ABŞ dövlət katibi Hillari Klinton Şərqi Çin Dənizindəki mübahisəli adalar ucbatından münasibətlərində gərginlik yaranan Yaponiya və Çini sakit olmağa çağırıb. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, BMT toplantıları çərçivəsində Nyu-Yorkda olan Klinton Çinin xarici işlər naziri Yanq Jieşi ilə görüşüb. Görüşlə bağlı mətbuata məlumat verən bir amerikalı diplomat Klintonun iki tərəfi də sakitliyə çağırdığını söyləyib: “Yaponiya və Çin sakit sularda dialoq qurmalıdır. İki tərəfin də birlikdə çalışıb təzyiqi düşürmək üçün lazımi imkanları, bacarığı və təmkini var”.