Xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev 1-2 oktyabr tarixlərində “Transmilli Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsi üzrə yeni qətnamənin irəli sürülməsinə hazırlıq məqsədi ilə BMT-nin Nyu-Yorkdakı mənzil qərargahında səfərdə olacaq. Xarici İşlər Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, səfər çərçivəsində Avropa İttifaqı üçün TASİM layihəsinin həyata keçirilmə vəziyyəti üzrə ikitərəfli görüşlər və brifinqin keçirilməsi, eləcə də layihənin icrası ilə bağlı görüləcək işlər barədə müzakirələrin aparılması nəzərdə tutulub.