Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Nəhcul fəsahə
    Mələk (12)  474

    1. Elmi axtarın, əgər Çində belə olsa, çünki elmi axtarmaq və öyrənmək bütün müsəlmanlara vacibdir. Mələklər öz qanadlarını elm öyrənənlərin ayaqları altına sərərlər. Çünki onlar axtardığı şeyi bunlar sevirlər. (324)
    2. Həqiqətən mələklər elm əhlinin axtardıqlarına ruzi olduqları üçün qanadlarını onların ayaqları altına sərərlər. (830)
    3. Allah-Təalanın yer üzündə mələkləri vardır ki, insanların dilində onlarla danışır, onların yaxşı və pisliklərindən xəbər verirlər. (897)
    4. Həqiqətən Allahın bir mələyi vardır ki, namaz vaxtı nida edər: İnsanlar, qalxın! Özünüz üçün yandırdığınız odu namazlarınızla söndürün. (898)

    5. Ölüm mələyinin can alması min qılınc zərbəsindən çətindir. (möminlərdən başqa.) (2286)
    6. İnsan gərək özünün iki mələyindən ki, həmişə onunladır, həya etsin necə ki, qonşusunda olan saleh kişilərdən həya edər. Çünki mələklər gecə-gündüz onunladır. (2372)
    7. Hər dəfə ki, günəş çıxır, iki mələk hərəsi bir tərəfdən deyər: Ey bizim Allahımız nəfəqə (əl tutmaq) və sədəqə verənin əvəzini ver, paxıl adamınsa bəlasını ver. (2566)
    8. Mələklər sizin oyunlarınızın (at sürmək və güləşməkdən başqa) heç birisində iştirak etmirlər. (2631)
    9. Hər insanın başında bir hikmət vardır ki, mələyin əlindədir. İnsan təvazü etdikdə mələyə deyilər ki, onun hikmətini artır və qaldır. Təkəbbür etdikdə isə mələyə deyilər onun hikmətini batır. (2660)
    10. Hər kim elm öyrənmək üçün evindən xaric olsa mələklər onların əməllərindən razı olduqları üçün qanadlarını gedib-qayıdana qədər onların üstündə açarlar. (2669)
    11. Hər kəs eybli bir şeyi satsa və eybini deməsə, həmişə Allahın düşməni olar, mələklər həmişə ona lənət oxuyarlar. (2932)
    12. Mömin Allah yanında bəzi mələkdən əzizdir (artıqdır). (3109)
            Fürsət (4)  475

    1. Altı şey baş verməmiş yaxşı əməl üçün fürsəti qənimət sayın: Səfehlərin başçı olmasını; alverdə çoxlu şərtlərin olmasını; mənsəb və vəzifələrin satılması; qan tökülməyin kiçik sayılması; qohumlarla əlaqənin kəsilməsi; təzə öyrənənlər ki, Quranı avazla oxuyarlar, birini imam təyin edərlər ki, onlar üçün ğına (səsi dolandırmaqla) oxuya, əgər onun elmi az da olsa. (yəni bu altı şey baş verməmiş fürsəti qənimət say).
    2. Fitnələr zülmət qaranlıqlar kimi hər yeri tutmamışdan yaxşı əməl üçün fürsəti qənimət say. Belə halda insan sübh mömin və axşam kafir olar. Belə ki, o zaman mömin dinini dünyanın dəyərsiz şeylərinə satar. (1075)
    3. Hər kimə xeyir qapısı açılsa, fürsəti qənimət saysın, çünki bilmir o qapı nə vaxt bağlanacaq. (2878)
    4. Allahın nemətlərinin qədrini bilin, onu özünüzdən uzaqlaşdırmayın. Çünki çox vaxt olur ki, biz qövmdən nemət gedəndən sonra onlara qayıtsın. (97)
            Alver (8) 476

    1. Hər kəs ev sata və o qiymətə uyğun ev almasa ona mübarək olmaz. (2931) 2. Hər kəs eybli bir şey sata və deməyə, həmişə Allahın düşməni olar və mələklər həmişə ona lənət oxuyar. (2932) 3. Hər kəs zərurət və ehtiyac olmadan evini satsa, Allah tələf edəni göndərər ki, onun qiymətini tələf etsin. (2933)
    4. Hər kim alverdən peşman olanın işini qəbul etsə, Allah-Təala onun günahlarını bağışlayar. (2860)
    5. Hər bir bəndə ki, fasid (eybli) bir şey satsa, Allah tələf edəni onun evinə müsəllət edər. (2684)
    6. Allah o bəndəyə rəhm etsin ki, satanda, alanda, dəyərini  ödəyəndə və almaq istəyəndə yüngül tuta – münasib qiymətə razılaşa. (1655)
    7. Üç adamla Allah-Təala qiyamət günü danışmaz və onlara baxmaz: Yalandan and içənə ki, malı öz həqiqi qiymətindən baha alıb. Yalandan and içənə ki, başqasının malını istifadə edə, kişi ki, bol suyu ola, içə ki, başqasının malını istifadə edə, kişi ki, bol suyu olaraq başqasına verməyə, Allah buyurar indi mən öz kərəmimi səndən kəsərəm, necə ki, sən də zəhmətin olmadan əlində olan artıq malı başqalarından əsirgədin. (1235)
    8. Üç şey bərəkətə səbəb olar: nisyə satış, biri-digərinə borc vermək, işlətmək üçün buğdaya arpanı qatmaq (amma satmaq üçün olmaz). (1260)
            Paxıl, alçaq və pis insan. (4) 477

    1. Kişilər dörd qismdir: səxavətli, kərim, paxıl və ləim. Səxavətli o kəsdir ki, özü də yeyə, başqasına da verə. Kərim odur ki, özü yeməyə, başqasına verə. Paxıl odur ki, özü yeyə, başqasına verməyə. Ləim odur ki, nə özü yeyə, nə də başqasına verə. (1685)
    2. Sizin ən yaxşılarınız ailə ilə yaxşı davrananlardır. Mən sizin hamınızdan ailəm üçün yaxşıyam. Böyük kişilər və kərimlər öz qadınlarını möhtərəm sayarlar. Alçaq və ləimlər öz qadınlarını xar edərlər. (1520)
    3. Dünyapərəst kişilər alçaq oğlu alçaqlardır. (2477)
    4. Mömin şərif və kərimdir. Facir – aşkarda günah edən, yalançı və alçaqdır. (3087)
    Fəsad, pozğunluq və əyyaşlıq (5) 478

    1. Allah-Təala məsləhətli yalanı sevir. Amma fitnə-fəsad yaradan doğrudan bezardır. (782)
    2. İstəyirsinizmi, sizə orucdan, namazdan, sədəqədən yaxşı olan bir şeydən xəbər verim? Bu, iki nəfərin arasını düzəldib barışdırmaqdır, çünki insanlar arasında fəsad fəlakət deməkdir. (458)
    3. Ürək padşahdır ki, özünün qoşunu vardır. Şah saleh olsa, qoşunu da saleh olar. Şah fasid olsa, qoşunu da fasid olar. (2110)
    4. Hər bəndə fasid şey satsa, Allah-Təala tələf edəni ona müsəllət edər. (2684)
    5. Hər kəs elmsiz əməl etsə, sanki islah edib düzəltmək əvəzinə fasid edib xarab edər. (3058)
    Fəzilət, böyüklük və üstünlük. (4) 479

    1. Ən böyük fəzilət budur ki, səninlə əlaqəsini kəsənlə sən əlaqəni kəsməyəsən, səni məhrum edənə sən kəramət edəsən, sənə zülm edəndən keçəsən (bağışlayasan). (413)
    2. Fəzilət əhli fəziləti tanıyar. (955)
    3. Allahın fəzilətindən özünüz üçün istəyin. Allah sevir ki, ondan istəyəsən. Əməllərin ən fəzilətlisi fərəci (qələbə, qurtuluş) gözləməkdir. (1740)
    4. Heç kim heç kimdən artıq deyil. Dini, əməli və salehliyindən başqa. (2405)
        Fitrət, təbiət (insanın) (1) 480

    1. Əgər eşitsəniz, dağ yerindən hərəkət edib, inanın. Amma əgər eşitsəniz bir kəs öz xasiyyətindən əl götürüb, inanmayın. Çünki axırı hər kəs öz fitrətinə qayıdacaq. (215)
    Fəqir (miskin) (33) 481

    1. Fəqirlərlə dostluq edin, çünki onların qiyamət günü böyük dövləti olacaq. (29)
    2. Dörd şeyin azı da çoxdur: fəqirlik, dərd, düşmənçilik, od. (252)
    3. O zaman ki, görsəniz Allah fəqr (yoxsulluq) və xəstəliyi bir bəndəsinə versə, istəyir ki, onu saflaşdırsın. (211)
    4. Allaha pənah aparın, fəqirlikdən və ailə çoxluğundan və ya zülm edəsiniz, ya zülmə dözəsiniz. (278)
    5. Bütün bədbəxtlərdən ən bədbəxti o kəsdir ki, dünya fəqirliyi və axirət bədbəxtliyi ikisi də onda ola. (311)
    6. Behiştə baxdım gördüm ki, camaatın çoxu fəqirlərdir, cəhənnəmə baxdım və gördüm ki, camaatın çoxu qadınlardır. (331)
    7. Allah-Təala buyurur: Ey Adəm övladı, öz vaxtını mənə ibadətə sərf et ki, sənin sinəni (qəlbini) ehtiyacsızlıqla doldurum və fəqirliyi səndən uzaqlaşdırım. Əgər belə etməsən səni bərk dünya ilə məşğul edərəm və fəqirliyi səndən uzaq etmərəm. (774)
    8. Allah-Təala mömin, fəqir, iffətli və əhli-əyali çox olan bəndəsini sevir. (753)
    9. Allah qoca zinakarı, varlı zalımı, təkəbbürlü fəqiri düşmən tutur. (795)
    10. Təvazökar olun, fəqirlərlə oturun ki, Allahın yanında böyük olasınız, təkəbbürdən uzaq olun. (1186)
    11. Üç şəxslə Allah-Təala qiyamət günü danışmaz və onların əzabı çətin olacaqdır: zinakar qoca, yalançı padşah, təkəbbürlü fəqir. (1236)
    12. Üç adama Allah-Təala qiyamət günü baxmaz: qoca zinakar; o adam ki, andı öz qazancı və sərmayəsi qərar verərək, haqq və batildə and içir; təkəbbürçü və məğrur fəqir. (1238)
    13. Üç adama Allah-Təala qiyamət günü baxmaz, onları pak etməz, dərdli əzabları olar: qoca zinakar; təkəbbürlü fəqir; o adam ki, Allahı öz sərmayəsi qərar verib, yalnız and içməklə alver edir. (1240)
    14. Fəqirlərlə oturmaq təvazünün əlamətlərindəndir. (1322)
    15. Ən yaxşı o mömindir ki, fəqirdir və öz qüdrətindən nəfəqə və sədəqə verir. (1501)
    16. Fəqirin ovcuna bir şey qoy, atılmış nal belə olsa. (1891)
    17. Fəqr (yoxsulluq) əmanətdir, hər kəs onu örtsə ibadətdir. (2063)
    18. Fəqirlik camaat arasında zəbunluqdur. Qiyamət günü isə Allah yanında zinətdir. (2064)
    19. Fəqirlik insanı bəzən küfrə çəkər. (2114)
    20. Hər şeyin kilidi vardır, behiştin kilidi fəqirləri sevməkdir. (2262)
    21. Ey fəqirlər, əgər bilsəniz ki, sizin üçün nə əmanət qoyulub, sizdə olmayan şeyin qəmini çəkməzdiniz. (2324)
    22. Ey fəqirlər, əgər bilsəniz Allah yanında nələriniz var, sevərsiniz ki, fəqirliyiniz və hacətiniz (istəkləriniz) çox olsun. (2325)
    23. Özünüz yemədiyiniz şeyi fəqirlərə yedirtməyin. (2456)
    24. Əgər fəqirlərin yalanı olmasaydı, kim onları naümid etsəydi, təriflənməzdi (yəni onlara yaxşı deyilməzdi).  (2360)
    25. Mömin fəqirlərə müjdə ver ki, qiyamət günü varlılardan beş yüz il tez işləri qurtarar. Onlar behiştdə nemət içində olarlar, varlılar isə hesab verəcəklər. (2369)
    26. Fəqirlik o deyildir ki, camaat arasında gedib-gələ, bir iki loxma çörək və ya xurma ona çata. Fəqir odur ki, bir şeyi yoxdur və ona diqqət olunmur ki, sədəqə versinlər və özü də istəyə bilməsin. (2386)
    27. Sizin üçün fəqirlikdən qorxmuram. Sizin üçün xətadan qorxmuram. Bəlkə bilə-bilə bir şeyi etməkdən qorxuram. (2612)
    28. Varlı olanda orta səviyyəli olmaq nə yaxşıdır. Fəqir vaxtı orta səviyyəli olmaq nə yaxşıdır. İbadətdə orta səviyyə nə yaxşıdır. (2608)
    29. Hər kəs orta səviyyəni saxlasa fəqir olmaz. (2601)
    30. O kəs ki, varlı olaraq bəxşiş verir, onun mükafatı bəxşiş alandan artıq deyil. Əlbəttə əgər möhtac olsa. (2601)
    31. Hər kəs özünü fəqirliyə vursa, fəqir olar. (2757)
    32. Mənim ümmətim üçün bir zaman gələr ki, fəqirlər çoxalar və fəqih-alimlər azalar, elm götürülər və hərc-mərclik çoxalar. Ondan sonra bir zaman gələr ki, mənim ümmətimdən bəzi kişilər Quran oxuyar ki, boğazlarından yuxarı getməz. Ondan sonra bir zaman gələr ki, Allaha müşrik olan, möminlə mücadilə və mübahisə edər və onun kimi söz deyər. (1755)
    33. Allah-Təala zalım varlını, nadan qocanı və təkəbbürlü fəqiri sevməz. (739)
    Fəqih (şəriət hökmlərinə alim olmaq) (15)   482

    1. Hər şeyin əsası vardır, bu dinin əsası bilik və fiqhdir. Bir fəqih və alim şeytan üçün min abiddən daha pis və xətərlidir. (890)
    2. Hər şeyin sütunu vardır, bu dinin sütunu fəqihlikdir. (2260)
    3. Dinin afət və bəlası üç şeydir: pis əməl sahibi olan alim, zalım rəhbər və cahil müctehid (alim). (4)
    4. İnsanların ən yaxşısı o kəslərdir ki, Quranı yaxşı oxuyarlar, din işində hamıdan daha fəqih və alim olarlar, Allahdan daha çox qorxarlar, yaxşılığa daha çox əmr edərlər, pisliyin daha çox qabağını alarlar və öz qohumlarıyla daha çox yaxın olarlar. (1499)
    5. Bir fəqih-alim şeytan üçün min abiddən daha çətindir və ağırdır. (2058)
    6. Sizin aranızda o kəsin İslamı daha yaxşıdır ki, əgər fəqih olsalar ən yaxşı əxlaqları olanlardır. (1518)
    7. Heç bir ibadət, din işində fəqih və alim olmaqdan fəzilətli ola bilməz. (2577)
    8. Hər kimə Allah bir yaxşılıq istəsə, onu din işlərində fəqih və alim edər. (2794)
    9. Məişətini yaxşılaşdırmaq kişinin elmindəndir. Sənin məişətini yaxşılaşdırmağı axtarman dünyapərəstlik deyil. (3047)
    10. Allah, o kəs ki, bizdən söz eşidir, yadda saxlayır ki, başqasına çatdırsın, kömək etsin. Çox insanlar vardır ki, elmi özündən də alimə çatdırar. Çox elmi daşıyanlar vardır ki, alim deyillər. (3125)
    11. O qəlb ki, orada hikmət olmasa xarab ev kimidir. Belə isə elm öyrənin və öyrədin. Fiqh öyrənin və cahil ölmayın ki, Allah cahildən keçmir. (2095)
    12. Az elm çoxibadətdən yaxşıdır. Kişinin elmi bu qədər kifayət edər ki, Allaha pərəstiş etsin və kişinin cahilliyində bu kifayət edər ki, öz fikir və rəyini daha çox bəyənsin. Camaat iki cırdır, mömin və cahil. Mömini incitmə, cahilin də haqqını tapdalam. (2096)
    13. Çox insanlar vardır ki, elmi gəzdirir, amma alim deyildir. Hər kəsin elmi ona fayda verməsə, nadanlığı ziyan verər. (1644)
    14. Əgər Quran oxumaq səni pis işdən saxlayırsa, onu oxu. Amma əgər səni pis işdən saxlamırsa, sən həqiqətən Quran oxumursan. (424)
    15. Bir kəs ki, elmsiz ibadət etsə, dəyirman ulağı kimdir. (3100)
    Fikr (5)  483

    1. O zaman ki, acları və təfəkkür əhlilərini gördünüz onlara yaxınlaşın, çünki hikmət onların dillərinə cari olar və axar. (209)
    2. Bir saat fikirləşmək altımış ilin ibadətindən yaxşıdır. (2059)
    3. Pis fikirləşmək əgər sözə və əmələ keçməsə bağışlanır. (3171)
    4. Allahın nemətlərində təfəkkür edin. Amma Allahın zatında fikirləşməyin. (1170)
    5. Xəlq haqqında fikirləşin, Xaliq haqqında fikirləşməyin ki, onun yatına yetişə bilməzsiniz. (1171)
    Naümidlik (14) 566

    1. Namazı qorxu ilə qıl (vida namazı kimi) sanki sən Allahı görürsən. Əgər sən də görməsən, səni görür. İnsanların əlində olan şeydən naümid ol ki, ehtiyacsız yaşayasan üzr istəyəcəyin şeydən uzaq ol. (1844)
    2. Allahımız bəndələrin naümidliyindən təəccüblənir. (1890)
    3. İnsanların əlində olan şeydən naümid ol. Tamahdan uzaq ol ki, hazır fəqirlikdir. (1959)
    4. Pis əməl sahibi ki, Allahın rəhmətinə ümidi vardır məyus abiddən Allaha daha yaxındır. (2062)
    Zəif və aciz (6)

    1. İstəyirsən sənə behişt padşahından xəbər verim? Zəif, gücsüz, las geyinən bir kişi ki, heç kəs ona etina etmir. Əgər and içsə ki, bir şey olacaq Allah onun andını düz edər. (457)
    2. üç kəs, üç kəsdən intiqam almasın. Azad quldan, alim cahildən, qüdrətli zəifdən. (1237)
    3. Üç şey kimdə olsa Allah ona pənah verər və behiştə aparar. Zəifi yola vermək, ata-ana ilə mehriban olmaq, əlinin altındakılara yaxşılıq etmək. (1282)
    4. Hər şey qədərlədir, hətta acizlik və huş. (2148)
    5. Huşyar odur ki, özünü idarə edir və ölümündən sonraya əməl edir. Aciz və zəif odur ki, öz nəfsi həvəslərinə tabeçilik edir və Allahdan uzun arzular edir. (2197)
    6. Sizin böyüklərinizin həlakəti ondan idi ki, mötəbər oğruları  buraxırdılar, zəif oğruları cəzalandırırdılar. (943)
    Ərəb və farscadan tərcümə etdi:

    Qazi Hacı Mirəziz Seyidzadə 

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 818
    +  -  Çap 

    08.05.14
    Təcnislər
    08.05.14
    Müstəzadlar
    08.05.14
    Saqinamə
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30