Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Afrika dövlətlərinin gənc mütəxəssislərinin Azərbaycana səfəri təşkil olunacaq
    Azərbaycanın Misirdəki səfirliyi və Afrika İttifaqı yanında müşahidə missiyası və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə 23-29 sentyabr tarixlərində Afrika İttifaqının rəhbərliyi altında Afrika dövlətlərinin gənc mütəxəssislərinin Azərbaycana səfəri təşkil olunacaq. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Misirdəki səfirliyimizdən veriblər.
    Bu səfərdə Afrika İttifaqı Komissiyasının əməkdaşları və Efiopiya, Kamerun, Misir, Benin, Svazilend, Keniya, Sudan, Cənubi Afrika Respublikası, Qabon, Ruanda, Zimbabve, Mozambik, Zambiya, Liberiya, Nigeriya, Qambiya və Qabonun nümayəndələrindən ibarət 19 nəfər iştirak edəcək.

    Səfərin təşkil olunmasında məqsəd Azərbaycanda həyata keçirilən uğurlu gənclər siyasəti və onun tərkib hissəsi olan gənclərin məşğulluğu, sağlamlığı və təhsili kimi proqramlarla tanış olmaq, Azərbaycanın bu sahədə zəngin təcrübəsini öyrənmək, Azərbaycanın gənclər təşkilatları ilə əlaqələr qurmaq və gələcək birgə əməkdaşlıq sahələrini müəyyən etməkdən ibarətdir. Səfər müddətində Afrika İttifaqının nümayəndə heyətinin Gənclər və İdman Nazirliyi, Strateji Araşdırmalar Mərkəzi, Dövlət Neft Fondu, Azərbaycan Diplomatik Akademiyası, Azərbaycan Gənclər Fondu, “İrəli” ictimai birliyi, Azərbaycan Gənclər Təşkilatlarının Milli Şurası və “Böyuk İpək Yolu” beynəlxalq gənclər təşkilatında görüşləri nəzərdə tutulub.
    Azərbaycanın təcrübəsində Dövlət Neft Fondunun fəaliyyəti və neftdən gələn gəlirlərin şəffaf və səmərəli idarə edilməsi mexanizmi və ölkəmizin Mədən sənayesində şəffaflıq təşəbbüsündə aparıcı rolu Afrika gəncləri tərəfindən xüsusi maraqla qarşılanıb və bu qurumda görüşlərin və ətraflı təqdimatların təşkil olunması xüsusilə xahiş olunub.
    Azərbaycan Respublikası 2011-ci ildən etibarən Afrika İttifaqı yanında müşahidəçi statusu əldə edib. O vaxtdan etibarən Azərbaycan ilə Afrika İttifaqı arasında siyasi, elm-təhsil, gənclər və humanitar sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi prosesi başlayıb.
    Afrika İttifaqı ilə inkişaf edən əlaqələrimizin tərkib hissəsi kimi bu səfərdən sonra oktyabr ayında Afrika İttifaqının insan resursları, elm və texnologiyalar üzrə komissarı Jan Piyer Onvehun Ezin Azərbaycana səfər edəcək.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 426
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30