Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Xoşbəxt neftçi
    Yusifzadə Xoşbəxt Bağı oğlu 1930-cu il yanvarın 14-də Bakıda anadan olub.

    1952-ci ildə Azərbaycan Sənaye İnstitutunun mühəndis-geoloq ixtisası üzrə bitirib.
    1952-ci ildə “Neft daşları” NQÇİ-də geoloq, baş geoloq, 1970-ci ildən Dənizdə Neft və Qazçıxarma İstehsalat Birliyində vaş direktorun müavini, eyni zamanda baş geoloq vəzifələrində işləyib.
    1994-cü ildən Azərbaycan Respubliası Dövlət Neft Şirkətinin vistse-prezidentidir.
    1961-ci ildə namizədlik dissertasiyasını müdafiə edib, 1987-ci ildən geologiya-mineralogiya elmləri doktorudur.
    170 elmi əsərin, o cümlədən 17 monoqrafiyanın, 6 ixtiranın müəllifidir.

    İki “Qırmızı Əmək Bayrağı” və “Şərəf nişanı” ordenləri, 1982 və 1991-ci illərdə Azərbaycan Respublikasının Dövlət mükafatları almış, medallar və fəxri fərmanlarla təltif edilmişdir.
    “SSRİ-nin fəxri neftçisi”, “Yer təkinin fəxri kəşfiyyatçısı adlarına layiq görülmüşdür. Azərbaycan Respublikasını Əməkdar mühəndisidir”.
    Beynəlxalq Şərq Neft Akademiyasının akademiki və birinci vitse-prezidenti, Rusiya Beynəlxaq Mühəndislər Akademiyasının müxbir üzvüdür.
    Evlidir, 2 övladı var.
    O, hazırda da respublikanın neft və qaz sənayesinin aktual problemlərinin həllinə yönəlmiş elmi yaradıcılıqla məşğuldur.
    Müstəqil Azərbaycanın ali mükafatları – “İstiqlal”, “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif olunub.

    Təsadüf ona xoşbəxtlik nəsib etdi

    Onun bir çox titulları var. Azərbaycan neftinin canlı əfsanəsi, əməkdar mühəndis, SSRİ-nin fəxri neftçisi, neft sənayesinin korifeyi, görkəmli neftçi-alim, akademik Xoşbəxt Yusifzadə… Əlbəttə, bütün bunları X.Yusifzadə öz dərin zəkası və zəhməti sayəsində əldə edib. 
    X.Yusifzadənin neft sənayesində keçdiyi böyük həyat yolu rəngarəngdir. Ayrı-ayrı illərdə rastlaşdığı təsadüflərin ona qazandırdığı uğurlar müxtəlif illəri əhatə etdiyi kimi onların istiqamətləri də fərqli olub. X.Yusifzadənin həyatında bu kimi məqamlar istənilən qədərdir. Ən başlıcası, neft mühəndisi ixtisasını seçməsində rastlaşdığı təsadüf xüsusi qeyd edilir. Orta məktəbi bitirdikdən sonra xeyli tərəddüdlərdən sonra həkim olmaq istəyir. Lakin Tanrının taleyinə yazdığı qismət onu bu qərarından daşındırır. Qarşılaşdığı növbəti təsadüf onun gələcək fəaliyyəti, adlı-sanlı neftçi olması üçün təməl olur. X.Yusifzadənin rəhbərliyi altında Xəzər dənizində aparılan geoloji-kəşfiyyat işlərinin parlaq nəticələri bütün Azərbaycana bəllidir. 
    X.Yusifzadənin neftçi-alim və peşəkar mütəxəssis kimi topladığı böyük təcrübə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifəsində göstərdiyi səylər nəticəsində daha da zənginləşmişdir. X.Yusifzadə 1994-cü ildən Dövlət Neft Şirkətinin vitse-prezidenti, 2004-cü ildən birinci vitse-prezidentidir. Müstəqil Azərbaycanın neft strategiyasının uğurla həyata keçirilməsində, dünyanın tanınmış neft şirkətləri ilə bağlanmış müqavilələrin gerçəkləşməsində böyük əzmkarlıq göstərir.
    Xəzər dənizinin Azərbaycan sektorunda onun rəhbərliyi və bilavasitə iştirakı ilə 20 neft və qaz kondensat yatağı - “Bahar”, “Günəşli”, «Azəri”, “Çıraq”, “Kəpəz” və digər yataqlar kəşf olunmuşdur.
    Ümummilli lider Heydər Əliyev hər zaman X.Yusifzadə haqqında yüksək fikirlərdə olub. O çıxışlarının birində deyirdi: “Bizim çox hörmətli geoloqumuz - demək olar ki, Azərbaycanda Xəzər dənizini Yusifzadə kimi bilən ikinci adam yoxdur, - deyir ki, Şahdənizdə bir trilyon kubmetrə qədər qaz olacaq”.

    Siz öz sözünüzü qətiyyətlə demisiniz

    X.Yusifzadənin 80 illik yubileyi münasibətilə dövlət səviyyəsində də tədbir keçirildi. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva da mərasimdə iştirak etdilər. Prezident İlham Əliyev mərasimdə çıxış etdi. Dövlət başçısı yubilyarı təbrik etdi, ölkəmizdə zəngin neft-qaz yataqlarının kəşf edilməsi və işlənilməsində, neft emalı sənayesinin inkişafında, Xəzər dənizindəki genişmiqyaslı axtarış-kəşfiyyat işlərinin uğurla həyata keçirilməsində X.Yusifzadənin böyük xidmətlərini xatırlatdı.
    Prezident İlham Əliyev dedi ki, X.Yusifzadənin elmi yaradıcılığı neft və qaz sənayesinin aktual problemlərinin həllinə, neft-qaz geologiyasının inkişafına, yataqların işlənilməsinə və geofiziki axtarış üsullarının təkmilləşdirilməsinə dəyərli töhfə olmuşdur: “Əsrin müqaviləsi”ndən sonra “Şahdəniz” yatağı üzrə kontrakt imzalanmışdır. Bu kontrakt da böyük çətinliklərlə imzalanmışdır, biz bunu yaxşı xatırlayırıq. Azərbaycanın geniş ictimaiyyəti bəlkə də bundan xəbərsizdir, ancaq çox ciddi müqavimət göstərilirdi. Əfsuslar olsun ki, nəinki xaricdən, eyni zamanda, ölkə daxilindən və o vaxt Azərbaycanın rəhbərliyində təmsil olunan bəzi insanlar “Şahdəniz” yatağının işlənilməsinə çox ciddi şəkildə əngəllər törətməyə çalışırdılar. Siz bir peşəkar neftçi, geoloq, alim, mütəxəssis kimi öz sözünüzü qətiyyətlə demisiniz. Mən bunu çox yaxşı xatırlayıram, ulu öndər Heydər Əliyevin yanında keçirilmiş iclasda Azərbaycan Dövlət Neft Şirkətinin bütün rəhbərləri öz sözünü demişlər. Ancaq sizin sözünüz səslənən o başqa fikirlərdən bəlkə də daha da vacib idi. Çünki siz dünya şöhrətli alimsiniz və ulu öndər Heydər Əliyev sizin sözünüzə çox inanırdı. Mən də sizin sözünüzə həmişə inanmışam və onu da xatırlayıram ki, müəyyən müddət bundan əvvəl bəzi xarici şirkətlərin təkliflərinə də siz öz iradlarınızı bildirmisiniz. Sübut etməyə çalışmısınız ki, qazılacaq quyular üçün onların seçdiyi yer məqbul deyildir. Əfsuslar olsun ki, həyat bunu göstərdi. Sizə qulaq asmadılar və qazdıqları quyular boşa çıxdı. Ancaq həmin yataqlar bu gün yenə xarici şirkətlər tərəfindən işlənilir, bir neçə ildən sonra da işlənəcəkdir. Bu yataqlara maraq vardır. Ona görə ki, biz hamımız bilirik, həmin yataqlarda həm neft, həm də qaz vardır.”
    Prezident İlham Əliyev Azərbaycanda neft sənayesinin və elminin inkişafında böyük xidmətlərinə görə Xoşbəxt Yusifzadəyə “Şərəf” ordenini təqdim etdi. X.Yusifzadənin “Şərəf” orden ilə təltif olunması ilə bağlı sərəncamda bildirilir ki, ölkəmizdə zəngin neft-qaz yataqlarının kəşf edilməsi və işlənməsində, neft sənayesi və elminin inkişafında, Xəzər dənizindəki genişmiqyaslı axtarış-kəşfiyyat işlərinin uğurla həyata keçirilməsində X.Yusifzadənin böyük xidmətləri var.

    Diqqət və qayğıya görə minnətdaram

    Mərasimdə çıxış edən X.Yusifzadə diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıq etdi. Ulu öndər Heydər Əliyev ilə olan xatirələrini yada salan X.Yusifzadə ümummilli liderin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında bundan sonra da ölkəmizin inkişafı üçün əzmlə çalışacağını söylədi: “Mən bu gün ulu öndər Heydər Əliyevin ruhu qarşısında baş əyirəm. Mən həyatda nə əldə etmişəmsə, nəyə nail olmuşamsa, Heydər Əliyevin diqqət və qayğısı sayəsində nail olmuşam. O, məni 1970-ci ildə Dəniz Birliyində müavin təyin edib. Ondan sonra həyatım boyu onun rəhbərliyi altında işləmişəm. Ayrı-ayrı mərasimlərdə mənim haqqımda xoş sözlər deməyi, işimi qiymətləndirməyi, hərdən mənimlə zarafat da etməyi, doğrudan da məndə həmişə ruh yüksəkliyi yaradıb, məni canla-başla işləməyə ruhlandırıb. Cənab Heydər Əliyevin haqqımda dediyi sözləri təkrar etmək istəmirəm. Ancaq bir-iki məqamı yada salmaq istərdim: 70 yaşım olanda mənə zəng etdi. Onun birinci cümləsi belə oldu: “Xoşbəxt, sən də qocaldın”. Ondan sonra 6-7 dəqiqə ərzində mənə elə xoş sözlər dedi ki, indiyədək xatırlayıram, nə qədər ömrüm var yadımdan çıxmayacaq. Mən ulu öndər haqqında həmişə çox gözəl, çox yaxşı fikirlərdə olmuşam. Onun respublikamız üçün, neft sənayemiz üçün gördüyü işlər əvəzsizdir. Cənab Prezident İlham Əliyevin bir yaxşı sözü var, hansı rayona gedirsə, tikintiləri, müasir kompleksləri göstərib deyir: Bunları özünüz görürsünüz, daha mən sizə nə danışım. Cənab Heydər Əliyev də o qədər gözəl işlər görüb ki, onların hamısının nəticəsini biz indi görürük. İndi bizim respublika keçmiş sovet respublikaları arasında ən qabaqcıl ölkələrdən biridir.
    Mənim ikinci xoşbəxtliyim onda oldu ki, cənab İlham Əliyev prezident seçildi. Cənab İlham Əliyev ulu öndər Heydər Əliyevin siyasətini, gördüyü işləri davam etdirməklə bərabər, eyni zamanda, onun mənə olan münasibətini də davam etdirdi. İndiyəcən də davam etdirir. Amma bir balaca fərq ondadır ki, cənab Heydər Əliyev həmişə ali vəzifədə olub, rəhbər olub. Ancaq cənab İlham Əliyev ilə həmkar olmuşuq, bir yerdə işləmişik, 9 il qonşu olmuşuq. Qonşu da deyirəm, bağ qonşusu yox, işdə qonşu olmuşuq. Ona görə də həmişə məsləhətləşmişik, bir-birimizə kömək etmişik. Cənab İlham Əliyev bizim şirkətə təzə gələndə, bilirsiniz, xarici işlər üzrə vitse-prezident təyin olunmuşdu. Biz elə hesab etdik ki, o, ancaq xarici işlərlə məşğul olacaq, daha ayrı işlərlə - neftlə, qazla bir o qədər də məşğul olmayacaqr. Bir-iki ay keçdi, gördük ki, cənab İlham Əliyev neftdən, qazdan təklif verir. Doğrusu, yarım il keçəndən sonra bizdə elə təsəvvür yarandı ki, cənab İlham Əliyev şirkətdə yarım il deyil, 15-20 ildir işləyir. Qısa vaxtda neft-qaz işinin incəliklərinə elə yiyələndi ki, sanki, çoxdanın neftçisi idi, elə bil uzun illərdir bizimlə bir yerdə işləyir. Bizimlə bir yerdə 9 il işləməyin, neft sənayesinin bütün problemlərini dərindən bilməyin nəticəsidir ki, indi də neft məsələsi ilə bağlı ortaya bir problem çıxan kimi dərhal həll olunur.”
    Mərasimdə X.Yusifzadənin həyat yoluna həsr olunmuş film nümayiş etdirildi.
    Bəli, X.Yusifzadə bu gün də yorulmadan çalışır, elm və istehsalat sahəsində öz səmərəli fəaliyyətini davam etdirir: “Hələ ki yaşayır, çalışır, düşünür, sözümu deyirəm və hərdən bu barədə fikirləşəndə yadıma dünyagörmüş kişilərin sözü düşür: Biz əlimizdən gələni, bacardığımızı etdik, qoy bizdən sonra gələnlər onlara etibar edilən işləri bizdən də yaxşı görsünlər!”

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 930
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30