Küveyt parlamenti buraxılıb. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, indi 60 gün ərzində ölkədə vaxtından əvvəl seçki keçirilməlidir. 2009-cu ildə seçilmiş parlamentin buraxılmasını xüsusilə müxalifət tələb edirdi. Müxalifət deputatları korrupsiya və siyasi iradəsizlikdə günahlandırır. 6 ildir ki, Küveytdə dərin siyasi böhran yaranıb. İndiki parlament hələ 3 ay bundan əvvəl buraxılsa da, Konstitusiya Məhkəməsinin qərarı ilə fəaliyyətini davam etdirirdi.