“Əl-Qaidə”nin yüksək rütbəlilərindən biri öldürülüb
Pakistanda ABŞ-ın pilotsuz təyyarəsinin zərbələri nəticəsində “Əl-Qaidə”nin yüksək rütbəlilərindən biri və 4 yaraqlı öldürülüb. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, adının açıqlanmasını istəməyən kəşfiyyat rəsmilərinin məlumatına görə, Əbu Kaşa əl-Iraqi Şimali Vəziristanda öldürülüb.
Əfqanıstanla sərhəddə olan Şimali Vəziristanda “Əl-Qaidə” ilə əlaqəli yaraqlıların düşərgələrinin olduğu ehtimal edilir.