Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Peyğəmbərin şeytanla mükaliməsi
    Min həqqül Arifin və Meracül - Abidin kitabında rəvayət olunur: «Bir gün Həzrət Rəsulu Əkrəm Ümmi Sələmənin evində səhabələrlə oturub öz işlərini təhlil edirdi. Nagah qapı döyüldü.
    -  Həzrət soruşdu: Qapını döyən kimdir?
    - Qapıda duran sahib dedi: Ey Allahın Rəsulu! Allah və onun Rəsulu bilər.
    - Şeytandır, buraxın gəlsin.

    O ləin daxil oldu və salam verdi, amma bir kəs salamın cavabını almadı.
    - Ey Allahın Rəsulu! And olsun Allaha ki, sən doğruluq ilə Peyğəmbərliyə göndərilibsən. Mən sizin yanınıza öz ixtiyarım ilə gəlməmişəm. Allahın hökmü və mələklərin nəzarəti altında gəlmişəm. Gətirilmişəm ki, nə soruşsanız düz cavab verim və Allah-Təala öz zatı pakına and içib ki, əgər bir kəlmə yalan desəm, məni yerlə yeksan edəcək.
    - Ey biçarə! Nə üçün Həzrət Adəmə (ə) səcdə etmədin ki, həmişəlik behişt əlada qalasan?
    - Ey Allahın Rəsulu! Adəmə təkəbbürlüyümdən və mənəm-mənəmliyimdən səcdə etmədim, dedim mən oddan yaranmışam, Adəm torpaqdan.
    - Kimi dünyada düşmən tutmusan?
    - Ey Allahın Rəsulu səni.
    - Nə üçün?
    - Ona görə ki, mən sənin ümmətini əziyyətlə yoldan çıxarıram. Sən isə Qiyamət günündə onlara şəfaət etməklə mənim zəhmətimi hədər edəcəksən. Çünki onların Cəhənnəmdə yanmaları mənim rahatlığımdır.
    - Sonra kimi düşmən tutursan?
    - O cavanları ki, Allaha tabe olur, cavanlıq vaxtında pis işlərdən tövbə edir, ata-anasına, ağsaqqal, ağbirçəklərə hörmət edirlər.
    - Daha kimlər?
    - O alimləri ki, elmlərinə əməl edirlər. O fəqirləri düşmən tuturam ki, öz fəqirliklərinə dözüb səbr edirlər. O şəxsləri düşmən tuturam ki, daim dəstnamazdı olur, Quran oxuyur, Quranın hökmünə əməl edirlər və həccə gedirlər. Elə hesab edirəm ki, onlar mənim özümü zəncirləyiblər. Onlara qarşı heç bir əksüləməl edə bilmirəm. Həmçinin o şəxsləri düşmən tuturam ki, oruc tutmaqla bərabər fəqirlərə də əl tuturlar. Elə hesab edirəm ki, o şəxslər məni parça-parça edirlər.
    - Mənim ümmətimin təsəddüq verməyinə necə baxırsan?
    - Sənin ümmətinin təsəddüq verənlərinin ruzisi bol və bərəkəti artıq, ömrü uzun olar. Təsəddüq vermənin bir xasiyyəti də yoxsulluğu aradan götürər, dövləti artırar. Təsəddüq verən şəxsin yaxşılıq tərəzisi ağır olar. Təsəddüq verən şəxsi Allah bəladan saxlar. Təsəddüq verən şəxsin özü ilə od arasında pərdə olar. Təsəddüq verən dünyadan iman ilə gedər.
    - Ey ləin! Mənim əmim oğlu və vəsim Əmirəl möminin haqqında nə deyirsən?
    - Haşa ki, mən hələ o Həzrəti tanımamışam.
    - Dostların kimlərdir?
    - Ey Allahın Rəsulu! Namazı yüngül hesab edənləri və adamlar arasında qeybət edib, söz gəzdirənləri.
    - Sənin yoldaşların kimdir?
    - Ey Allahın Rəsulu! Yalan danışanlar.
    - Sənin damadların kimdir?»
    - Zinakarlar.
    - Sənin vəkilin kimdir?
    - Mənim vəkillərim tərəzidə artıq alıb, əskik satanlardır.
    - Sənin xəzinədarın kimdir?.
    - O şəxslər ki, zəkat vermir.
    - Sənin yaxın adamların kimdir?
    - O adamlar ki, yaxşılıqları üzə deyir, pislikləri dalda.
    - Sənin üzünü kim qara edir?
    - O şəxslər ki, tövbə - istiğfar edir, hesab elə ki, mənim başımı sındırır.
    - Sənin gözlərini kor, qulağını kim kar edir?.
    - O şəxslər ki, Allahı çox zikr edir.
    - Sənin yanında kim əzizdir?
    - Sənin övladlarını düşmən tutanlar.
    - Hansı tayfaya tez əl tapırsan?.
    - Zənənlərə - qadınlara.
    - Elə zənən - qadın var ki, sən ona əl tapmayasan?.
    - Onlar 4 nəfərdir - İsanın anası Məryəm, Fironun əyalı Asiyə, sənin hərəmin Xədicə və qızın Fatimə.
    - Ən pis günah hansıdır?.
    - Günah kəbirə - həsəd və paxıllıq. İnsanların dinini xarab etmək.
    - Həzrət buyurdu: Ey səhabələr, keçmiş peyğəmbərlərin ümməti bu 4 şeyə görə həlak oldu.
    - Ey Allahın Rəsulu! Mənəmlik çox böyük günahdır. Mən mənəmlik etdim, Adəmə səcdə etmədim və 300 il zəhmətim - ibadətim hədər getdi və Qiyamətə qədər Allah və bəndələrin lənəti mənə gəldi, o da mənəm-mənəmlikdən oldu. Ey Allahın Rəsulu! Qabil Habili öldürdü. Odur ki, Allah peyğəmbərləri girami tutub, məxluqlardan seçib və onların dərəcələrini uca edib. Əgər sənin ümmətindən tövbə etmək olmasaydı mənim heç bir dərdim olmazdı və bilərdim ki, hamısı cəhənnəmdədir. Yüz min əzabla, çətinliklə onları yoldan çıxarıram, amma onlar tövbə edərək tamam zəhmətimi hədər edirlər.
    Həzrət qəmgin oldu və buyurdu: Ey səhabələr vay olsun o hümmətə ki, onlar dünyadan tövbəsiz gedirlər.
    - Həzrət soruşdu: Ey İblis! Peyğəmbərin hansılarına müxalif olubsan?
     - Ey Allahın Rəsulu! Əvvəl Həzrət İbrahimə (ə) dedim ki, adam belə oğulu kəsməz. Dedi, sən şeytansan. Sonra İsmayıla dedim. O da dedi sən şeytansan. Sonra Yusifin qardaşlarına dedim: Yusif şah olacaq, siz ona möhtac olacaqsınız. Yusif məni tanıdı və dedi: Ona inanmayın, o iblisdir. Sonra Musaya vəsvəsə eylədim. Qibtini öldürdü. Sonra İsanın yanına getdim və dedim: Ey Allahın Rəsulu! De ki: La ilahə illəlah, Mühəmmədün Rəsulullah. Dedi: Doğrudur, ancaq sənin sözünlə yox. Mən əvvəllər kəlmeyi-teyyibəni demişəm. Ey Allahın Rəsulu! Yəhya peyğəmbəri gördüm, oruc idi, istədim vəsvəsə edəm, təam gətirib qoyum qabağına yesin, yeyəndən sonra yatdı, məni tanıdı. Mən dedim: Ya şeyx, doyunca yedin, ta səhərəcən də yatdın.
    - Həzrət dedi: Görəsən, mənə də əl tapmısan?
    - Ey Allahın Rəsulu! Siz hamıdan əziz və şərəflisiniz. Sizə əl tapmamışım və tapa da bilmərəm.
    - Ey məlun, mənimlə əhd eylə, ümmətimi vəsvəsə eyləmə və onları mənə bağışla.
    - Ey Allahın Rəsulu! Şərtim var. Əgər Allah məni Qiyamət günü Cəhənnəmə salmasa o halda sənin ümmətindən əl götürərəm və onlar da hamısı Cənnətə gedər.
    - Həzrət fikrə getdi, Cəbrayıl Əmin nazil olub dedi: Ey Allahın Rəsulu! Allah sənə salam göndərib və buyurur. Mənim Həbibimə çatdır: Şeytanla belə əhd eləməsin, Allah zatı-pakına and içib ki, onu Cəhənnəmdə yandıracaq.
    - Həzrət buyurdu: Ey məlun, mənim ümmətimə nəsihət et.
    Şeytan Həzrəti şəfaət ümidinə görə üzünü səhabələrə tutub dedi: Ey cəmaət əgər istəsəniz mömin olasınız, mənim sözlərimə qulaq asın və yaddan çıxartmayın. Birincisi, namaz vaxtı olan kimi namaza tələsin, yoxsa sizə bir iş vadar edərəm ki, həmin işlə məşğul olarkən namazı yadınızdan çıxarar və ondan məhrum olarsınız. İkincisi, naməhrəm qadına baxmayın. Əgər zahir və abid də olsanız vəsvəsəmlə dininizi xarab edəcəyəm. Üçüncüsü, boyun aldığınız nəzri və ehsanı vaxtında verin, onu tez əda edin. Yoxsa qoymaram ehsanı verəsiniz, ondan məhrum olarsınız. Dördüncüsü, yalandan and içməyin. Beşincisi, qonağı əziz tutun, Allah sizi əziz edər. Altıncısı, alimlərin söhbətinə qulaq asın. Allah məni xəlq etdi, elə bildim Allahdan başqasına tabe olmayacağam və səcdə etməyəcəyəm. Adəmi yaratdı və mənə ona səcdə etməyi əmr etdi. Adəmə səcdə etmədiyimə görə, Allah-Təala məni dərgahından qovdu və mənə lənət oldu. Ey Allahın Rəsulu! Bilirsən ki, mən mələklərin imamı – pişnamazı idim. İndi mənəmliyimdən bu günə qalmışam. Bu işlər mənim başıma təkəbbürlükdən, paxıl olmaqdan və özümü bəyənməkdən gəldi. Nəbadə sənin ümmətlərindən təkəbbürlülər olsun və özlərini mənim kimi cəhənnəmlik etsinlər, Şeytan bu sözləri deyərək zar-zar ağladı.
    Şeytanın ağlamağını görən Həzrətin ürəyi ağrıdı.
    - Şeytan dedi: Ey Allahın Rəsulu! Lazımdır ki, gözlərdən göz yaşı əvəzinə qan-yaş tökülsün.
    - Həsrət buyurdu: Peşmançılıq faydasızdır. Sən Cəhənnəmə atılacaqsan.
    - Şeytan dedi: Xudavənda, məni Cəhənnəmə atsan da ürəyimi od yandırmaz. Ona görə ki, ürəyimdə Sənin və Sənin vəsinin məhəbbəti var və dilimi çox yandırmaz ki, Sənə  çox həmd-səna etmişəm.
    - Həzrət üzünü səhabələrinə tutub buyurdu: Tövbə ediniz ki, şeytanın şərindən bəlkə Allah-Təala sizi qorusun.

    Tərcümə edəni:
    Mirəziz MİRƏSGƏROĞLU

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 782
    +  -  Çap 

    08.05.14
    Təcnislər
    08.05.14
    Müstəzadlar
    08.05.14
    Saqinamə
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30