BMT TŞ Suriyanın Türkiyəyə bomba atmasını müzakirə edib
BMT Təhlükəsizlik Şurasında Suriyanın Türkiyə ərazisinə bomba atılması müzakirə edilib. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, Təhlükəsizlik Şurasının bəyanatında bildirilir ki, baş verənlər Suriya münaqişəsinin qonşu ölkələr və bütün dünya üçün təhlükə yaratdığının sübutudur. BMT TŞ Suriyanı beynəlxalq qanunvericiliyə əməl etməyə, qonşu ölkələrin ərazi bütövlüyünü təmin etməyə çağırıb.