Suriya hakimiyyəti üsyançılara qarşı seksual zorakılıqlardan istifadə edir
Suriya hakimiyyəti həbsdə olan üsyançılara qarşı seksual zorakılıqlardan istifadə edir. “KƏLAMİNFO” CNN-ə istinadən xəbər verir ki, bunu beynəlxalq hüquq müdafiə təşkilatı “Human rights Watch” bildirib. Keçmiş məhbuslar bildiriblər ki, həbsdə olan üsyançılara işgəncə verilir, onlar zorlanırlar. Bu həm kişilərə, həm də qadınlara qarşı törədilir. BMT-nin insan haqları üzrə ali komissarı Navi Pillay bildirib ki, Suriya hökumətinə qarşı olan ittihamlar Beynəlxalq Cinayət Məhkəməsində araşdırılmalıdır.