mədrəsə Bakı İslam İnstitutuna çevrildi. 17 il müəllim kimi bu elm ocağında çalışdım. Bu ali təhsil müəssisəsinin yaradılmasında Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin müstəsna xidməti var. Şeyxülislam cənablarının həmin dövrdə necə fədakarlıq etdiyinin şahidiyəm. Tanınmış alim və ziyalımız Hacı Sabir Həsənlinin rəhbərliyi altında bu gün artıq Bakı İslam Universiteti kimi fəaliyyət göstərən bu ali tədris müəssisəsinin formalaşmasında az da olsa mənim də əməyim olub və mən bununla həmişə fəxr edirəm".


    Bəli Hacı Əhməd təvazökar adamdır. Bu gün Azərbaycanda fəaliyyət göstərən Bakı İslam Universitetin təməlini Hacı Əhməd qoymuşdur desək səhv etmərik. Hacı Əhməd Bakı İslam Mədrəsəsinin ilk rektoru olmuşdu. O, bu şərəfli vəzifəni üç ildən artıq yerinə yetirmişdir. Hacı Əhməd hərtərəfli ensiklopedik savada malik bir ziyalıdır. Hələ Buxara mədrəsəsinə getməzdən əvvəl Hacı Əvvəl sərf-nəhv, üsul, əqaid və təfsir elmlərini çox yaxşı mənimsəmişdi. Biz tələbələr Hacı Əhmədin atası ustadımız Şeyx Qüdrətullahın ev mədrəsəsinə gedəndə artıq Hacı Əhməd özü ustad kimi yetişmişdi. Çox vaxtlar biz tələbələrlə Hacı Əhməd özü məşğul olurdu. Bu günlərdə də bizim Hacı Əhmədin elminə ehtiyacımız var. Hacı Əhməd heç də İran ayətullahlarından geri qalmır. Mən ona həmişə Höccatül-İslam vəl müslimin kimi baxıram. Təəssüflər olsun ki, zaman ona müsaid olmadı...


    Hələ Bakı İslam Universitetində müəllim kimi çalışdığı illərdə Təzəpir məscidində dini mərasimlərin keçirilməsində yaxından iştirak edən Hacı Əhmədə ölkənin baş məscidinin axundu olmaq da nəsib olub: "Təzəpir məscidinin axundu olmaq çox böyük şərəfdir. Azərbaycan dövləti, onun rəhbərliyinin sayəsində şərəfli bir tarixə malik bu məscid yenidən qurulub. Sovet dövrünün çətinliklərini görən bir insan kimi bu gün dövlətimizin dinə, dindarlara göstərdiyi diqqəti yüksək qiymətləndirirəm. Sovet dövrünün qadağaları ilə bugünkü şəraiti müqayisə etmək belə mümkün deyil. Bu gün gənclərimizin İslama marağı artıb. Mən həmişə onlara tövsiyə edirəm ki, müstəqilliyimizin, dövlətçiliyimizin qədrini bilsinlər. Cəmiyyət üçün yararlı insan kimi yetişmək istəyirlərsə din elmləri ilə yanaşı dünyəvi elmləri də mükəmməl öyrənsinlər. Habelə İslam dinin buyruqlarına əməl etsinlər. Elmin axtardığı bütün sualların cavabı Qurani-Kərimdə var".


    Hacı Əhməd tanınmış din xadimi kimi bir çox beynəlxalq tədbirlərdə Azərbaycanı təmsil edib. Hindistanın keçmiş baş naziri, tanınmış siyasətçi İndira Qandi ilə görüşünü bu gün də xatırlayır: "1980-ci ilin martında Hindistanda keçirilən beynəlxalq tədbirdə iştirak etmək üçün Dehliyə getmişdim. O zaman Hindistanın baş naziri İndira Qandi bütün dünyada nüfuzlu siyasətçi kimi tanınırdı. İndira Qandi SSRİ-dən gələn nümayəndə heyətinin üzvləri ilə görüşdü. Həmin görüşdə mən ona Şəki kəlağayısı və milli geyimlərimizdən olan zərli başmaq bağışladım.
    1981-ci ildə Əfqanıstana bir həftəlik səfərim də yaddaqalan oldu. 1987-ci ildə isə Allah mənə Həcc ziyarəti qismət etdi, Məkkə və Mədinədə müqəddəs məkanları ilk dəfə ziyarət etmək nəsibim oldu.


    1993-cü ildə Moskvada Şeyxülislam həzrətləri ilə Patriarx II Aleksi arasında keçirilən görüşdə iştirak edən nümayəndə heyətində mən də var idim. Həmin görüşdə çox mühüm məsələlər müzakirə edildi".


    70 yaşlı yubilyar Hacı Əhməd Abbasov belə bir ömür payına görə Allaha şükürlər etdiyini deyir: "Bir insan kimi formalaşmağımda zəhmətləri olan valideynlərimi, müəllimlərimi, ustadlarımı, həyat yoldaşımı rəhmətlə yad edirəm. Onu da deyim ki, toyum da dini qayda ilə keçirilib, Quran oxunub, Allah kəlamı səslənib. Bu, sovet dövründə görünməmiş hadisə idi. Rəhmətlik həyat yoldaşımla 5 övlad tərbiyə etdik. Bu gün 13 nəvəm, 4 nəticəm var. Həyatımdan necə narazı ola bilərəm? Hər gün Uca Allahıma həmdu-səna edirəm ki, mənə belə bir ömür bəxş edib.
    Sonda qeyd etmək istəyirəm ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ilə gənclik yaşlarından dostluq edirik. Dostluğumuz səmimiyyət üzərində qurulub. Bu günlər onun dünyada qazandığı nüfuzunu və hörmətini görəndə qürur duyuram. Bütün bu illər ərzində belə bir insanla yanaşı addımlamaq, onunla bir yerdə çalışmaq özü də Allahın mənə lütfüdür". Bütün bunlara görə Allah-Təalaya həmdu-sənalar edirəm.


    Əziz PÜNHAN

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 942
    +  -  Çap 

    08.05.14
    Təcnislər
    08.05.14
    Müstəzadlar
    08.05.14
    Saqinamə
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30