Nyu-Yorka səfərdən sonra İran prezidenti Mahmud Əhmədinejad kinooperatorsuz qalıb. BMT Baş Assambleyasının iclasında prezidenti müşayiət edən Həsən Qol Hanban ölkəyə qayıtmaqdan imtina edərək vəkili vasitəsilə ABŞ-da siyasi sığınacaq istəyib. İran prezidentinin kinooperatorunun yeri məlum deyil. “KƏLAMİNFO” “NEWSru.co.il” istinadən xəbər verir ki, çox güman ki, ABŞ ona siyasi sığınacaq verəcək.