Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    “Azərbaycan Dağlıq Qarabağ məsələsində hücum etməlidir”
    Almaniyanın sabiq dövlət naziri Qramke Yurgen: “ Azərbaycan İmici üzərində işləri davam etdirməlidir”

    Avropa məsələləri üzrə İnstitutun (INEA) sədri, professor, Almaniyanın sabiq dövlət naziri Qramke Yurgenlə müsahibəsi:

    - Siz bu günlərdə Bakıda keçirilən “Körpülərin qurulması” beynəlxalq konfransının iştirakçılarından biri oldunuz.

    - Konfransın əməli yekunları barədə nə deyə bilərsiniz?

    - Bu çox mühüm tədbir idi. Təşkilatçılar Azərbaycan və Avropa İttifaqı (Aİ) nümayəndələri arasında əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsinin aparılması üçün əla imkan yaratdılar. Bilirsiniz, Avropa Cənubi Qafqaz, Mərkəzi Asiya və Qara dənizyanı əraziləri həm enerji, həm də humanitar sahədə gələcək iri siyasi və iqtisadi layihələr regionu kimi nəzərdən keçirir.
    Avropa Azərbaycan kimi ölkələrlə əlaqələri möhkəmləndirməlidir, onları körpülər də adlandırmaq olar. Mən əminəm ki, Bakıda baş tutan konfrans bu istiqamətdə mühüm addım olacaq.

    - Siz Bakıya səfəriniz zamanı Azərbaycan prezidenti ilə görüşdünüz …

    - Bu çox maraqlı və konkret müzakirə oldu. Biz Avropa İttifaqı, Azərbaycanın Aİ ilə yaxınlaşması ilə bağlı məsələləri müzakirə etdik. Biz həmçinin enerji, enerji bazarında inhisar problemlərinin aradan qaldırılması məsələlərinə toxunduq. Eyni zamanda təhsil mövzusunu da müzakirə etdik.



    - Nə üçün məhz təhsil?


    - Təhsil hər bir gələcək məsələnin həllində bir nömrəli mövzudur. Mən Avropa İttifaqının təhsillə bağlı bəzi təkliflərinin yer aldığı xüsusi məktubu dövlət başçısına təqdim etdim. Zənnimcə bu, bir saata yaxın davam edən görüşdə ən maraqlı mövzu oldu.


    - Bəs Avropa İttifaqı nə təklif edir?


    - Şimali Avropa ölkələri ilə əməkdaşlıqla bağlı bir sıra aspektləri.


    - Yeri gəlmişkən, siz Bakı konfransında çıxışınız zamanı Azərbaycanın məhz Şimali Avropa ilə əməkdaşlıq perspektivlərinə ayrıca toxundunuz. Əgər səhv etmirəmsə, siz Azərbaycanın iştirakı ilə bu məsələ üzrə hətta iri tədbir keçirməyi də planlaşdırırsınız?


    - Bəli. Şimali Avropa ölkələrinin paytaxtlarından birində beynəlxalq forumun keçirilməsi ideyası var. Forumun mövzusu Şimali və Şərqi Avropa ölkələri arasında humanitar körpülərin qurulmasıdır. Biz foruma Azərbaycan prezidentini dəvət etməyi planlaşdırırıq. Eyni zamanda, forumun qonaqları arasında Finlandiyanın keçmiş prezidenti Marti Axtisaari və digər fəxri qonaqlar da var.


    - Sevindiricidir ki, bu gün Azərbaycan və Avropa ölkələri arasında əməkdaşlıqda təkcə energetika məsələləri müzakirə olunmur. Sizcə, Azərbaycanın bu gün əsasən enerji ehtiyatları respublikası kimi formalaşan təqdimatını necə dəyişmək olar?


    - İmic üzərində işləri davam etdirmək lazımdır. Əlləri yanına salmadan daim işləmək lazımdır. Həftə ərzində Azərbaycan haqqında informasiyanın olmaması və bir tədbir hesabına informasiya çatışmazlığı problemini aradan qaldırmaq mümkün deyil. Bu işi gündəlik olaraq aparmaq lazımdır. İnformasiya texnologiyaları bu mənada Azərbaycanın Avropada, xüsusilə də Almaniyada lazımi şəkildə təqdim olunması üçün böyük imkanlar açır.


    - Bəs Avropada Dağlıq Qarabağ probleminin təqdimatı ilə bağlı işlər nə yerdədir? Ümumiyyətlə nə qədər avropalının belə bir münaqişənin olmasından xəbəri var?


    - Ermənistan bu məsələdə daima hücum etməyə səy göstərir. Azərbaycanın da siyasəti məhz belə olmalıdır. Daha çox informasiya yaymaq, daha çox müzakirələr aparmaq, problemin tarixi barədə dünyaya daha çox məlumat ötürmək lazımdır. Və burada kütləvi informasiya vasitələrinin də üzərinə böyük məsuliyyət düşür. Belə məsələlər də bir günə həll olunmur. Az da olsa, daima öz məlumatını dünyaya ictimaiyyətinə çatdırmalısan.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 650
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30