Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Azərbaycanın etnik mənzərəsi: narahatçılığa əsas varmı? - I yazı
    Son üç ayda (iyun-iyul-avqust) Azərbaycanda yaşayan milli azlıqlarla bağlı istər ölkə daxilində, istərsə də ölkə xaricində heç də xoş olmayan informasiyalar yayıldı. Belə ki, iyun ayında Azərbaycanda yaşayan azsaylı xalqların bəzi nümayəndələri Rusiyada keçirilən separatçı tədbirə qatıldılar.

    toplantı keçmiş SSRİ məkanında yaşayan avar və ləzgi xalqlarının nümayəndələri tərəfindən təşkil olunsa da, əsas hədəf Azərbaycan seçilibmiş. “Federal Ləzgi Milli Mədəni Muxtariyyatı” və “Avar Milli Mədəni Muxtariyyatı” adlı qurumların təşəbbüsü ilə “Rusiya Federasiyası və Azərbaycan Respublikası arasındakı dövlət sərhədinin mövcudluğu nəticəsində bölünmüş ləzgi və avar xalqlarının problemləri, onların həlli yolları” mövzusunda keçirilən beynəlxalq konfransda “Federal Ləzgi Milli Mədəni Muxtariyyəti”nin prezidenti Arif Kərimov etnik dağıstanlıların Azərbaycanda “problem”ləri ilə qarşılaşdığını bildirib, Rusiya və Azərbaycan arasında 2010-cu ildə bağlanılmış “dövlət sərhədi” barədə müqavilədən danışaraq Xaçmaz rayonunun Xraxoba və Üryanoba kəndlərinin Rusiya vətəndaşı olan ləzgi sakinlərinin Dağıstana köçürülmələri ilə bağlı üzləşdikləri “çətinlikləri” xüsusi vurğulayıb.



    “Avar Milli Mədəni Muxtariyyatı” adlı qurumun sədri, Mahaçqala şəhərində nəşr edilən “Novoe delo” qəzetinin baş redaktoru Marko Şaxbanov məruzəsində Azərbaycanda və Gürcüstanda yaşayan avarların “vəziyyətinə” toxunub. O, Azərbaycanda məskunlaşmış avarların sayını şişirdərək 200 min nəfər göstərib və onlara Azərbaycanda etnik muxtariyyətin verilməsini təklif edib.


    Bunun ardınca Azərbaycanda fəaliyyət göstərən “Talışo sədo” qəzetinin baş redaktoru Hilal Məmmədovun həbsinə “milli məsələ” donu geyindirmək cəhdlər və nəhayət millət vəkili İqbal Ağazadənin ölkədə yaşayan milli azlıqların “problemləri”nə həsr etdiyi məqalə bəzi məsələlərə aydınlıq gətirilməsini tələb edir. 


    Problemin mahiyyəti  barədə yanlış təsəvvürlər....

    Bildiyimiz kimi, etnik qrup - etnososial təhsil, xüsusi etnik, etnopsixoloji, etnomədəni, dil və dini əlamətlərlə malikdir. Onun başa düşülməsi siyasi hüquqi terminlərdə milli azlıq kimi traktovka edilir. Beynəlxalq hüquqi aktlarda BMT sənədlərində "milli azlıq" və "etnik azlıq" (qrup) çox zaman adekvat kimi işlənilir. Lakin bunun üçün ciddi əsasların olmasına baxmayaraq, onları fərqləndirmək lazımdır. Əgər "milli azlıq" termini dövlət (millət) və onun əhalisinin bir hissəsi arasında xüsusi hüquqi qaydanın nizamlanması başa düşülürsə, "etnik qrup" sosial təhsilin etnik və mədəni özünüdərki başa düşülür.


    Milli eyniyyət məsələsinə toxunan Polşa alimi Anna Volf-Poveskanın fikrincə, yeni siyasi reallığın etiraf edilməsi bir çox çətinliklərlə üzləşir: “Köhnə strukturların dağılmasından sonra bir çox yeni siyasətçilər millətçi arqumentlərə arxalanmağa başladılar. 1989-cu ildən başlayaraq, ayrı-ayrı qrup və dairələr üçün “millət” anlayışı birliyə və özünüdərkə çağıran yeganə kateqoriya idi. Amma Orta Avropada milli eyniyyət problemləri Sovet İttifaqında və Yuqoslaviyadakı kimi dramatik kolliziyalar yaratmamışdır.”


    “Etnik azlıqların ictimai həyatda fəal iştirakı üzrə Lund tövsiyyəsi”ndə (1998) qeyd olunur ki, vətəndaşlıq hüququ olan hər bir şəxsin, mənəviyyatca ona daha yaxın olan hər hansı milli və ya etnik qrupun üzvü olmağa subyektiv hüququ var. Azlıq, qrup hüququnun subyektidir. Belə bir təyinetmə üçün nə şəxsin mənşəyini bilmək, nə də heç bir əlavə vasitə - səbəb lazım deyil.


    Etnik azlıq - polietnik cəmiyyətlərdə etnik xarakteristikalarına görə fərqlənən qruplar cəmiyyətdə dominant mövqeyə malik ictimai resursların az hissəsini alır və etnik stratifikasiya sisteminin əsas hissəsi sayılırlar. Etnik azlıqların statusu sosial cəhətdən möhkəmləndirilir və say etibarilə deyil, ümumi əhəmiyyət kəsb edir. (İqtisadi resurslara məhdud qaydada giriş, siyasi həyatda iştirak, idarəetmə və s.)
    Əlbəttə, "millət", "xalq", "azsaylı xalq", "milli azlıq", "etnik azlıq" məfhumları təzə yaranan terminlər deyil. Öz məna çalarlığı baxımından da nə dünənin, nə də bu günün reallığı ilə izah edilə bilər. Bu terminlər müxtəlif dövrlərdə ayrı-ayrı tayfaların xalq, ayrı-ayrı xalqların tədricən millət kimi formalaşması prosesi nəticəsində meydana gəlmişdir. Dünya ictimaiyyətinin bu terminlər haqqında aydın və dəqiq təsəvvürləri var. Elə bizdə də kifayət qədər olmasa da müəyyən mənada bu məsələyə maraq və onun izahı yeni problem deyil, müxtəlif vaxtlarda az-çox öyrənilib, ayrı-ayrı müəlliflər tərəfindən araşdırılıb. Lakin son zamanlar mediada başlanan bu tip müzakirələr göstərdi ki, nəinki geniş ictimaiyyətin, hətta bəzi hüquqşünasların, ictimai və humanitar elmlər sahəsində çalışan ziyalılarımızın da "millət", "xalq", "etnik azlıq", "azsaylı xalq" və "milli azlıqlar" ifadələri haqqında təsəvvürlərində qaranlıq nöqtələr çoxdur.


    Bəzən bu terminlər qarışıq salınır, bəzən düzgün izah olunur, bəzən isə onların arasında mövcud fərqlərə heç bir məhəl qoyulmur. Nəticədə milli münasibətlərlə, milli məsələlərlə bağlı problemlərə qeyri-obyektiv mövqedən yanaşılır, bir sıra reallıqlar və tarixi gerçəkliklər təhrif olunur.


    Azsaylı bir xalqı az qala millət kimi qələmə vermək cəhdləri...


    Etnik mənsubiyyətin məcburi, sərəncamla dəyişdirilməsi cəhətləri tarixdə çox böyük müqavimətlərlə üzləşmişdir. Çünki insanı öz xalqına mənsubluğu hissi onun identikliyinin kökü, özəyi, özünü şəxsiyyət kimi hiss etməsinin əsasıdır. Etnosun mədəniyyəti onun bir sistem kimi sabitliyini və inteqrasiyasını təmin edir. 


    Sovet hakimiyyəti illərində SSRİ-də iki istiqamətdə güclü iş aparılırdı. İlk baxışda bu istiqamətlər bir-birinə əks mövqe təsiri bağışlamasa da, əslində məzmun etibarilə bir-birinə daban-dabana zidd məna kəsb edirdi. Daha doğrusu, o vaxtlar SSRİ-də yaşayan bütün xalqların tədricən bir-biri ilə qaynayıb-qarışması nəticəsində zorla "sovet xalqı" adı altında yeni biliyin yaradılmasına ciddi-cəhd göstərilirdisə, digər tərəfdən, beynəlmiləlçilik bayrağını əsas tutaraq, "dostluq" və "bərabərlik" şüarlarını ucalda-ucalda ayrı-ayrı respublikalardakı (bu baxımdan Azərbaycan SSR xüsusi yer tuturdu) müxtəlif tayfaları etnik qrup, etnik azlıqları xalq, hətta bəzən bu və ya başqa etnik azlığı və yaxud azsaylı bir xalqı az qala millət kimi qələmə vermək cəhdləri olurdu. Çoxmillətlilik və beynəlmiləlçilik, özü də şişirdilmiş səviyyədə, sanki bu və ya başqa respublikanın zənginliyini, iqtisadi potensialını, öncüllüyünü göstərən əsas amil idi.


    Bütün bunların nəticəsidir ki, ittifaq dağıldıqdan sonra müstəqillik yoluna qədəm qoymuş bəzi respublikalar bu sahədə bir sıra çətinliklərlə üz-üzə qalmışdır. Müstəqil Azərbaycan Respublikasının son illərdə ictimai-siyasi durum baxımından qarşılaşdığı ən narahat problemlər içərisində məhz milli məsələlərlə bağlı daha çox narahatçılıq doğurur. Respublikamızda yaşayan xalqlarla bağlı yeni uydurulan, yeni qondarılan hər bir məsələyə milli don geyindirmək cəhdləri ilə yanaşı, Azərbaycanda yaşayan millət və xalqlar, etnik azlıqlar böyük əksəriyyəti vahid amal uğrunda müəyyən addımlar atmağa başlayıblar. 


    Beynəlxalq təcrübədə monoetnik dövlət tapmaq çətindir. Dünyanın əksər dövlətləri çoxmillətlidir. Azərbaycan da bu mənada istisnalıq təşkil etmir. Öz coğrafi və strateji mövqeyi, iqlim şəraiti, təbii ehtiyatları, yeraltı və yerüstü sərvətləri baxımından çox əhəmiyyətli olan Azərbaycan bütün dövrlərdə beynəlxalq aləmin diqqət mərkəzində olub. SSRİ-nin dağılmasından sonra MDB-də bir çox respublikalarda "etnik təmizləmə" siyasəti həyata keçirilib. "Etnik təmizləmə"yə məruz qalan milli azlıqlar monoetnik dövlətlərə transformasiya olunublar. Bu sırada Ermənistan MDB məkanında daha "öndə" gedir. Lakin Cənubi Qafqazın ən inkişaf etmiş respublikası hesab olunan Azərbaycanda bu prosesin başlanmasına ümumiyyətlə cəhd olmayıb. Hazırda respublikada bir çox xalqların nümayəndələri sakit həyat yaşayırlar.


    Azərbaycan qanunları təsdiq edir ki, öz müqəddəratını təyinetmə insanın ümumi hüquqlarından biridir. Dövlət bütün səylərini ona yönəldir ki, onun vətəndaşları dini, etnik və sosial özünütəyinetmə hüququndan istifadə etsinlər. Eyni zamanda vətəndaşlar müxtəlif kollektivlərdə təşkilatlana bilərlər, onların özünəməxsusluğu məhz kollektivlərdə daha bariz şəkildə nəzərə çarpır.


    Azərbaycanın çoxmillətli bir ölkəyə çevrilməsinin obyektiv və subyektiv səbəblərinin dərinliklərinə varmadan bir cəhəti xüsusilə vurğulamaq istərdik ki, bu torpağı özünə əbədi məskən seçmiş xalqların əksəriyyəti zaman keçdikcə doğmalaşmış, bəziləri isə yerli xalqlarla qaynayıb-qarışmışlar.


    Bu gün haqlı olaraq bu torpaqda yaşayanların çoxu Azərbaycanı özlərinin doğma və əbədi vətənləri hesab edirlər. Bütün bu cəhətlər indi nəinki demoqrafik hesablamalarda, həmçinin Azərbaycan xalqının, millətinin formalaşmasının məzmununda və tərkib hissəsində də özünü göstərir.


    Müstəqilliyə qədər dövlət strukturları milli azlıqların problemləri ilə faktiki məşğul olmurdu desək, bir az ədalətsiz olar. Azərbaycanda Sovet hakimiyyətinin qurulmasından sonra milli azlıqların kompakt yaşadıqları regionlarda məktəblər açılmış, ayrı-ayrı xalqların dillərində qəzet, jurnal, kitab nəşrləri ilə birbaşa dövlət strukturları məşğul olmuşdur. Etiraf edək ki, azsaylı xalqların mədəni-maarif inkişafı tarixində Azərbaycanın müəyyən təcrübəsi var. Burada 20-ci illərdə milli məktəblər və mədəniyyət ocaqları açılması, öz milli dillərdə qəzet, kitab və dərsliklərin nəşri, milli aktyor truppaları, əlifba yaradılması sahəsində müəyyən işlər görülmüşdür.


    1932-1933-cü illərdə respublikanın məktəblərində dərslər 16 dildə tədris olunurdu (rus, erməni, ləzgi, talış, tat və s.). Lakin bu proses heç də uzun bir dövrü əhatə etməmişdir. Belə ki, 30-cu illərin əvvəllərindən son qoyulmuşdur.


    Azsaylı xalqların nümayəndələrindən kadrlar hazırlamaq üçün Bakıda Beynəlxalq Texnikum açılmışdı, Azərbaycan və Rusiya ali məktəblərində isə onlar üçün xüsusi yerlər ayrılırdı.


    Azsaylı xalqların problemləri ilə daha intensiv məşğul olmaq cəhdləri...

    Azsaylı xalqların problemləri ilə daha intensiv məşğul olmaq üçün 1990-cı ilin aprel ayında Bakıda dövlət orqanları rəhbərlərinin, nazirlik və idarələrin, elmi müəssisə və yaradıcılıq ittifaqlarının, ictimai təşkilatların iştirakı ilə Respublika Müşavirəsi keçirildi. Müşavirə, milli azlıqlarla iş sahəsində yeni istiqamətlər açdı. Qeyd olundu ki, dövlətin və azsaylı xalqların  nümayəndələrinin təşəbbüs və səyləri sayəsində respublikada milli azlıqların mənəvi-mədəni tələbatlarının ödənilməsi üçün normal şərait yaradılmışdır. Bakıda və rayonlarda tatların, ləzgilərin, talışların, Dağıstan xalqlarının, tatar, yəhudi və s. xalqların milli-mədəni mərkəzləri açılmışdır. Azərbaycan Dövlət Nəşriyyatında azsaylı xalqların dilində ədəbiyyat nəşr edən “Göy qurşağı” xüsusi redaksiyası yaradılmışdır. Milli azlıqların mədəniyyət mərkəzlərinin işini əlaqələndirən Respublika Şurası fəaliyyət göstərirdi.


    “Azərbaycan  Respublikasında yaşayan milli azlıqların, azsaylı  xalqların və etnik qrupların hüquq və azadlıqlarının qorunması, milli dil və mədəniyyətlərinin mühafizə edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1992-ci il tarixli Fərmanında sonra yerli hakimiyyət orqanları milli azlıqların işi sahəsində daha geniş fəaliyyət göstərmişlər. Fərmana müvafiq olaraq 1993-cü ilin yanvarın 1-də Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində talış, ləzgi və kürd dillərində proqramlar hazırlanmağa başlayıb. Bu proses hazırda da davam etdirilir.


    Azərbaycanda yaşayan azsaylı xalqların və etnik qrupların problemlərini kompleks şəkildə işlənib hazırlanması üçün 1992-ci ildə Azərbaycan EA Milli Münasibətləri İnstitutu yaradıldı. Azərbaycan etnik tarixi məsələlərini, etnosların dil problemlərini, tarixi və mədəniyyətlərini öyrənən institutları, milli-mədəni mərkəzi və cəmiyyətlər Azərbaycanda aparılan milli siyasəti müxtəlif yönlərdən tədqiq edirdi. Eyni zamanda Azərbaycanda və Zaqafqaziya regionunda etno-sosial, etno-milli və etno-siyasi proseslər diqqətlə öyrənilirdi. 


    1993-cü ildə 33 milli mədəni mərkəzə fəaliyyət göstərməyə icazə verilmişdir. Asayiş orqanlarına göstəriş verilmişdir ki milli əlamətə görə hər hansı ayrı-seçkiliyin qarşısı dərhal alınsın. Milli təşkilat və cəmiyyətlərin normal işi üçün vacib olan inventar, onların yerlə təmin olunması və milli dillərdə qəzetlərin nəşrini maliyyələşdirmək üçün Prezident Fondundan vəsait ayrılmışdır.


    1999-cu ildə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu  Prezidentin milli məsələlər üzrə dövlət müşavirliyi ilə birgə Azərbaycanda yaşayan azlıqlarla bağlı beynəlxalq konfrans keçirdi. Bundan başqa Münaqişələr və Dövlət Quruculuğu üzrə London İnformasiya Şəbəkəsi  “Links”in təşəbbüsü ilə “Azərbaycanda yaşayan milli azlıqlarla bağlı dövlət siyasəti” mövzusunda beynəlxalq seminar təşkil olundu. Burada bütün milli azlıqların nümayəndələri iştirak etdi, onlar hüquq və azadlıqlarını qoruyan Azərbaycan dövlətinə minnətdarlıqlarını ifadə etdilər. Bu beynəlxalq qurumlar tərəfindən həm milli azlıqlar, həm də dövlət təşkilatları üçün  əhəmiyyətli bir tədbir kimi qiymətləndirildi.


    Respublikamızda aparılan 1999-cu ilin siyahıyaalınması göstərdi ki, ölkədə yaşayan qeyri-türklərin əksəriyyəti öz ana dilini qoruyub saxlaya bilmişdir. Onlar haqqında yazılan kitablar - dərsliklər, hekayələr və s. çap materialları bu xalqlara yaradılan şəraitin bariz nümunəsidir. Lakin bəzi hallarda onların - milli və etnik azlıqların, azsaylı xalqların öz içindən çıxan nadürüst insanların davranışları bəzi xoşagəlməz hadisələrin baş verməsinə səbəb olur.


    Buna misal olaraq Azərbaycanda müstəqilliyin ilk illərində ləzgilərlə bağlı yaşanan bir sıra problemləri xatırlaya bilərik. Bu hadisələrin cərəyan etdiyi vaxtlarda Milli Məclisin üzvü Asya Manafova mətbuatda çıxış edərək baş verənləri mənfi qiymətləndirmiş və bəyan etmişdir ki, Azərbaycanda ləzgilər yalnız bütün vətəndaşlar kimi sosial problemlərdən şikayətlənə bilərlər.


    Bir həqiqət etiraf olunmalıdır ki, hələ 1988-ci ildə yaranmış “Sadval” təşkilatına himayəçilik edən Rusiya, bu gün də onu Azərbaycana təzyiq şəkildə ehtiyat variant kimi nəzərdə tutur. “Sadval”ı gah qeydiyyata alan, gah da qadağan edən Rusiya onun fəaliyyətini Azərbaycana qaşı qoymağa müvəffəq oldu. Sonradan məlum oldu ki, “Sadval”ın bu istiqamətdə fəaliyyətində Ermənistan və çox təəssüf ki, İranın da maraqları var idi.


    Hazırda Azərbaycanda ölkənin əsas və çoxluq təşkil edən əhalisi - azərbaycanlılar (Azərbaycan türkləri) ilə yanaşı, bir sıra digər millət, xalq və etnik azlıqlar da çiyin-çiyinə yaşayırlar. Dövlətin özünü milli azlıqlara qarşı münasibəti aşağıdakı prinsiplərlə ölçülür:


    - dövlətin ərazi bütövlüyü və onun suverenliyi prinsiplərinə qeyd-şərtsiz əməl edilməsi;


    - milli azlıqların hüquq və azadlıqlarının qorunması;


    - milli azlıqların dillərinin, mədəniyyətlərinin, məişətinin qorunmasında dövlətin təminatı;


    - ölkə Konstitusiyası, Milli Məclisin müvafiq qanunları və prezidentin fərmanları əsasında milli azlıqların hüquqlarının qorunması;


    Bura həmçinin aşağıdakı aspektləri daxil etmək lazımdır:


    - Azərbaycan çoxmillətli ailəsində birgə həyat və fəaliyyətin inkişaf etdirilməsi;


    - tarixi dostluq və mehriban qonşuluq əlaqələrinin qorunması;


    - ideoloji-hüquqi və mənəvi-psixoloji bazanı möhkəmləndirmək üçün vətənpərvərlik ideyalarının həyata keçirilməsi;


    - milli, irqi, etnik, dini mənsubiyyətindən asılı olmayaraq bütün ölkə vətəndaşlarının əsl hüquqlarını təmin etmək;


    -    millətçilik, irqçilik, hallarına yol verməmək;


    Azərbaycan Respublikasında ruslar, ermənilər, ukraynalılar, beloruslar, gürcülər, avarlar, ləzgilər, başqırdlar, tatarlar, yəhudilər, kürdlər, osetinlər, laklar kimi MİLLİ AZLIQLAR; talışlar, udilər, dağ yəhudiləri, saxurlar kimi AZSAYLI XALQLAR; Ahısxa türkləri, tatlar, lahıclar, buduqlar, qrızlar, haputlar, ceklər, xınalıqlar, ingiloylar, Krım tatarları, gürcü yəhudiləri, kazaklar, tabasaranlar kimi ETNİK AZIQLAR yaşayırlar. Bu xalqlar əsrlər boyu Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynamaqla yanaşı, özlərinin etnik xüsusiyyətlərini, dinlərini, adət-ənənələrini qoruyub saxlamış və günümüzədək yaşatmışlar.


    Yerli milli azlıqlarla (aborigenlərlə) yanaşı, tarixin müxtəlif dövrlərində ölkəmizə gələn milli azlıqlar da var. Azərbaycan xalqı istinasız olaraq ölkəmizə gələn bütün xalqları milli münasibətlərdə, başqa xalqlara münasibətdə özü kimi tolerant (başqalarının mövcudluğuna, inamına və fikirlərinə dözümlülük) olmağa vadar edib. Əlbəttə, respublikamızın ərazisində kompakt halında yaşayan bu milli azlıq, azsaylı xalq və etnik azlıqlarla yanaşı, bizimlə birgə bəzi digər millətlərin, xalqların və etnik azlıqların da nümayəndələri yaşayırlar. Daha doğrusu, məlum olur ki, Azərbaycanda sayının azlığından və çoxluğundan asılı olmayaraq, həmçinin özbəklər, qazaxlar, litvalılar, latışlar, moldavanlar, estonlar, qırğızlar, taciklər, türkmənlər, abxazlar, aqullar, buryatlar, inquşlar, darginlər, kabardinlər, komilər, qumuqlar, marilər, noqaylar, rutullar, udmurtlar, çeçenlər, çuvaşlar, adıgeylər, çərkəzlər, qaqauzlar, Orta Asiya yəhudiləri, qaraçılar, ərəblər, aysorilər, əfqanlar, bolqarlar, macarlar, vyetnamlar, yunanlar, koreyalılar, kubalılar yaşayır.


    (ardı var)

    Niyaz NİFTİYEV

        Âęîíňŕęňĺ Ěîé Ěčđ ß.đó Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 706
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30