Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Daha böyük hədəflərə doğru...
    C.Mənsimi: “Mən uğur qazanmağın sirrinin yalnız valideynlərin bizə etdikləri xeyir-dualarından ibarət olduğunu düşünürəm”

    Cəfər Mənsimini Şimali Kipr Doğu Akdeniz Universitetinin kampusunda çox az adam tapılar ki, tanımasın. Yaşının azlığına baxmayaraq bu bəstəboy, arıq oğlan Azərbaycanımızı uzaq Şimali Kiprdə tanıtmaq üçün dəridən-qabıqdan çıxır. Cəfər Mənsimi ictimai fəallığına görə, təhsil aldığı Doğu Akdeniz Universitetinin rektoru tərəfindən ali məktəbin tarixində ilk dəfə Yüksək Şərəf Təqaüdünə layiq görülüb və nəticə də təhsil haqqından azad olunub. Bu işdə ona Azərbaycanın millət vəkili və eyni zamanda Respublika Uşaq Təşkilatının sədri Gülər Əhmədova dəstək olub.



    Bu günə qədər “Birlikdə və daha səmərəli”, “Təbiət mənəm”, “Uşaqlar və biz”, “Tanıyaq, tanıtdıraq”, “Dünyada mənim Vətənim”, Azərbaycan tarixi - arxeoturizm adlı layihələr həyata keçirib.


    Azərbaycanda və onun hüdudlarından kənarda bir sıra konfranslarda məruzə ilə çıxış edib. Müxtəlif yerli və beynəlxalq sertifikat və diplomlar qazanıb.


    Bundan başqa o, Şimali Kiprdə yerləşən Doğu Akdeniz Universitetinin Aktyor klubunda çalışır. Həmin universitetdə nümayiş olunan Kod-adı: qocalar evi tamaşasında baş rollardan birini alıb. Oynadığı rol izləyicilər tərəfindən alqışla qarşılanıb.


    Hazırda Şimali Kiprdə fəaliyyət göstərən, dünyanın tanınmış ali təhsil ocaqlarından biri olan Doğu Akdeniz Universitetinin 2-ci kurs tələbəsi, MİRAS İctimai Birliyinin Şimali Kipr üzrə təmsilçisidir. Bundan başqa "Mərkəz" qəzeti və eyni adlı informasiya agentliyinin Şimali Kipr üzrə təmsilçisidir. Bununla yanaşı o, Azərbaycanın əməkdar artisti, tanınmış muğam ustası Bəsti Sevdiyevanın mətbuat katibidir…


    Kimdir Cəfər Mənsimi... 

    Cəfər Mənsimi 18 yaşlı, həyatda çox inadkar olan bir gəncdir. Qarşısına çıxan çətinliklərdən qorxmur. Çünki, düşünür ki, belə olan halda yalnız uğur onunla ola bilər. Hər zaman yenilik axtarışındadır. Gördüyü işlərin əsas məqsədi Azərbaycanı, azərbaycançılıq ideyasını, Dağlıq Qarabağ münaqişəsini, ölkəmizin keçmişini və bu gününü, tarixini, mədəniyyətini, incəsənətini, elmini dünya ictimaiyyətinin nəzərinə daha dolğun şəkildə tanıdılmasına yönəlib. Həmçinin onun keçirdiyi layihələrin məqsədi sırasında istedadlı uşaq və gəncləri araşdırmaq, onları ictimaiyyətə təqdim etmək, uşaq və gənclərə dəstək olmaq, onların dünyagörüşünün, həyata baxış tərzlərinin formalaşdırılması, mədəniyyət ocaqlarına teatr, muzey və kitabxanalara marağının artırılması xüsusi yer tutur.


    Daha böyük hədəfləri var. Özündən böyüklərlə ünsiyyətdə olmağı çox sevir, onlardan faydalı məsləhətlər alır. Onlarla ünsiyyəti həyatda düşdüyü çətinliklərdən çıxış yolu tapmağına çox yardımçı olur. 


    “Sən nəyə hazırsan, o da sənin üçün ona hazırdır”, “Böyük oyna, böyük qazan” şüarları həyat devizidir. Bütün uğurlarının səbəbini valideynlərinin xeyir-duası ilə əlaqələndirir. Buna görə də çox xoşbəxtdir. 


    Düşünür ki, valideyn duasından güclü həyatda heç nə yoxdur. Buna görə də fürsətdən istifadə edib, yaşıdlarına səslənmək istəyir: “Nə olar, valideynlərinizi incitməyin, onlara qarşı “uff” sözünü belə işlətməyin. “Övladınızın necə olmasını istəyirsinizsə siz də onlara qarşı elə olun” sözlərini heç zaman unutmayın. Valideynlərinizin qədrini vaxtında bilin”.


    Çünki mən uğur qazanmağın sirrinin yalnız valideynlərin bizə etdikləri xeyir-dualarından ibarət olduğunu düşünürəm.


    Təhsilimə gəlincə isə, 2007-ci illərdə 236 saylı orta məktəbdə təhsil almışam. 2007-2010-cu illərdə təhsilimi Fizika Riyaziyyat və İnformatika təmayüllü liseydə davam etdirmişəm. 2011-ci ildə yenidən 236 saylı orta məktəbə qayıdıb və bu məktəbin məzunu olmuşam. Təhsil aldığım müddətdə ictimai fəallığımla digər şagirdlərdən seçilmişəm. Hər halda ətrafım mənə belə deyir. Məktəbin ictimai tədbirlərində yaxından iştirak edərək, bir sıra tədbirlərin aparıcısı və təşkilatçısı olub.


    2009-cu ilin yanvar ayında Badamdar qəsəbəsində fəaliyyət göstərən N.Nərimanov adına Kütləvi Kitabxanada “Asudə vaxt” qrupunu yaradıb. Bu qrup vasitəsilə uşaq və gənclərin mədəniyyət ocaqlarına, kitabxana, teatr və muzeylərə marağının artırılmasına çalışıb. Bu məqsədlə bir sıra mədəniyyət ocağına ziyarətlər təşkil olunub, müxtəlif tədbirlər, seminarlar, sərgilər həyata keçirilib. Qrupun fəaliyyəti dövründə “Birlikdə və daha səmərəli” layihəsi reallaşdırılıb.


    2009-cu ilin dekabrından “Yeni İstedadlar” Uşaq və Gənclər Təşkilatının təsisçisi və sədri olub. Təşkilat bir sıra yerli və xarici təşkilatlarla əməkdaşlıqda uşaq və gənclərin dünyagörüşünün inkişafı, istedadların üzə çıxarılması istiqamətində xeyli layihələr həyata keçirib.
    2009-cu ilin aprel-iyun aylarında “anayam.az” saytının baş redaktorunun müavini olub.


    2010-cu ilin oktyabrından MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin İdarə Heyətinin üzvü və eyniadlı birliyin Uşaq və Gənclərlə İş Şöbəsinin müdiri olub. Birlikdə çalışdığı müddətdə “Təbiət mənəm”, “Uşaqlar və biz”, “Tanıyaq, tanıtdıraq” adlı layihələr həyata gerçəkləşdirib. Bundan başqa birlikdə çalışdığı müddətdə, təhsil müəssisələri və mədəniyyət ocaqları ilə əməkdaşlıqda müxtəlif elmi-praktik seminarlar, konfranslar həyata keçirib. Məqsəd mədəni irsimizin öyrənilməsi və təbliği, ölkəmizdə turizmin inkişafı, uşaq və gənclərin dünyagörüşünün artırılması, ölkəmizin keçmiş və bu günki tarixinin onlara təbliğ olunması və istedadlı gənclərə dəstək olmaq idi.
    2011-ci ilin mart-sentyabr aylarında Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin həyata keçirdiyi “Gənc Turist” klubu layihəsi çərçivəsində Səbayıl rayonu üzrə “Gənc Turist” klublarının baş koordinatoru olub. Fəaliyyəti müddətində “Azərbaycan tarixi-arxeoturizm” layihəsi təşəbbüsü ilə çıxış edib və bu layihə ictimaiyyət və mətbuat nümayəndələri arasında böyük marağa səbəb olub. Layihənin məqsədi ölkəmizdə arxeoturizmi inkişaf etdirmək, gənc nəsli ölkəmizdə aparılan arxeoloji qazıntılarla tanış etmək və bu yolla vətənimizin tarixini dərindən öyrənməyə kömək etmək olub.


     
    Universitet rəhbərliyi onu daha yaxından tanıyır...

    Cəfər, universitetə gəldiyi zamanın üzərindən bir neçə həftə keçməmiş rektor, professor Abdullah Öztopraqdan müsahibə almağa nail olub. Tələbə olduğu üçün rektordan müsahibə almağına görə çox sevinib. Müsahibə müddətində ictimai işləri barəsində rektora məlumat verib. Beləliklə, universitet rəhbərliyi onu daha yaxından tanımağa başlayıb.


    2011-ci ilin sentyabrından 2012-ci ilin aprel ayına kimi Şimali Kipr Doğu Akdeniz Universiteti Azərbaycan Cəmiyyətinin Mədəniyyət şöbəsinin müdir müavini olub. Çalışdığı müddətdə,  Azərbaycan-Türkiyə: ortaq tariximiz və gənclər konfransının təşəbbüskarı kimi çıxış edərək, adı çəkilən konfransın gerçəkləşməsinə nail olub.


    Şimali Kiprdə baş tutan konfransda Azərbaycanın millət vəkilləri Gülər Əhmədova və Musa Qasımlının məruzələri dinlənilib. Konfrans tələbələr və universitet rəhbərliyi tərəfindən maraqla qarşılanıb.


    Bundan başqa çalışdığı müddətdə “Xocalı: acı gerçək” adlı elmi-praktik beynəlxalq konfransın keçirilməsinin təşəbbüskarı kimi çıxış edib. Rəhbərlik tərəfindən maraqla qarşılanan konfrans azərbaycanlı və əcnəbi tələbələrin iştirakı ilə baş tutub. Keçirilən tədbir vasitəsi ilə ermənilərin törətdikləri vəhşilikləri əcnəbilərə çatdırmaq əsas məqsəd olub. Bu məqsədlə müxtəlif video-çarxlar nümayiş olunub, Doğu Akdeniz Universiteti Azərbaycan Cəmiyyətinin rəhbərinin, Naxçıvan Özəl Universitetinin rektor yardımçısının, Şimali Kiprin millət vəkilinin məruzələri dinlənilib.


    Cəfərin gördüyü bütün işlər maraqla qarşılanır

    Cəfər həmin ilin aprel-may aylarında Şimali Kipr Doğu Akdeniz Universiteti Azərbaycan Cəmiyyətinin Mədəniyyət şöbəsinin müdiri olur. Fəaliyyəti müddətində Şimali Kiprdə Azərbaycanın Mədəniyyət gecəsinin gerçəkləşməsi üçün səylər göstərir. Və həmin universitetin Azərbaycan Cəmiyyətinin rəhbəri Elçin Süleymanov, eyni adlı universitetin Azərbaycan təmsilçisi Orxan Ənnağazadə və universitetin Azərbaycan koordinatoru Aynur Şibliyevanın başçılığı ilə baş tutan Azərbaycanın Mədəniyyət gecəsi bütün iştirakçıların yaddaşında silinməz iz buraxır. Gecədə Azərbaycanın Əməkdar artisti, muğamlarımızın və xalq mahnılarımızın mahir ifaçısı Bəsti Sevdiyeva solo-konsertlə çıxış edir. Bundan başqa gecə də Cəfərin  ifasında Almaz İldırımın “Azərbaycan” şeri səslənir. Şer gecə iştirakçılarının alqışları ilə müşayiət olunur. Təşkil olunan gecənin məqsədi Azərbaycan mədəniyyətini adıçəkilən universitetdə təhsil alan çoxsaylı xarici tələbələrin nəzərinə daha dolğun şəkildə çatdırmaq və milli mədəniyyətimizi onlar arasında təbliğ etmək olur. Gecədə iştirak edən Doğu Akdeniz Universitetinin rektoru, professor Abdullah Öztopraq tədbirin əhəmiyyətini yüksək qiymətləndirir.


    Ümumiyyətlə sevindirici haldır ki, Cəfərin bu günə qədər gördüyü işlər yerli və xarici media orqanları, elm adamları, ziyalılar, millət vəkilləri, o cümlədən, ictimaiyyət, idarə və təşkilat rəhbərləri tərəfindən maraqla qarşılanıb.


    C.Mənsimi Şimali Kiprdə olduğu müddətdə “Dünyada mənim Vətənim” layihəsinin təşəbbüskarı kimi çıxış edib. Layihə çərçivəsində gənclər bir araya gələrək öz ortaq tarixi mədəniyyətlərini bir-birləri ilə bölüşürlər. Layihə müddətində Şimali Kiprdə, Trabzonda Xocalı ilə bağlı elmi-praktik konfranslar baş tutub. Dünyanın ən məşhur sosial şəbəkəsi sayılan “Facebook”da “Vətənim Azərbaycan” adlı səhifə açılıb. Gənclərin mədəniyyət ocaqlarına, teatr və kitabxanalara qarşı marağının artırılmasına çalışmaq məqsədi ilə səhifədə təbliğat işləri aparılır, xəbərlər, videolar və s. paylaşılır. Ümummilli liderimiz Heydər Əliyev, ölkə başçımız cənab İlham Əliyev, ölkəmizin birinci xanımı Mehriban xanım Əliyeva, millət vəkillərimiz və s. bu kimi tanınmış insanların gördüyü işlər, Heydər Əliyev Fondunun fəaliyyəti, tarixi-mədəni irsimiz, muzey, teatr və kitabxanalarımız və ölkəmizin müxtəlif sahələrdə qazandığı uğurlar barəsində geniş məlumatlar ingilis dilində yerləşdirilir və dünya ictimaiyyətinin nəzərinə çatdırılır.


    Bundan başqa C.Mənsiminin təşəbbüsü ilə Gürcüstanda “Azərbaycanın mədəni irsi” adlı silsilə seminarlar da həyata keçirilib.


    Layihə çərçivəsində Şimali Kiprdə ilk dəfə olaraq millət vəkili Gülər Əhmədovanın təşəbbüsü ilə Azərbaycan-Şimali Kipr Gənclər Forumu baş tutub. Forumda Şimali Kiprin prezidentinin, Azərbaycanın millət vəkilləri, tarixçiləri, elm adamlarının və məruzələri dinlənilib, gənclərlə diskussiya aparılıb.


    Cəfər həm də bizimlə həmkardır. 2009-cu ildən bu günə kimi bır sıra dövri mətbuatda müxtəlif mövzuları əhatə edən yazılarım işıq üzü görür. Buna misal olaraq, “Herba flora”, “Miras” jurnalları, “Çox yaşa”, “Palitra”, “Paritet”, “Olaylar”, “Həftə içi”, “Mərkəz” qəzetləri, “azxeber.com”, “lent.az”, “gün.az” saytları, “Səda” və “Kuluar” İnformasiya agentliklərində işıq üzü görən yazılarını qeyd edə bilərik.


    Artıq bir neçə vaxtdır  Şimali Kiprdə fəaliyyət göstərən Media Xəbər Agentliyində  çalışır Bu Agentlikdə çalışmağı Şimali Kiprin KİV vasitələri ilə yaxından əlaqə qurmağına çox yardımçı olur. Düşünür ki, bütün bunlar Şimali Kiprin KİV vasitələrində Azərbaycanla bağlı xəbərlərin mütəmadi işıqlanmasına səbəb ola biləcək. Elə agentlikdə çalışmağının əsas məqsədlərindən biri də budur. Yeri gəlmişkən söyləyim ki, bu yaxında MİRAS İctimai Birliyi tərəfindən çap olunan mərhum jurnalist Ceyhun Nağıya həsr olunmuş “39-cu pillədə qırılan ömür” kitabının ideya müəllifi və tərtibçisi də C.Mənsimidir.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 790
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30