Ermənistan parlamentində təmsil olunan koalisiya partiyaları sabiq xarici işlər naziri Vardan Oskanyanın deputat toxunulmazlığının götürülməsinə səs veriblər. “KƏLAMİNFO” “ArmTodey”ə istinadən xəbər verir ki, qərarın lehinə 64, əleyhinə 6 səs verilib, 1 bülleten isə etibarsız hesab edilib.