Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    "Gənclərdə fəallıq azalıb"
    Əkrəm Abdullayev müasir gəncliyin daha çox maddiyyata üstünlük verməsindən narahatdır

    Məlum olduğu kimi, 2 Fevral Azərbaycanda Gənclər güqü kimi qeyd olunur. Bunun əsası 1996-cı ildə qoyulub. Həmin ilin 2 fevral tarixində Azərbaycanda ilk Gənclər Forumu keçirilib. Bundan cəmi bir il sonra, yəni 2 fevral 1997-ci il tarixində isə ümummili liderimiz Heydər Əliyev Gənclər Forumunun iştirakçılarının bir qrupunu qəbul edib. Orada ilkin olaraq belə bir ideya ortaya gəlib ki, 2 fevral Gənclər günü kimi elan edilsin. Elə həmin vaxt da mərhum dövlət başçısı 2 fevralın Gənclər günü elan olunması ilə bağlı sərəncam imzalayıb. O gündən də bu günə kimi 2 fevral Gənclər günü kimi Azərbaycanda qeyd olunur. Bu proseslərin iştirakçısı olan millət vəkili Əkrəm Abdullayev bu günkü gəncliyin durumu və problemləri ilə bağlı danışdı:



    - Sözsüz ki, ötən dövrə nəzər salsaq, bu müddət ərzində gənclərlə bağlı xeyli işlər görülüb: qanunvericilik bazası yaradılıb, müxtəlif fərman və sərəncamlar imzalanıb. Bu yerdə xüsusilə qeyd etmək istəyirəm ki, 1999-cu ildə mərhum dövlət başçımız "Gənclər siyasəti haqqında" geniş bir sərəncam imzaladı və həmin sərəncamla əlaqədar çox böyük tədbirlər planı təsdiq olundu. Bundan sonra 2002-ci ildə yenə də Heydər Əliyevin imzası ilə "Gənclər siyasəti haqqında" qanun təsdiqlənərək qüvvəyə mindi. 2007-ci il prezident İlham Əliyev tərəfindən "Gənclər ili" elan olunanda belə bir təşəbbüs də qaldırıldı ki, bu il çərçivəsində adıçəkilən qanuna yenidən nəzər yetirilsin. Elə 2007-ci ildə də həmin qanuna bir sıra dəyişikliklər edildi, bununla yanaşı, gənclərlə bağlı Dövlət Proqramı təsdiq olundu. Ümumiyyətlə, 2007-ci ilin gənclər siyasətinə həsr olunması da sübut edir ki, 1996-cı ildən bu yana gənclər siyasəti sahəsində xeyli işlər görülüb. Lakin onu da tam iddia etmək olmaz ki, bu proses artan xətt üzrə inkişaf edib. Heç şübhəsiz ki, müəyyən nöqsanlar, problemlər də var. Əgər 1996-97-ci illərlə indiki dövrü müqayisə etsək, görərik ki, o zaman ölkədə nə qədər gənclər təşkilatı fəaliyyət göstərirdi və bu gün nə qədər gənclər təşkilatı fəaliyyət göstərir. Görərik ki, kəmiyyət xeyli yüksəlib, amma keyfiyyətdə müəyyən problemlər var. 90-cı illərin gənclərinin fəallığı ilə indiki dövrün gənclərinin fəallığı arasında xeyli fərq mövcuddur. O zamanlar tamam başqa bir fəallıq var idi. O zaman gənclərə ayrılan diqqət çox, ayrılan vəsait az idi. Bununla belə, o dövrkü gənclərin özündə həvəs çox idi. Bu gün gənclərə ayrılan vəsait də, diqqət də çoxalıb, amma gənclərin özündəki aktivlik azalıb. Həmin dövrdə ali məktəblərdəki gənclər təşkilatları arasında bir qaynaşma var idi. Hər bir məsələyə münasibət, reaksiya mövcud idi. Həmin vaxt ölkə Konstitusiyasının qəbulu ilə bağlı gənclər təşkilatları tərəfindən təxminən 150-yə yaxın təklif verilmişdi. Amma son illərki proseslərə - sonuncu referenduma və digər siyasi aksiyalara nəzər salsaq, görərik ki, əvvəlki dövrlə müqayisədə indi gənclər arasında həmin aktivlik müşahidə olunmur... O zaman internet problemi var idi, o zaman bizim gənclər təşkilatlarının bir dənə olsun belə kompyuteri yox idi. Yalnız Gənclər və İdman Nazirliyinin Gənclər İdarəsində cəmi bir kompyuter var idi, demək olar ki, gənclər təşkilatları gəlib növbə ilə internetdən istifadə edirdi. Yadımdadır ki, 1996-cı ildə bizim bəzi gənclər təşkilatlarının nümayəndələri Avropa təşkilatları ilə əlaqə saxlamaq üçün nazirlikdə gizli gecələməli olurdular. Biz qapını bağlayıb çıxıb gedirdik ki, onlar gecə ərzində heç olmasa, Avropa gənclər təşkilatları ilə əlaqə saxlasınlar, məktublaşsınlar. Bu gün baxırıq ki, küçədə də internetdən istifadə etmək mümkündür, əlaqə yaratmaq imkanları daha da asanlaşıb, amma gənclərin fəallığı azalıb.
    Bilmirəm, gənclərdə stimul yoxdur, yoxsa onları ümumiyyətlə, ictimai işlər maraqlandırmır. Bir də bu gün insanları daha çox maddiyyat düşündürür. Sözsüz, bu gün hamı başa düşür ki, yaşamaq üçün maddi təminat önəmlidir. Amma bir tərəfdən də şəxsən mən belə düşünürəm ki, gənclərdə fəallıq və ideoloyi işlərə aktiv münasibət lazımdır, maddiyyat arxa planda olmalıdır. Gənclərin yeganə vəzifəsi təhsil almaq olmalıdır. Ancaq bu gün görürük ki, artıq insanları gənclik, tələbəlik dövründən daha çox maddiyyat düşündürür, bu da olduqca ziyanlıdır...


    - Bəlkə bunun səbəbini gənclərin yaşayışında axtarmaq lazımdır?

    - Belə düşünmürəm, əksinə, bizdə statistik göstəricilərə görə insanlarımızın maddi durumu getdikcə yaxşılaşır, büdcəmiz artır. Büdcə artırsa, o zaman insanların maddi durumu necə aşağı düşə bilər? Heç şübhəsiz, təbəqələşmə gedir və bu, labüddür. Bu, qaçılmazdır və olacaq. Lakin bir məsələni qeyd etmək istəyirəm ki, 90-cı illərdə gənclər siyasətinə ayrılan vəsait təxminən 100-150 min manat idi. Bu gün isə bu rəqəm təxminən 4 milyon manata gəlib çatıb. Bu artıq tələb edir ki, daha yaxşı işləmək lazımdır. Müqayisə edəndə görürsən ki, gənclər siyasətinə 100-150 min manat pul ayrılanda fəallıq daha çox idi, nəinki indi... Gənclər və İdman Nazirliyi üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir. Dövlət, dövlət başçısı səviyyəsində gənclər siyasəti ilə bağlı məsələlərə diqqət yetərincədir. Bu yöndə heç bir problem yoxdur. Problem yalnız gənclərdədir, gənclər təşkilatlarındadır. Bunu da heç də bütün gənclər təşkilatlarına aid etmək olmaz. Bu gün təxminən 150-dən artıq gənclər təşkilatı var. Bunları ayrı-ayrı götürsək təxminən 30-40 faizi müəyyən fəaliyyətlə məşğuldur, müəyyən aktivlik göstərirlər. Amma qalanları heç bir ciddi işlə, fəaliyyətlə məşğul olmurlar. Bu gün Gənclər və İdman Nazirliyi tərəfindən gənclər təşkilatlarının müəyyən proqramları, layihələri reallaşdırması üçün külli-miqdarda vəsait ayrılır. İkinci bir tərəfdən, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yaradılıb. Bu təşkilat tərəfindən də qeyri-hökumət təşkilatları olan gənclər qurumlarına müəyyən vəsaitlər ayrılır. Amma ortalıqda hiss olunacaq fəaliyyət görünmür. Mən fakt kimi deyə bilərəm ki, gənclər təşkilatları tərəfindən təxminən 10 il bundan qabaq Azərbaycanda hətta bir neçə məktəb tikilib. Yaponiya hökumətinin, ABŞ səfirliyinin ayırdığı qrant hesabına bir neçə məktəb inşa edilib və həmin məktəblərin bəzilərinin açılışında şəxsən mən iştirak etmişəm. Bunlar balaca iş deyil. Lakin bu gün biz belə layihələrin şahidi olmuruq. Düşünürəm ki, cəmiyyətdə gənclərin aktivliyini bərpa etməyə çalışmaq lazımdır.


    - Necə hesab edirsiniz, gənclərin fəallığının artırılması istiqamətində maarifləndirmə işlərinin aparılması düzgün olmazmı? Məsələn, bu prosesə orta məktəblərdən başlamaq mümkündürmü?

    - Sizinlə haradasa razılaşmaq olar. Bu gün hər bir məsələ orta təhsil ocaqlarından başlayır. Yeniyetmələrin, gənclərin təhsili, təlim-tərbiyəsi, fəallığı daha çox məktəbdən qaynaqlanır. Ancaq çox təəssüflər olsun, bu gün məktəblərdə ciddi problemlər var. Mən belə düşünürəm ki, bu gün dövlət üzərinə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirir. Amma elə məsələlər var ki, daha çox vətəndaşların üzərinə düşür. Bunu vətəndaşlar özləri yerinə yetirməlidir. Lakin onlar bunu etmirlər. Hamımız bunun şahidiyik ki, dəfələrlə Təhsil Nazirliyi, o cümlədən təhsil sahəsində çalışan insanlar qeyd edib ki, məsələn, orta məktəblərdə vahid məktəbli forması tətbiq olunmalıdır. Amma şəxsən mən övladımı məktəbə aparıb-gətirəndə görürəm ki, şagirdlər məktəbli formasından başqa nə deyirsən, geyinirlər. Hiss etmək olmur ki, məktəblidir, yoxsa müəllimə. Heç şübhəsiz ki, bunu valideynlər özləri tənzimləməlidirlər. Bilirsiniz, qanun-qayda, təlim-tərbiyə prosesində başqa fikirlər olmamalıdır. Bu gün gedib məktəbləri monitorinq etsək, görərik ki, bəzi şagirdlər dərsə gəlmirlər. Daha çox repetitorlara üstünlük verirlər. Ona görə hesab edirəm ki, həmin insanların maraq dairəsini nəzərə alıb, onları ictimai işə, fəaliyyətə cəlb etmək üçün müəyyən tədbirləri reallaşdırmaq lazımdır. Bununla yanaşı, ali məktəblərdə tələbə-özfəaliyyət dərnəklərinə ciddi diqqət yetirmək lazımdır. Bu işi bəlkə də yenidən qurmaq vacibdir.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 674
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30