Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Akademik Vasim Məmmədəliyev-70
    "Qiyamət günü üç dəstə insanlar Allah dərgahında şəfaət edərlər. Allah da onların şəfaətini qəbul edər. Bunlar peyğəmbərlər, alimlər və şəhidlərdir."  Həzrəti Muhəmməd (s)

    Hamı onu şərqşünas, islamşünas, ilahiyyatçı alim və ensklopedik bilik sahibi kimi tanıyır. Haqqında söhbət etdiyim Vasim Məmmədəliyev böyük alim olmaqla yanaşı, həm də tanınmış şəxsiyyətdir desək, yanılmarıq. Həzrəti peyğəmbər (s) buyurub: "Alimlər peyğəmbərin vərəsələridir. Bu baxımdan Vasim müəllim həm də peyğəmbər (s) varisidir.
    Dahilərin belə bir sözü var. Alim olmaq asandır, insan olmaq çətindir. Bu məşhur söz deyimini mərhum Ayətullah Xomeyni daha gözəl demişdir: "Alim olmaq çətindir, insan olmaq mahaldır – əl çatmazdır.



    Vasim müəllim qayğıkeş, qiymətli və gözəl insandır. Kömək üçün ona müraciət edənlərin heç biri ümidsiz geri qayıtmır. Elm və biliyini heç kəsə əsirgəmir. Həzrət Peyğəmbərin (s) buyurduğu müsbət insani keyfiyyətlərin böyük əksəriyyəti Vasim müəllimdə cəmləşib. Təsadüfi deyil ki, Həzrət Peyğəmbərimiz (s) alimin mürəkkəbini şəhidlərin qanından qiymətli buyurmuşdur. O, yaşından asılı olmayaraq hər kəslə öz dilində danışmağı bacarır. Məni onunla mərhum Hacı Mail tanış edib. İlk dəfə onu  həzrət Peyğəmbərin (s) mövlud günü Mailgildə gördüm. Məclisi özüm aparırdım. Hamı kimi Vasim müəllim də məni dinləyir, razılıqla başını tərpədirdi. Sovet rejimindən ehtiyat edən Hacı Vasim o zaman məclislərdə çox az söhbət edərdi. Nadir hallarda məclisin sonunda ancaq dost-tanışları üçün qısa söhbətlər edər, suallara cavab verərdi.


    Yaxşı yadımdadır, 70-ci illərin sonları idi. Məclislərin birində Qurani-Kərimin Tövhid surəsini tərcümə və təfsir edirdim. Vasim müəllim hamı kimi qulaq asır, sakitcə məni dinləyirdi. Məclisin sonunda haqqımda dediyi xoş sözlər məni qəlbən sevindirdi, bunu özümə verilən ən yüksək qiymət hesab etdim.


    Vasim müəllim dövrü və zamanı qabaqlayan şəxsiyyətlərdəndir. Az bir müddətdə nüfuz dairəsini genişləndirən Vasim müəllim professor, ilahiyyatçı, Hacı, Qazi və ən nəhayət akademik olaraq vətəninə və xalqına xidmət edir. Lakin onun üçün bir müqəddəs ad var ki, o da mərhum atası Məmmədəli kişinin verdiyi Vasim ismidir....


    Vasim Məmmədəliyev 1942-ci il avqustun 27-də Bakı şəhərində anadan olmuşdur. 1949-1959-cu illərdə Bakıda 113 saylı orta məktəbdə, 1959-1964-cü illərdə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində, 1964-1967-ci illərdə ADU-nun aspiranturasında təhsil almışdır. Akademik Vasim Məmmədəliyev 26 yaşında namizədlik dissertasiyası, 32 yaşında isə də keçmiş SSRİ məkanında ərəbşünaslıq sahəsində ən gənc elmlər doktoru adını almışdır.


    Bu gün təkcə Azərbaycanda deyil, bütün Yaxın Şərq ölkələrində və Avropada görkəmli alim kimi tanınan Vasim Məmmədəliyev dilçilik sahəsində dərin və hərtərəfli biliyə malik kamil bir mütəxəssisdir. Onun dilçilik elminin yaranması və inkişafı, bu elmin ən qədimdən müasir dövrə qədər keçdiyi inkişaf yolu, dilçilik məktəbləri, nəzəri dilçiliyin aktual problemləri və bu kimi məsələlərə dair tədqiqatları elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmişdir. Akademik Vasim Məmmədəliyev "Ərəb ədəbi dilində felin zaman, şəxs və şəkil kateqoriyaları", "Bəsrə qrammatika məktəbi", "Kufə qrammatika məktəbi", "Ərəb dilçiliyi" adlı əsərləri ilə ərəb dilçiliyinin ən ümdə məsələlərinin kamil tədqiqatçısı kimi şöhrət qazanmış, həmçinin, ümumi dilçilik elminin inkişafına təkan verən bir tədqiqatçı kimi mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir.


    XX əsrin 70-ci illərinə qədər ərəb dilçiliyinin təşəkkülü ilə bağlı müxtəlif mülahizələrin mövcud olmasına baxmayaraq, Vasim müəllim dəqiq araşdırmalar əsasında Ərəbistan yarımadası əhalisinin eramızdan əvvəl III minillikdən – eramızın VI əsrinə qədər Yaxın və Ózaq Şərq ölkələri ilə əlaqələrinə toxunaraq belə bir qənaətə gəlmişdir ki, ərəb qrammatika elmini ümumbəşəri mədəniyyətdən təcrid olunmuş sahə kimi deyil, əksinə, bu mədəniyyətin tərkib hissəsi kimi qəbul etmək lazımdır.


    Geniş dünyagörüşünə, hərtərəfli məlumata malik Vasim müəllim klassik Şərq ədəbiyyatını, o cümlədən, klassik Azərbaycan, fars, ərəb ədəbiyyatını mükəmməl bilən, dünya ədəbiyyatına bələd olan, müasir ədəbi prosesləri izləyən bir tədqiqatçıdır.


    Akademik Vasim Məmmədəliyevin fəaliyyətinin əsas hissəsi Bakı Dövlət Universiteti ilə bağlıdır. O, 30 ilə yaxındır ki, Şərqşünaslıq və İlahiyyat fakültələrində dekan vəzifəsində çalışır. 1990-cı illərin əvvəllərində təməli qoyulmuş ilahiyyat fakültəsinin dekanı kimi yenicə müstəqillik əldə etmiş Respublikamızın ehtiyac duyduğu gənc ilahiyyatçı mütəxəssislərin hazırlanmasında Vasim müəllim əlindən gələni etmişdir. Onun Azərbaycan televiziyasında 20 ildən artıq dini mövzuda təqdim etdiyi "Haqqın dərgahı" verilişi ümumxalq məhəbbəti qazanmış, İslam dini dəyərlərinin ölkəmizdə elmi şəkildə təbliğ olunması işində mühüm rol oynamış və oynamaqdadır.


    Vasim müəllim, sözün əsl mənasında, əzəmətli auditoriyası olan bir müəllimdir. O, geniş və əhatəli biliyə malik olmasının əsas səbəbini belə izah edir: "Mən şərqşünas-ərəbşünas, islamşünas olmaya da bilərdim. Bu Allahın qismətidir. Çünki mən orta məktəb proqramını müfəssəl öyrənmişdim, fənlər arasında heç bir ögey-doğmalıq qoymurdum. Hansı ixtisası seçsəydim, o sahə üzrə elmlər doktoru ola bilərdim. Lakin mən şərqşünas oldum. Nə üçün? Ona görə ki, bu sahəyə məndə ilk məhəbbəti üç böyük müəllimim - atam Məmmədəli Məmmədəliyev, atamın yaxın dostu, görkəmli islamşünas Əli Fəhmi və şair Ənvər Nəzərli yaratdılar. Atamdan ərəb dili dərsini, Əli Fəhmi və Ənvər Nəzərlidən isə fars dili və klassik şərq poetikası dərslərini aldım.


    Akademik Vasim Məmmədəliyev İslam aləmində din tarixinə dair sanballı əsərlərin müəllifi kimi tanınır. O, bir çox xarici dövlətlərin, o cümlədən, İraq Elmlər Akademiyasının, İslam Əməkdaşlıq Təşkilatı Müsəlman Hüququ Akademiyasının, Suriya Quran Elmləri, Türkiyə Elmi Araşdırmaları Vəqfinin, Misir Ərəb Respublikasının Misir Ərəb Dili Akademiyasının üzvüdür. Vasim Məmmədəliyev uzun müddətdir ki, Qafqaz Müsəlmanları İdarəsinin nəzdində respublikanın görkəmli alimlərindən ibarət təşkil olunmuş Elmi-Dini Şuraya rəhbərlik edir.


    Türk dünyasının görkəmli ictimai-siyasi xadimlərindən olan mərhum xalq şairi Bəxtiyar Vahabzadə akademik Vasim Məmmədəliyev haqqında yazırdı: "Vasim Məmmədəliyev təkcə şərqşünaslıq, ilahiyyat elminin bilicisi deyil, o, bu elmləri necə mükəmməl bilirsə, klassik poeziyamızı, ələlxüsus, əruz vəznini də o qədər gözəl bilir".


    AMEA-nın prezidenti, akademik Mahmud Kərimov Vasim Məmmədəliyev haqqında yazır: "Vasim müəllimin şah əsəri akademik Ziya Bünyadovla birlikdə Azərbaycan dilinə tərcümə etdikləri müqəddəs Qurani-Kərimdir. Allah-Təala ancaq öz sevdiyi bəndəsinə bu qədər böyük xoşbəxtliyi qismət edə bilər".


    Azərbaycanın görkəmli tarixçisi, akademik Cəmil Quliyev Vasim Məmmədəliyev haqqında yazırdı: "Yer kürəsində bütün gözəlliklər günəşdəndir. Dünya böyük insanlardan xali deyil, hər oba, hər şəhər və hər ölkənin böyük insanı vardır, Azərbaycanımızın da belə bir övladı Vasim Məmmədəliyevdir. Ən çətin peşə insan olmaqdır, Vasim Məmmədəliyev bu peşənin mahir ustasıdır".


    V.Məmmədəliyev BDÓ-nun şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsini bitirməsinə baxmayaraq, fars, türk və ingilis dillərini də mükəmməl bilir. İlahiyyət elmlərini (şəriət, üsul, kəlam, rical, fidh, təfsir və s.) müasir din xadimlərindən daha gözəl mənimsəyib. Vasim müəllim həm də Ətabat ziyarətlərini tamamlayan xoşbəxtlərdəndir.


    Mətbuatda elmi-publistik çıxışlar edərək İslama qayıdış bünövrəsini qoyan V.Məmmədəliyev Sovet imperiyasının bürokratik aparatının əsirinə çevrilmiş insanların dinə-imana dönüşündə böyük rol oynayıb. V.Məmmədəliyev hər zaman olduğu kimi bu gün də mavi ekran qarşısında insanların əqidə boşluğunu dolduraraq cəmiyyətə mənəvi qida təlqin edir. Bu əhəmiyyətli missiyanı boynuna götürərək insanları paklığa dəvət edən Vasim müəllim bu işdə hətta biz dindarları da qabaqlayır. Onu həftə boyu uşaqdan-böyüyə hamı səbirsizliklə gözləyir.


    "Ot kökü üstə bitər" - demişlər. Mərhum atası Məmmədəli kişi yaşının çoxluğuna baxmayaraq, ömrünün sonuna qədər elm ocaqlarında xalqın balalarına yorulmadan dərs deməklə, xidmət etmişdir. Onunla çox məclislərdə olmuşam. Məmmədəli kişi Şərq və Avropa klassiklərini gözəl bilməklə yanaşı, onların əsərlərini dönə-dönə izah edərdi. Bəzən özüm də onun izahlarına ehtiyacım olduğu üçün məclisin vaxtını uzadardım. Eyni vəziyyətlər hörmətli professor V. Məmmədəliyevin təşrif buyurduğu məclislərdə də təkrar olunur.


    V.Məmmədəliyev klassiklərimizi gözəl bilməklə yanaşı, onların iri həcmli əsərlərini də əzbərdən söyləmək qabiliyyətinə malikdir. Dəfələrlə məclislərdə "Mədain xərabələri" qəsidəsini xalqın xahişi ilə fars dilində əzbərdən deməklə tərcümə və izah etmişdir. Bunların sayını artırmaq da olar. Lakin Vasim müəllimin haqqında yazdıqlarım yaza bilmədiklərimin bəlkə də cüzi bir hissəsidir.
              



    Şeyxülislam Allahşükür Paşazadə cənablarının dediklərindən: 

    “V.Məmmədəliyevin elmi fəaliyyəti barədə ətraflı danışmağa ehtiyac  duymuram. Lakin onu qeyd etmək istəyirəm ki, Qurani-Kərimin tərcüməçisi və tədqiqatçısı kimi V.Məmmədəliyevin adı dünya  islamşünaslığının diqqət mərkəzində və şərəf səhifəsidir.... Mən V. Məmmədəliyevlə xarici səfərlərdə çox olmuş, müxtəlif səpkili beynəlxalq tədbirlərdə iştirak etmişəm. Onun sanballı elmi çıxışlarının necə böyük maraqla qarşılaşdığının şəxsən şahidiyəm. V.Məmmədəliyev həqiqətən də adı böyük hərflərlə yazmağa layiq olan Azərbaycan vətəndaşıdır. Çünki onun bütün yüksək insani keyfiyyətləri və daxili  mənliyi vətənpərvərlik hissi ilə yoğrulub. V.Məmmədəliyevi xarakterizə edən  ən mühüm amil isə, onun mili dövlətçilik ideyalarına sadiqliyi və mütərəqqi mənəvi intibah uğrunda mübarizliyidir...”


    Mərhum Fuad Qasımzadə (akademik):


    “Bu gün haqqında söhbət etdiyimiz əsl insan - V.Məmmədəliyevi 40 ildən artıqdır ki, tanıyıram. Onlarca monaqrafiyanın, dərslik və dərs vəsaitlərinin, yüzlərlə elmi məqalənin müəllifi olan V.Məmmədəliyev mərhum akademik Ziya Bünyadovla birgə müqəddəs Qurani-Kərimi dilimizə tərcümə edərək xalqın istifadəsinə vermişdir. Şeyx cənablarının buyurduğu kimi, bu, elə də asan iş deyil. O, sözün əsl mənasında universal biliklərə, ensiklopedik məlumatlara malik olan şəxsiyyətlərdəndir....”


    Mərhum Hacı Adbulla İbrahimov (professor):


    “Vasim Məmmədəliyev şəxsiyyəti mənim üçün təkrarsızdır. Mən onu sahilsiz və dibi olmayan ümmana, okeana bənzədirəm. Günəş fərq qoymadan bütün varlıqları, canlı və cansız məxluqatı eyni dərəcədə nura qərq etdiyi kimi, Vasim müəllim də ünsiyyətdə olduğu və olmadığı bütün şəxsləri öz ziyası ilə işıqlandırır.... Vasim müəllim mənim mürşidi-kamilim, mən isə onun müridiyəm. Düzdür, din aləmində Hacı Mirəziz Seyidzadəni özümə müəllim hesab edirəm və bir daha vurğulayıram ki, mürşidim Vasim Məmmədəliyevdir...”


    Salman Musayev (QMİ sədrinin müavini):


    “Mən Hacı Vasimi həmişə özümə müəllim bilmişəm. Sözün əsl mənasında da bu belədir. Onunla xarici səfərdə çox olmuşam. Ziyalı olmaqla yanaşı həm də çox yaxşı yol-yoldaşıdır. Ərəb alimləri ilə elmi söhbətlər edərkən çoxları Hacı Vasim azərbaycanlı olmasına inanmırlar. V.Məmmədəliyev şərqşünas olmaqla yanaşı həm də böyük islamşünas alimdir. Onun elminə qitbə edirəm. Cəfəri məzhəbini gözəl bildiyi kimi fiqhi-sünnəni də layiqincə mənimsəmişdir. Biz hələ Vasim müəllimi yaxşı tanımırıq. Natiqlərdən birinin təbirincə desək "Dağın yamacında olarkən dağı yaxşı görmək olmaz. Dağı gərək uzaqdan seyr edəsən. O zaman dağın əzəmətini görərsən". Mən Vasim kimi dağı ölkə hüdudlarından kənarda daha yaxşı gördüm. onun məktəbini yaratmaq, onu öyrənmək lazımdır...”


    Səməd Seyidov (ADU-nin rektoru, millət vəkili):


    “Aramızda yaş fərqi olsa da mən Vasim Məmmədəliyevi özümə dost hesab edirəm. Mən onunla irili-xırdalı onlarca mötəbər məclisdə görüşmüşəm, onu dinləyəndə həmişə nəsə qazanmışam. Məndə belə bir qənaət hasil olub ki, Vasim müəllimi çoxlarından yaxşı mənada fərqləndirən ən başlıca keyfiyyət onun böyük təvazö sahibi olmasıdır. Başqa cür ola da bilməz, axı o, qədim şərq hikmətinin daşıyıcısı olan ziyalıdır!


    Heç şübhəsiz ki, o, görkəmli şərqşünas alimdir və möhtərəm prezidentimiz də öz fərmanında V.Məmmədəliyevin məhz bu keyfiyyətini əsas meyar kimi göstərmişdir. Xoşbəxtlikdən şərqşünas alimlərimiz yetərincədir, lakin məhz V. Məmmədəliyev öz unikallığı ilə seçilir. Vətənə sütun olası əvəzsiz şəxsiyyətləmizdən biri olan Vasim müəllimin 70 yaşı tamam oldu. Onun bir alim kimi, doğma xalqın və torpağın qeyrətli oğlu kimi daha böyük xidmətləri hələ qarşıdadır.....”


    Ziyad Səmədzadə (akademik):


    “Hamımızın sevimlisi, haqqında xoş sözlər söylədiyimiz Vasim müəllim həm də klassik Azərbaycan poeziyasının nadir bilicilərindəndir. O, N. Gəncəvi, M.Fizuli, S.Şirazi və digər böyük ustadların əruz vəznində yazdıqları əsərlərin yüksək elmi təhlilini verir, insanları klassik poeziyaya, o cümlədən muğam incilərinə hörmət, onları düzgün ifa etməyə çağırır. V.Məmmədəliyevin yaradıcılığında qeyd edilən bu istiqamət xüsusi yer tutur. Bu gün bütün şərq dünyasında güclü mövqeyi, rolu olan ən məşhur alimlər, İslam dininin professional tədqiqatçıları və təbliğatçıları V. Məmmədəliyevlə - görkəmli alim, dərin tədqiqatları ilə seçilən şərqşünas-ərəbşünas ustad kimi hesablaşırlar. Elə buna görə də hər birimizin bir müsəlman kimi qürur hissi keçirməyə mənəvi haqqımız var....”


    Ağamusa Axundov (akademik):


    “BDU-da dərs dediyim minlərlə tələbə içərisində böyük gələcəyinə heç bir şübhəm olmayan, istedadlı iki tələbəmdən biri də məhz V.Məmmədəliyev olub. Gözlənildiyi kimi, V.Məmmədəliyev 26 yaşında elmlər namizədi, 32 yaşında elmlər doktoru elmi dərəcələrini, 37 yaşında professor elmi adını aldı. Çox keçmir ki, o, Azərbaycan hüdudlarından kənarda da tanınmağa başlayır. V.Məmmədəliyevin sorağı 36 yaşından Rusiyadan, Polşadan, az keçməmiş qədim Misirdən, uzaq İndoneziyadan, okeanın o tayı – ABŞ-dan gəldi. Vasimin yubiley xəbərini eşidəndə, onu yaxından tanıdığıma görə, bu yaş mənə çox qəribə göründü. Tale elə gətirib ki, mən V.Məmmədəliyevin həm namizədlik, həm də doktorluq dissertasiyasının müdafiələrində rəsmi opponentlik etmişəm...”


    Bu günlərdə akademik Vasim Məmmədəliyevin 70 yaşı tamam oldu. Respublikanın bütün ziyalıları və dindarları adından Vasim müəllimi təbrik edir, uca Allahdan ona, həmçinin ömür-gün yoldaşı Qumru xanıma uzun ömür, cansağlığı, övladlarına və nəvələrinə xoşbəxtlik arzulayırıq. 


    Qazi Hacı Mirəziz Seyidzadə

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 971
    +  -  Çap 

    08.05.14
    Təcnislər
    08.05.14
    Müstəzadlar
    08.05.14
    Saqinamə
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30